Bu məqaləni vikiləşdirmək lazımdır. |
Corc Mid (ing. George Herbert Mead; 27 fevral 1863[1][2][…] – 30 aprel 1931[3][1][…], Çikaqo, İllinoys[3]) — Amerikan filosofu, sosioloq, psixoloq
Corc Mid | |
---|---|
ing. George Herbert Mead | |
Doğum tarixi | 27 fevral 1863[1][2][…] |
Vəfat tarixi | 30 aprel 1931[3][1][…] (68 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | fəlsəfə |
İş yerləri | |
Təhsili |
Mid 1863-cü 27 fevral tarixində, Masaçusetsdə, Cənubi Hadley-də anadan olmuşdur. O, protestant, orta sinif ailəsində doğulmuşdur- atası Hiram Mead, anası Elizabeth Storrs (Billings) Mead və bacısı Alisdən ibarət ailəsi vardı. Atası keçmiş konservalist pastor idi, anası isə Oberlin Kollecinin ilahiyyat seminariyasında Müqəddəs Retorik və Pastoral İlahiyyat kafedrasında oxumuşdur. Elizabet Storrs Mead iki il Oberlin Kollecində oxudu və sonradan, 1890-cı ildən 1900-cü illərə qədər, Cənubi Hadley, Massaçusets ştatının Mount Holyoke Kollecinin başçısı olaraq çalışdı.[4]
Corc Mid də həmin kollecdə ilk təhsilini almışdı. 1887-ci ilin payızında Mid Harvard Universitetinə daxil olmuşdu. Onun əsas maraqlandığı sahələr fəlsəfə və psixologiya idi. O, Josiah Roys birgə oxuduğu müddətdə, ondan çox təsirlənmişdi və düşüncələri formalaşmağa başlamışdı. Daha sonra Almaniyaya-Leypziqə gedən Mid burada Vilhelm Vuntdan "jest" konsepsiyasını öyrəndi. Bu konsepsiya onun sonrakı işlərinin mərkəzi oldu.
O, 1891-ci ildə Helen Kinqsburqla ailə həyatı qurdu[5]. Təhsilinin hələ bitməməsibnə baxmayaraq Mid Miçiqan universitetində vəzifə ala bildi. O, həmçininn Çarls Kuliy və Con devey ilə tanış oldu.[6] 1984-cü ildə o, Devey ilə birlikdə Çikaqo universitetində işləməyə başladı və ömrünün sonuna qədər burada qaldı. Deveyin təsiri onun təhsil nəzəriyyəsinə çevrildi. Ancaq onun düşüncəsi Deveydən fərqlənirdi. Onun nəzəriyyəsi cəmiyyətə psixoloji tərəfdən yanaşırdı.[7]
Sosiologiyanın klassiki kimi, şübhəsiz, haqlı olaraq indi də bu cür qəbul olunan Corc Herbert Mid özünəməxsus yer tutur. Bütün ömrü boyu bir kitab belə çap etdirməmiş, özünün bilavasitə şagirdlərinin və həmkarlarının dairəsindən kənarda praktik olaraq tanınmamış olan bir şəxsi klassik hesab etmək olarmı? İxtisas məşğuliyyəti sahəsinin fizioloji psixiologiyadan və fəlsəfədən ibarət olan bir mütəfəkkiri sosiologiyanın klassiki hesab etmək olarmı? Bütün bu yerli suallara baxmayaraq Midin ölümqabağı nəşr olunmuş kitablarının və çoxsaylı jurnal məqalələrinin əsasında yaradılan sosial psixologiyanın əsaslandırılmasına çalışmasının əhəmiyyəti bizə haqq verir ki, onu klassiklər kateqoriyasına aid edək. Bundan əlavə nəzərə alsaq ki, onun əsaslı ideyaları demək olar, müstəsna dərəcədə sosioloqlar arasında daha da inkişaf etdirirlmişdir; bu dairədə Mid tez-tez sitat gətirilən nüfuz olmuşdur; onun formulə etdiyi anlayışlar isə peşəkar deyimlərinin ayrılmaz hissəsinə çevrilmişdir; təəccüblənməmək olar ki, onun ən tanınmış sosioloqlar cərgəsinə daxil edirlər.
Midin təsirinin tarixçisi hər şeydən əvvəl bundan ibarətdir ki, o sosiologiya məktəblərindən biri olan, ictimai strukturların açıqlığına və fəaliyyətdə olan şəxslərin subyektiv şüuruna xüsusi diqqət yetirən simvolik interaksionizmin banisi olmuşdur; uzun müddət kölgədə qalmış məhz bu məktəb özünə yaxın olan fenomenoloji sosiologiya ilə birlikdə funksionalizmin aradan qaldırılması dövründə daha böyük nüfuz qazanmağa başlamışdır.[8]
Mid Kantdan sonra alman idealizminin Fixtenin, Şellinqin və Hegelin əsərlərində inkişaf etdirildiyini məhz bu nöqteyi-nəzərdən göstərir. Həmin üç filosofda "Mən"in "Qeyri-Mən" vasitəsilə reallaşdırılması və özinikas problemin mərkəzi yer tutsa da, bununla belə onların hamısı fundamental transsendental-fəlsəfi struktura tərəfdar olaraq qalırlar və ayrıca subyektdən çıxış edirlər.
Beləliklə, fərdi perspektivlərin əlaqəsi məsələsi labüd şəkildə ümumi məsələyə çevrilir: birliklərin iradə yaradacılığının yerini tutan mütləq ilahi "Mən"in funksiyasına zərurət yaranır; söhbət idrakın ilkin tarixi şərtləri məsələsindən gedir, çünki indi tarix və hətta təbii tarix müəyyən borc estetik yaradıcılıq və ya refleksiya materallarından yaranan kateqoriyalarla izah olunmalıdır; gələcəyin açıqlığı və yarada bilməsi məsələsidir, çünki indi mütləq bilik və tarixin sonunun müəyyənləşdirilməsi qeyri-müəyyənliyi aradan qaldırır, elm isə biliyin tabe tərkib hissəsinə çevrilir. Mid alman idealizmini tənqid edərək, onu fərdiliyi tarixi-fəlsəfi qarşılıqlı əlaqələrdə əriyib getməyən konkretliyi ilə tam əhatəyə etməyə qadir olmadığına görə, həmçinin eksperimental elmlərin tam başa düşülməsindən irəli gələn nəticələrə gəlib çata bilmədiyinə görə günahlandırırdı.[9]
Bu çatışmazlığın aradan qaldırılmasını, doğrudur, Mid heç tanımadığı sol hegelçilərə, həmçinin Middə şərhi eybəcərləşdirilmiş şəkildə görünən Maksla (8) qətiyyən əlaqələndirmirdi. Midin "problemin yeni konustruktiv ifadə edilməsi"nə ümidləri psixologiya ilə əlaqələndirilirdi. Bu psixologiya isə Darvinin təkamül nəzəriyəsinin təsirinə məruz qalıb, ruhu üzvi təbiətlə, sonralar isə nisbilik nəzəriyyəsinin, fəlsəfi adaptasiya ilə xüsusilə də Uatheddə olduğu kimi qırılmaz surətdə əlaqələndirir. Midin anlamında Darvinin təkamül nəzəriyyəsi fəlsəfi ənənəyə lap əvvəldən zidd gəlir. Midin orqanizmin sağ qalmaq üçün uyğunlaşmalı olduğu xarici aləmdə prinsipial modeli hər cür biliyin davranışla əsaslandırılmasına və hər cür davranışın ilkin olaraq təşkil olunmuş "Mən"in şüurundan çıxış edərək davranışın və nəticədə xarici aləmi hasil etmək əvəzinə özü özünü və öz növünü təbiətlə şərtlənmiş şəkildə yenidən istehsal etmək zərurəti ilə əsaslandırılmasına kömək edir. Darvinin növlərin mənşəyi nəzəriyyəsi inkişafın mexanistik və yaxud teleoloji izahının alternativini aradan qaldırır. Mid və bütövlükdə praqmatizm üçün determinist konsepsiyasının izahı zamanı Darvin əsas dəlil deyildir. Əksinə, burada heyvanların uyğunlaşa bilmə proseslərinin əsas strukturunu insanların şüurlu davranışına primitiv analogiya kimi və praqmatizmin özünün "məntiqi ümumiləşdirilməsi" hesab etdiyi eksperimental elmlərin metoduna primitiv analogiya kimi şərh etməyə təşəbbüs göstərilir.[10]
Midin düşüncələri gedişində birinci addım belə bir nəticədən ibarətdir ki, qıcıqlanma orqanizmin aktiv surətdə axtarmaqda olduğu davranışın özləri üçün sövqedici gərginliyinin müvcud olduğu müəyyən üsullarının ifadə edilməsi imkanlarıdır. Beləliklə, qıcıqlanma və reaksiya arasında birtərəfli, qövsəbənzər əlaqə deyil, dəyişən dairəşəkilli münasibət mövcuddur. Davranış problemi ortaya çıxan zaman, yəni iki implus arasında münaqişə yarananda və yaxud davranışa ətraf mühit tərəfindən yaradılan maneələr ortaya çıxdıqda bu cür problemi təsadüfi axtarış vasitəsilə, yaxud sınaq və səhvlər metodu ilə həll edirlər. İnsanda isə əksinə,- bu isə ikinci addımdır – fəaliyyətin həyata keçirilməsi qarşısındakı maneə ilə bağlı olan oxşar stiuasiya şüurda yaranır. Fəaliyyətin həyata keçirilməsi yolundakı maneə ətraf aləmin obyektlərinə yönəldilmiş diferensiasiya olunmuş diqqət doğurur; bu diqqətin məqsədi fəaliyyəti davam etdirmək imkanını təmin etməkdir. Deməli, şüur insanın konstitusional şəraitində fəaliyyət üçün funksional zərurətdir, sadəcə əlavə hadisə deyildir. Mid funksional psixologiya nəzəriyyəsinin baniləri sırasına daxildir. Funksional psixologiya bütün psixi prosesləri və hadisələri onların həyat prosesləri üçün funksional əhəmiyyət baxımından tədqiq etməyə çalışır. Lakin Mid mərkəzi məqam olaraq psixi hadisələrin özünün funksionallığı məsələsini irəli sürməklə daha da irəliyə gedir.[11]
Məsələnin bu cür qoyuluşu həmçinin buna gətirib çıxarır ki, Mid sonralar özü barəsində "funksionalizm" anlayışını işlətmir. Psixi olan məxsusi substansiya deyil və bu cür xarakteristika ilə ya razılaşıb ya da onu inkar edən alimlərin bütün nöqteyi – nəzərləri psixi olana substansional münasibətləri məsələsini irəli sürür və bu münasibətləri ya inkar edir yaxud da işlənilmə dərinliyinə görə müxtəlif müxtəlif olan, psixiki –fziki parallelizmdən bəhs edən nəzəriyyələrdə yanlış olduğu aşkara çıxır. Midə görə psixi olanın mənbəyini fəaliyyətin müntəzəm olaraq təkraralanan strukturu təşkil edir: psixi olan "fəaliyyət prosesində böhran"dır. Bu böhran isə həmişə fərdi və konkret olur. Əgər fəaliyyət prosesində maneələr yaranarsa, reaksiyaların implusları və sxemləri artıq bir – birinə uyğun gəlmir; elə bir faza formalaşır ki, həmin fazada bu implus və sxemlər yeni ardıcılıq aktının mümkün olması üçün sərbəst oyunun sərəncamına verilir. Üçüncü addım situasiyaların təhlilini aparır; fəaliyyətin davam etdirilməsi imkanını təmin etmək üçün obyektə yönəldilmiş yalnız təkcə bir kəskinləşdirirlmiş diqqət kifayət deyildir. Burada fəaliyyətdə olan insanın özünün stimul olduğu və bu səbəbə görə də özünün xüsusi hərəkətlərinə diqqət yetirməyə məcbur olduğu sosial stiuasiyalar nəzərdə tutulur, çünki bu hərəkətlər digər insanların reaksiyalarını, bununla da onun özünün reaksiyası üçün şəraiti müəyyən edir. Sosial situasiyalarda mənlik şüuru birinci dəfə olaraq funksional şüura çevrilir.[12]
Mid sosial psixologiyanı əsaslandırarkən kommunikasiyanın antropologiyası; sosial psixologiya ayrıca bir orqanizmin deyil, spesifik insan orqanizmlərinin kooperasiya təşkil edən qrupun davranışından çıxış edir. Mid üçün başlanğıc nə isə bir robinzonçuluq deyil, sosial əlaqələrə yenicə daxil olmalı olan və ümumzəruri dəyərləri təsdiq etməli olan təklikdə fəaliyyət göstərən insanın nəzərdən keçirilməsi deyil, sosial aktdır, kompleks qrup fəaliyyətidir. Sosial psixiologiya üçün hissə tamdan əhəmiyyətli deyil, tam (cəmiyyət) hissədən (fərddən) əhəmiyyətlidir; tam hissə və yaxud hissələr nöqteyi-nəzərindən deyil, hissə tam nöqteyi-nəzərindən izah olunur.
İnsan orqanizmləri qrupları insanaqədərki inkişaf mərhələsindəki şəraitdən fərqlənən şəraitə malikdir. Məsələn, həşərat koloniyalarının əksinə fzioloji diferensiasiyanın hesabına sərt əmək bölgüsü sisteminə zəmanət verilmir. Hətta onurğalı heyvanlara tətbiqən davranışın yalnız birxətli hökmranlıq iyerarxiyasında status qazanılması nəticəsində dəyişən sərt instinktiv formaları vasitəsilə qrup həyatının tənzimlənməsi prinsipi insan nəslinin üzvi, orqanik ilkin müqəddəm şərtləri müqabilində mümkün olmur. İnsan cəmiyyəti üçün əksinə, müəyyən davranış tiplərinin qarşılıqlı gözləmələri vasitəsilə təbiət tərəfindən qabaqcadan müəyyən edilmiş davranışın qrup fəaliyyətinə inteqrasiya olunması problem deyil, fərdi olanın inteqrasiyası problemi mövcuddur. Mid spesifik insan kommuniksiyasının mənşəyi barədə antropoloji nəzəriyyəsinin köməyi ilə buna nail olmağa imkan verən mexanizmi aşkara çıxarmağa çalışır. Bununla da kommmunikasiya hər şeydən əvvəl təhlil mərkəzinə keçir, lakin Midi bunda məzəmmət etmək səhv olardı ki, onun formulə etmiş olduğu cəmiyyət anlayışı yalnız kommunikasiya proseslərinə müncər edilir. Mid tam qətiyyətlə bəyan edir: "İnsan cəmiyyətinin mexanizmi bundan ibarətdir ki, fiziki fərdlər özlərinin kooperativ fəaliyyətləri prosesində fiziki şeylərlə manipulyasiya yolu ilə bir- birlərinə kömək edirlər və ya maneə olurlar"[13]
Heyvanlarda emosiyaların təzahürünün Darvin təhlili və Vundt tərəfindən işlənib hazırlanmış jest anlayışı Mid tərəfindən öz xüsusi konsepsiyası hazırlanması üçün mühüm implus olmuşdur. Mid Darvinin və Vundtun belə bir təsəvvürünə tərəfdardır ki, jest "sinkopirov" edilmiş aktdır, sosial münasibətlərin tənzimlənməsi üçün istifadə oluna biləcək nəisə müəyyən fəaliyyətin, hərəkətin ilkin fəzasıdır. Bu o zaman nümkün olur ki, heyvan artıq başqa bir heyvanın fəaliyyətinin bu ilkin fazasına tam fəaliyyət aktına reaksiya bildirdiyi tərzdə reaksiya bildirir. Məsələn, itdə dişlərin şaqqıldaması digər it tərəfindən hücumun başlanğıcı olaraq başa düşülür. Bunu da həmin it ya qaçmaqla, ya da elə həmin şəkildə dişlərini şaqqıldatmaqla cavab verir. Əgər məhz bu cür münasibət yaranırsa, onda ilkin hərəkət, fəaliyyət fazası bütün hərəkət aktı üçün "işarə" ola bilər və yaxud onu əvəz edə bilər. Doğrudur, Mid Darvindən fərqli olan şərh verir. Mid belə güman edir ki, jestin arxasında davranış niyyətləri gizlənir: heyvan heç bir şey göstərmək niyyətində deyildir, onun davranışı implus enerjisinin nəzarət olunmayan şəkildə aşkara çıxmasıdır. Lakin bununla belə Mid Vundtun konsepsiyasını qəbul etmir. Vundt belə güman edir ki, anlama jestləri təqlid etmək vasitəsilə baş verir; bir heyvanda jest şəklində ifadə olunan elə həmin emosiya həmin jest təqlid etmək nəticəsində digər heyvanda da yaranır. Bu konsepsiyanın zəif yeri belə bir tezisdən ibarətdir ki, yamsılama impulsiv və sadə mexanizmdir. Bu mexanizm də izah üçün, sözsüz, istifadə oluna bilər. Middə məsələ tamam əksinədir; təqlidin, özü izaha ehtiyac olan çətin işdir. Əslində kommunikasiya prosesinin hər iki iştirakçısı üçün eyni məzmuna malik olan jestlər vasitəsilə anlama necə baş verir.[14]
Jestin kommunikasiya prosesinin hər iki iştirakçısı üçün eyni əhəmiyyət daşıması üçün lazımdır ki, bir jestin iştirakçısı öz tərəf müqabilində doğurduğu məhz məhz həmin reaksiyanı özündə doğura bilsin. Belə olduqda həmin jest iştirakçısında tərəf müqabilin reaksiyası təqdim olunacaq. Beləliklə, jest icraçısının öz tərəfindən qavranılmalı, başa düşülməlidir. Buna oxşar hal hər şeydən əvvəl, stiuasiyadan aslı olaraq, üstəlik də olduqca fərdi şəkildə yarana biləcək jestlərin müəyyən növü ilə əlaqədar insanlarda baş verir. Söhbət səs "jest"indən gedir Bu, Mid səs jestinin əhəmiyyətini şişirtmişdir söyləmində olduğu kimi deyildir: Mid jestin yüksək tezliyindən bəhs etmir, lakin qeyd edir ki, bu jest özünüqavrayış üçün yüksək dərəcədə uyğun gəlir .[15]
Midin daim insan və heyvan sosiallığının müqayisəsinə şamil etdiyi bu antropoloji təhlil onun sosial psixiologiyası üçün çox mühüm anlayışların formalaşması üçün çox mühüm anlayışların formalaşması üçün əsas yaradır.[16]
Əgər sosial psixologiyaya giriş üzrə "Ruh, identiklik və cəmiyyət" kitabında dərc olunmuş mülahizələri, həmçinin 1908–1912-ci illər dövrünə aid olan, əsas ideaların işlənib hazırlandığı məqalələrin böyük bir seriyasını nəzərdən keçirdikdə fərdlərin kooperasiyasının və fərdiləşmənin nə şəkildə, necə mümkün olması sualına cavab olaraq etiraf etmək lazımdır ki, Midin sağlığında dərc olunmamış əlyazmalarının daha az məlum olan toplusu – "Davraniş fəlsəfəsi" –mahiyyət etibarilə daha fundamentaldır. Əvvələr bir çox məqalələrdə olduğu kimi, burada Mid (26;14) belə insturemental fəaliyyətin özünün necə mümkün olması sualını qoyur. Xüsusilə Midi predmetlərlə məqsədyönlü manipulasiya etməyin mühüm ilkin şərtinin yaranması maraqlandırır, yəni permanent obyektlərin konstitusiyasından söhbət gedir. Mid "fiziki obyekt"in konstitusiyasının kommunikativ və instrumental qabiliyyətlərin inkişafının sosiallaşmasını nəzəri olaraq əlaqələndirmək rolunu öz üzərinə götürmək qabiliyyəti ilə şərtlənməsi nəzəriyyəsini işləyib hazırlayır.
Mid dörd fazalı fəaliyyət modelini əsas kimi götürür. Buna uyğun olaraq fəaliyyət aşağıdakı mərhələlərdən ibarətdir; fəaliyyət implusu, qavrayış, manipulyasiya və fəaliyyətin təlabatın ödənilməsi ilə başa çatması. Bununla əlaqədar olaraq insan üçün səciyyəvi olan üçüncü fazanı – manipulyasiya fazasını fərqləndirmək lazimdır. Bu fazanın aralıq vəziyyətdə yer tutması və nisbi müstəqilliiyi Midin nəzərində insanda instiklərin reduksiya olunmasını ifadə edir və təfəkkürün meydana gəlməsi prosesində əlaqələndirici vəsilə kimi çıxış edir. Heyvanlarda toxunma təcrübəsi təlabatların təmin edilməsinə yönəldilmiş hərəkətlərə tam şəkildə inteqrasiya olunmuşdur; hətta meymunlarda əl uzadılması funksiyası hələ də daha çox buna yönəldilmişdir ki, predmetə toxunulsun, predmet duyulsun; yalnız insanda əl konkret təlabatla bağlı olan manipulasiya hərəkətlərində ixtisaslaşmış orqan kimi inkişaf edir. Bununlada əl və dil Midin nəzərində insanın təşəkkülü prosesinin iki mənbəyidir. Əlin azad edilməsilə şərtlənmiş toxunma, lamisə təcrübəsinin diferensiasiyası və toplanması ilə yanaşı insan bir sıra distasiya-məsafə reseptorlarına (məsələn, gözlər və qulaqlar kimi), həmçinin daxili aparat kimi beyinə malikdir. Əgər distansiya hiss orqanları vasitəsilə alınan təəssüratlar əvvəlcə bədən hərəkətləri ilə ifadə olunan reaksiyalar doğrursa, qavranılmış obyektin uzaqlaşdırılması nəticəsində reaksiyaların ləngidilməsi və toxunma təcrübəsi sahəsinin müstəqilliyi qarşılıqlı aslılıq imkanını təmin edir: gözlər və əlllər bir-birinə nəzarət edir, onlar kooperasiya təşkil edirlər. Midin söylədiyi kimi, obyektlərin şüurlu qavranılması və konstitusiya o yerdə baş verir ki, orda distansiya hiss orqanlarının fəaliyyətinin nəticələri şüurlu sürətdə toxunma təcrübəsi ilə müqayisə olunur. Lakin bu Midin daha sonra qeyd etdiyi kimi yalnız o halda mümkün olar ki, əvvəlcə müvafiq rolu qəbul etmək qabilliyəti yaransın və bu qabilliyət də sosial obyektlərə şamil edilməsin. Bunu necə başa düşməli?
Predmet yalnız o zaman predmet kimi qavranılır ki, nə isə daxil olan bir şeyi – biz ona toxunan kimi bizə təzyiq göstərən şeyi ona əks qoymuş olaq. Təzyiq göstərəcək bu daxili olan tərkib hisslərinə parçalamaq yolu ilə dərk oluna bilməz, çünki bu cür parçalanama getdikcə daha yeni-yeni səthlərin meydana gəlməsinə gətirib çıxarır. Bütün vaxt hansısa gümanları irəli sürmək lazımdır. Məsələn, mən mənim özümün özümə göstərdiyim təzyiqin özüm tərəfindən qavranılması prosesində dərk etdiyim təzyiq və əkstəzyiq sxemi üzrə ehtimal yürüdürəm, məsələn, iki əllə oyun oynadığım halda olduğu kimi. Bu təcrübəni mən predmetlər üzərinə köçürərək, özümdə mənimkinə bərabər olan nə isə bir təzyiq təssəvür edə bilərəm, bu şərtlə ki, əks istiqamətə yönəldilmiş və predmentin özündən əmələ gələn təzyiq olsun. Mid bunu predmetin rolunu öz üzərinə götürülməsi adlandırır. Əgər bunu fikrən təssəvvür etməyə (antisipasiya etmək) müvvvəfəq oluramsa, onda mən nəzarət olunmaqla predmetlərlə rəftar edə bilərəm və manipulyasiyalar prosesində təcrübə toplaya bilərəm. Gözlərin və əllərin kooperasiyası nəzərə alınmaqla bu o deməkdir ki, artıq orqanizmdə distant hiss orqanları manipulyasiyaya uyğun olan müqavimət duyğusu reaksiyası doğura bilər və həqiqətən də doğrudur. Uzaqlaşdırılmış obyekt bu halda antisipasiya olunmuş konkret mənasında qavranılır: biz predmentə hansısa ağırlıq, möhkəmlik, istilik görürük.[17]
Midin etikasının onun bir sıra mühüm məqalələrinin əsasında , həmçinin elementlər etika üzrə onun xüsusi kursunu dinləmiş tələblərin ətraflı qeydlərinə əsaslanaraq bərpa etmək olar. Bu etika, bir tərəfdən, Midin nəzəri və sosial psixoloji müddəalarına əsaslanır, digər tərəfdən, ayrı-ayrı elmi sahələr üzrə Midin əsərlərinə nə isə ümumi bir görünüş verir. Mid etikasının çıxış nöqtəsini utilitarist və Kant etikasının tənqidi araşdırılması təşkil edir. Nə fəaliyyətin nəticələrinə sadə istiqamətlənmə, nə də fəaliyyətdə olan şəxsin fikir tərzi Midin fikrincə problemi lazımınca həll etmir. Əksinə, Mid üçün başlıca cəhət utilitarist etik yanaşmanın aradan qaldırılmasıdır. Məlumdur ki, utilitarist etikası motivlər məsələsini irəli sürmürdü, eyni ilə də fikir tərzinin fəaliyyətin məqsədləri ilə Kantda olduğu kimi, onun obyektiv nəticəsi ilə kifayət qədər əlaqələndirmirdi. Bunun yolunu Mid hər iki etik təlimin ümmumi psixoloji bazisinin tənqidində görürüdü. Mid arzunun motivi və obyektuinin bir-birindən ayrılmasını emprik təcrübə anlayışından istifadə edilməsinin nəticəsi kimi şərh edir və əlavə edir ki, bu anlayış üstüörtülü şəkildə Kantın meyl anlayışını səciyyələndirir. Mid etikaya obyektlərin sosial konstitusiyası nəzəriyyəsini daxil edir; bununlada o, arzu formasının universallığının Kant tərəfindən əsaslandırılması hüdudlarından kənara çıxmağa çalışır.[18]
Mid identikliyin formalaşması pillələrini əxlaqi inkişafın pillələri kimi və eyni zamanda da cəmiyyətin hökmranlıqdan azadlığa doğru inkişafının pillələri kimi təsvir etməyə çalışır. Mütəşəkkil başqalarına, müəyyən qrupa istiqamətlənmə konkret olan başqasına istiqamətlənmənin nəticəsidir. Bunun vasitəsilə və müxtəlif "böyüdülmüş başqaları" arasındakı münaqişələr vasitəsilə daha böyük və eyni zamanda daha mükəmməl sosial vahidlərə və nəhayət, bəşər nəslinin hərtərəfli öyrənilməsi idealının universialist prespektivinə istiqamətlənmə baş verir. Bu universalist prespektivə biz meydana gələn dəyərləri anlamağa çalışmqla, lakin onlara qiymət vermədən relyativistcə bir-birinin ardınca terləşdirməklə, amma onların düzgünlüyünü müəyyən ettməklə və universal koommunikasiya və kooperativ birliyin yaradılması üçün faydalı olması baxımından qiymətləndirməklə nail oluruq. Əxlaqi stiuasiyada tərəfmüqabillərlə hərtərəfli qarşılıqlı anlaşma və ideal birliyin reallaşması üçün əhəmiyyətə istiqamətlənmə kimi rasional davranış — əxlaqi problemlərin həlli zaman təsir göstərən iki qayda bunlardır. Bu cür prespektiv bizi hər cür konkret birliyin dairəsində kənara çıxarır və buna gətirib çıxarır ki, fəaliyyət göstərən bütün standartları onların legitimliyin müəyyən etmək üçün çox sərt şəkildə təyin edilsin. Hər bir əxlaqi qərarda nə isə hər hansı mükəmməl qarşılıqlı əlaqə gizlənmişdir.[19]