Xəbibulla İbrahimov

Xəbibulla Kəlimulla oğlu İbrahimov (rus. Хабибулла Калимуллович Ибрагимов, başq. Хәбибулла Кәлимулла улы Ибраһимов, d. 29 dekabr 1894, Orenburq, Orenburq vilayəti, Rusiya imperiyası — ö. 16 mart 1959, Ufa, Başqırd MSSR, SSRİ) — Başqırd əsilli SSRİ bəstəkarıdramaturqu, musiqili-ictimai xadimi, Başqırdıstan MSSR-ın əməkdar incəsənət artisti (1951), Başqırdıstan MSSR Bəstəkarlar İttifaqının üzvü (1941–1959).[1]

Xəbibulla İbrahimov
rus. Хабибулла Калимуллович Ибрагимов
başq. Хәбибулла Кәлимулла улы Ибраһимов
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Orenburq, Orenburq vilayəti, Rusiya Rusiya imperiyası
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Ufa, Başqırd MSSR, SSRİ
Dəfn yeri Ufa müsəlman qəbiristanlığı
Vətəndaşlığı Rusiya Rusiya imperiyası
SSRİ SSRİ
Milliyyəti Başqırd
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar, dramaturq
Janr Opera
Musiqi aləti Fortepiano
Təhsili
  • Hüseyniyyə[d]
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı

Xəbibulla İbrahimov 29 dekabr 1894 tarixində Rusiya imperiyasının Orenburq vilayətinin inzibati mərkəzi olan Orenburq şəhərində, bir başqırd ailəsində anadan olmuşdur. İbrahimov 1915-ci 1929-cu illərdə, müşayiətçi olaraq həvəskar konsertlərdə ifa etmiş, səhnə istehsalı üçün musiqili müşayiət yaratmışdır. 1919-cu ildə Türkistan Cəbhəsi Siyasi İdarəsində cəbhə teatrının musiqi direktoru olmuşdur. 1920-ci 1937-ci illərdə, fasilələrlə rəssammusiqiçi olaraq, eləcə də, Başqırdıstan Dram Teatrının musiqi hissəsinin rəhbəri kimi işləmişdir. 1922-ci 1926-cı illərində, Şərq Xalqları İnstitutunun musiqi fakültəsində təhsil almışdır. 1937-ci 1939-cu illərində, Moskvada Mərkəzi Radio Yayımının musiqi redaktoru olmuşdur. 1940-cı ildən sonra həyatının qalanını Ufa şəhərində yaşamış bəstəkar, 1940-cı 1950-ci illərdə Ufa həvəskar xorlarının rəhbəri idi. Xəbibulla İbrahimov, 16 mart 1959 tarixində 64 yaşında vəfat etmişdir.[1][2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Xəbibulla İbrahimov Başqırdıstan komediyasının qurucusu hesab olunur. O, 5 musiqili komediyanın müəllifidir. Bunlar arasında ən məşhurları olan "Başmaqlar" (rus. Башмачки, (başq. Башмағым) və "Zyatok" ((rus. Зятек, (başq. Еҙнәкәй) var. Dramaturqun əsərləri arasında "Vətən üçün" (rus. За Родину, başq. Ватан өсөн), "Soyuq axın" ((rus. Холодный ручей, (başq. Һалҡын шишмә), "Şaban şərifi" ((rus. Чабан Шарафи, (başq. Кѳтѳүсе Шәрәфи) və s. mövcuddur. Xəbibullah İbrahimov, F. E. Kozitski ilə birlikdə Böyük Vətən müharibəsi haqqında olan "Vətən üçün" (rus. За Родину, başq. Ватан өсөн) operasının müəllifidir. Kuşaf Sayfi Kudaşın libretosu tərəfindən yazılmış və 1943-cü ildə səhnəyə qoyulmuşdur. O, həmçinin 30-dan çox mahnıxalq musiqisinin müəllifidir. Başqırdıstan şairlərinin şeirlərində onun mahnıları və xorları başqırd peşəkar musiqisinin mahnı janrına nümunə olmuşdur. Xəbibulla İbrahimovun "Salavat Marşı" Başqırdıstan xalq musiqisinə çevrilmişdir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • (Başqırdca) İbrahimov Xəbibulla Kəlimulloviç // Başqırdıstan Ensiklopediyası. Ufa: Başqırdıstan Elmlər Akademiyası. 2013.
  • "Başqırdıstan: Qısa bir ensiklopediya" kitabından məqalə Arxivləşdirilib 2013-03-04 at the Wayback Machine
  • İbrahimov Xəbibulla Kalimulloviç "Başqırdıstan" ensiklopediyasında