Vladimir Qustavoviç Tizenhauzen (alm. Ernst Woldemar Baron v. Tiesenhausen; 25 fevral, 1825, Nаrvа - 2 fevral, 1902, Sankt-Peterburq)—tarixçi-şərqşünas, numizmat.
Vladimir Tizenhauzen | |
---|---|
alm. Ernst Woldemar Baron v. Tiesenhausen | |
Doğum tarixi | |
Doğum yeri |
Narva, Rusiya imperiyası |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Vətəndaşlığı | Rusiya imperiyası |
Elm sahələri | Numizmatika, arxeologiya |
İş yerləri | Peterburq Universiteti, Şərqşünaslıq fakültəsi |
Alma-mater | Peterburq Universiteti |
Təhsili |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Qustavoviç Tizenhauzen 25 fevral, 1825-ci ildə Nаrvа şəhərində anadan olmuşdu. Orta təhsilini Sankt-Peterburq gimnaziyasında almışdı. Sankt-Peterburq Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdi (1848). X. F. Frenin tələbəsi olmuşdu. Maddi təminatı olmadığından 12 kiçik məmur kimi çalışmışdı.1861-ci ildə İmperator Arxeoloji komissiyasında xidmətə daxil olmuşdu.
Vladimir Tizenhauzen Ukrayna ərazisində bir çox yunan şəhərlərinin və Şimali Qafqazda skif kurqanlarının qazıntısında iştirak etmişdi. 1878-ci ildə Sind-Meot şəhərciyinin qazılmasına başçılıq etmişdi.
V.Q.Tizenhauzen Ukrayna ərazisində arxeoloji qazıntı işləri həyata keçirilən zaman yunan şəhərləri və skif kurqanlarının qazılmasında birbaşa iştirak etmişdir. Onun numizmatika sahəsində olan əsərləri Şərqə həsr olunmuşdu. Bu əsərlərdən, xüsusilə «Şərq xilafətinin sikkələri» adlı kitabında Qızıl Orda xanlıqlarının pul nominalları araşdırılmışdı.
Vladimir Tizenhauzen 2 fevral, 1902-ci ildə Sankt-Peterburq şəhərində vəfat edib.