Vombatlar

Vombatlar (lat. Vombatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi. Avstraliyanın cənub-şərqində və Tasmaniyanın dağlıq ərazilərində yaşayır.

Vombatlar
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vombatlar gəmiricilərə xas iri ön dişlərə və güclü ətrafları (ön və arxa ayaqları) sahibdir. Onlar torpağın altında geniş yuva şəbəkəsi qurur.

Vombat balaca, qısa quyruqlu, kisəli heyvandır. Qısa quyruğu yırtıcılar tərəfindən tutulmasını çətinləşdirir. Digər kisəlilərdən əsas fərqi odur ki, kisəsinin ağzı bədəninin gerisindədir. Bunun bala vombatlar üçün böyük əhəmiyyəti var. Beləki, vombat yeri qazarkən torpaq kisəsinə dolmur.

Əksər hallarda axşam fəaliyyətdə olurlar. Amma qidalanmaq üçün gündüz də yuvalarını tərk edə bilirlər.

Vombatların rəngləri qum rəngindən qəhvəyi rəngə, yaxud bozdan qaraya qədər çox müxtəlif rənglərdə ola bilər.

Dişi vombatlar növündən asılı olaraq 20-30 günlük qəbəlikdən sonra yalnız bir bala doğur. Doğulan balalar 15 aydan sonra süddən kəsilir və 18 aylıq olanda cinsi yetişkənliyə çatır.

Vombatlar vəhşi təbiətdə 15 ilə qədər yaşaya bilirlər. Amma insan tərəfindən saxlanıldıqda 20-30 ilə qədər ömürləri uzanır. Bilinən ən uzunömürlü vombat 34 il yaşadı.

Vombatların həzm prosesi 8-14 gün çəkir. Bu, quraq ərazilərdə sağ qalmaqlarına kömək edir.

Vombatlar bitkilərdə (ot, kök, ağac qabığı və s.) qidalanır. Nəcisi kub şəklində olan yeganə heyvandır.