Vladimir Nikolayeviç Obraztsov (rus. Владимир Николаевич Образцов; 6 (18) iyun 1874, Mikolayev, Xerson quberniyası[1] – 28 noyabr 1949[1], Moskva, RSFSR, SSRİ[1]) — nəqliyyat sahəsi üzrə SSRİ alimi, SSRİ Dövlət mükafatı laureatı (1942, 1943). 1939-cu ildə SSRİ Elmlər Akademiyasının üzvü olmuşdur.
Vladimir Obraztsov | |
---|---|
Doğum tarixi | 6 (18) iyun 1874 |
Doğum yeri | |
Vəfat tarixi | 28 noyabr 1949[1] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | dəmiryol nəqliyyatı |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Nikolayeviç Obraztsov 18 iyun 1874-cü il tarixində Rusiya imperiyasının Xerson quberniyası ərazisində yerləşən Mikolayev şəhərində (indiki Ukrayna) anadan olmuşdur. O, 1919–1922-ci illərdə Moskva Mülki Mühəndislər İnstitutunda, 1923–1949-cu illərdə isə Moskva Dəmiryol Nəqliyyat Mühəndisləri İnstitutunda professor olmuşdur. Obraztsov 1935–1940-cı illərdə həm də Moskva Elmi-Tədqiqat Dəmiryol Nəqliyyat İnstitutunda rəis işləmiş, 1939-cu ildən ömrünün sonunadək SSRİ Elmlər Akademiyası nəqliyyat problemləri bölməsinə başçılıq etmişdir. Onun əsas tədqiqatları dəmiryol stansiyası və qovşaqlarının layihələnməsinə həsr olunmuşdur. Obraztsov 1935-ci ildə XVI çağırış Ümumrusiya MİK üzvü, həmçinin SSRİ Ali Sovetinin (I–II çağırış) deputatı olmuşdur. O, 28 noyabr 1949-cu il tarixində, 75 yaşında SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmiş, Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.[2]
Vladimir Obraztsovun oğlu Sergey Rusiya-sovet teatr xadimi, aktyoru və rejissoru, SSRİ xalq artisti (1954), Sosialist Əməyi Qəhrəmanı (1971), SSRİ Dövlət mükafatı laureatıdır (1946).[3]
Obraztsov 1942-ci və 1943-cü illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 3 dəfə Lenin ordeni, 4 başqa orden və medallarla təltif olunmuşdur.[2]