Xırmandalı tayfası

Xırmandalı tayfası — Orta Asiyada, Cənubi Azərbaycanın Zəncan vilayətində və Anadolu bölgəsində yaşamış tayfa.

Bayat tayfasında bir tirənin adı olub.[1]

XI-XII əsrlərdə Xırmandalı tayfasının nümayəndələri Qəzvində dövlət yaratmışlar.

Səfəvi elçisinin Oruc bəy Bayatın «Relaciones de Don Juan de Persia» kitabında bu tayfanın adı çəkilir və təsvir edilir ki, “Xarmandalı biz markizlərə deyirik.”.[2]

XVI əsrdə bu tayfanın bir hissəsi Ərdəbil ərazisində məskunlaşmışdır. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan xırmandalılar I Şah İsmayılınI Şah Abbasın hakimiyyətə gəlməsində və dövlətin möhkəmləndirilməsində göstərdikləri xidmətə görə Şahsevənlər adını qazanmışlar. Tayfa başçılarının Quba xanı Fətəli xana (1758-1789) yazdıqları məktub əsasında onlara Muğandan Şabran-Müşgül ərazisinə kimi yaşamağa icazə verilmişdir.[3] Bundan sonra tayfanın nümayəndələri Muğan düzündə, indiki Biləsuvar rayonu ərazisində Xırmandalı kəndinin əsasını qoymuşlar. Xırmandalıların bir hissəsi XVIII əsrın 60-70-cı illərində Xəzər dənizinin sahilində — balıq və quş ovu, həm də əkin əkmək, heyvan saxlamaq üçün əlverişli imkanları olan torpaqlarda — indiki Masallı rayonunun ərazisindəki Xırmandalı kəndində məskunlaşmışlar.

  1. Əhmədov, Bəşir. "126". Etimologiya Lüğəti. 2024-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  2. Bayat, Oruc bəy. Relaciones de Don Juan de Persia.
  3. Xırmandalı tayfası // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 247. ISBN 978-9952-34-155-3.