Vorontsovka döyüşü — Qafqaz İslam Ordusu ilə Gürcüstandakı Alman qoşunları arasında olmuş hərbi toqquşma.[1]
Vorontsovka döyüşü | |||
---|---|---|---|
I Dünya müharibəsi | |||
Yeri | Vorontsovka kəndi | ||
Səbəbi | Osmanlı qoşunlarının Tiflisə doğru hərəkəti | ||
Nəticəsi | Osmanlı ordusunun qələbəsi | ||
Ərazi dəyişikliyi | Vorontsovka | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Osmanlı dövləti Gürcüstan, Ermənistan və Azərbaycan ilə ayrı-ayrı dostluq və əməkdaşlıq müqavilələri imzalamaq üçün çalışırdı. Türkiyə Qafqazda edəcəyi hərbi hərəkatın təhlükəsiz bir şəkildə yürüdülə bilməsi üçün bəzi strateji bölgələrlə dəmir yollarını nəzarəti altına almaq və erməni və gürcü qüvvələrinin türk hərbi hərəkatına müdaxilə edə bilməyəcək bir vəziyyətə gətirilməsini təmin etmək istəyirdi. Türklərin gürcü və ermənilərə qəbul etdirməyə çalışdığı bu istəklərə almanlar şiddətlə qarşı çıxdı. Almanlar gürcülərlə Potidə imzaladıqları müqavilə ilə Batum-Tiflis dəmir yolunun nəzarətini ələ keçirdilər. Bununla da kifayətlənməyən almanlar ruslara əsir düşən əsgərlərindən birliklər qurmağa başladılar. Ermənilər isə Tiflis-Culfa dəmir yolunun nəzarətini almanlara vermək istəyirdilər. Osmanlı dövləti bu dəyişikliklər qarşısında lazım gələn çalışmaları sürətlə tamamlayaraq, istəklərini qəbul etdirdi. Batumda 31 may 1918-ci ildə ermənilərlə, 3 iyun 1918-ci ildə də gürcülərlə dostluq və əməkdaşlıq müqavilələri imzaladı.
Bu yenilik Almaniya ilə Osmanlı dövlətinin arasını açmaqda gecikmədi. Başkomandan vəkili Ənvər paşa Türkiyə ilə Almaniya arasında ortaya çıxan bəzi anlaşılmazlıqları çözmək üçün Osmanlı Orduları kurmay başqanı alman generalı Von Seeckt ilə Batuma getdi. Məsələ burada gen-bol araşdırıldı.
3-cü Ordu komandanı Vəhib paşa Gümrüdəki türk hərbi birliklərinin Tiflis üzərinə yürüməsini əmr etdi. 10 iyun 1918-ci ildə irəli hərəkata başlayan birliklər qarşılarına çıxan gürcü-alman birləşmiş qüvvələrini dağıtdı. Bəzi alman zabit və əsgərlərini də əsir etdilər.
Qeyd etmək lazımdır ki, bu döyüş I Dünya Müharibəsində müttəfiqlərin bir-biri ilə döyüşə girdiyi yeganə döyüşdür.[2]
Alman baş qərargahının Ənvər paşa nəzdində dövrəyə girməsi nəticəsində əsirlər sərbəst buraxıldı, türk əsgəri də irəli hərəkatı dayandırdı. Bu dəyişikliklərə baxmayaraq almanlar qısa bir müddət sonra türk əsgərinin Gürcüstandakı dəmir yollarından faydalanmasına müxtəlif əngəllər çıxarmağa davam etdilər.[3]
Vəhib paşa vəzifəsindən uzaqlaşdırıldı.