Salman Rüşdi

Salman Rüşdi (19 iyun 1947[1][2][…], Bombey, Britaniya Hindistanı[4]) — hind əsilli ingilis yazıçısı, 1981-ci ildə Buker mükafatı laureatı.

Salman Rüşdi
urdu سلمان رشدی
Doğum adı احمد سلمان رشدی[3]
Doğum tarixi 19 iyun 1947(1947-06-19)[1][2][…] (77 yaş)
Doğum yeri
Təhsili
  • Kembric Kinqs Kolleci[d]
Fəaliyyəti yazıçı, roman yazıçısı, esseist, ssenarist, uşaq ədəbiyyatı yazıçısı, aktyor, müəllif
Fəaliyyət illəri 1975-ci ildən
Əsərlərinin dili Urdu dili, ingilis dili, Kəşmir dili
Janr magik realizm
Üzvlüyü
Mükafatları Order of the Companions of Honour Cəngavər bakalavrı "İncəsənət və Ədəbiyyat" ordeni "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Companion of Honour
salmanrushdie.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salman Rüşdi 1947-ci ildə Bombeydə biznesmen ailəsində anadan olub. 1961-ci ildə təhsil almaq üçün İngiltərəyə yollanıb. 1964-cü ildə Böyük Britaniya vətəndaşlığını alıb. Kembric Universitetinin tarix fakültəsini bitirib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk əsəri 1975-ci ildə yazdığı "Qrimus" romanıdır. 1981-ci ildə yazdığı "Gecəyarısı uşaqları" əsəri Le Monde tərəfindən XX əsrin 100 kitabı siyahısına daxil edilmişdir.

1988-ci ildə yazdığı Qurandan bəhs edən "Şeytanın ayələri" kitabı müsəlman dünyasında qəzəblə qarşılanıb. Kitab HindistanCənubi Afrika Respublikasında qadağan edilib. 1989-cu ildə Ayətullah Xomeyni yazıçının ölümünə fətva verib.

16 iyun 2007-ci ildə II Elizabet Salman Rüşdini cəngavər tituluna layiq görüb. 26 iyun 2008-ci ildə Londonda Bukingem sarayında II Elizabet şəxsən cəngavər titulunu Salman Rüşdiyə təqdim edib.

Əsərlərinin siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Qrimus (1975)[5]
  • Gecəyarısı uşaqları (1981)
  • Utanc (1983)
  • Yaquar gülüşü (1987)
  • Şeytan ayələri (1988)
  • Harun və Hekayələr dənizi (1990)
  • Güzgü işi
  • Xəyali vətənlər (1991)
  • Oz sehrbazı (1992)
  • Şərq, Qərb (1994)
  • Qəzəb (2001)
  • Təlxək Şalimar (2005)
  • Florensiyanın sehrbazı (2008)
  • Luka və həyat atəşi (2010)
  • Cozef Anton- Xatirə (2012)
  • İki il səkkiz ay iyirmi səkkiz gecə (2015)
  • Qızılı ev (2017)
  • Kixot (2019)
  • Kurt Vonnequtun "Sallaqxana-beş"i indi bizə nə deyir?
  1. 1 2 Sir Salman Rushdie // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Salman Rushdie // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. Urdu Vikipediya (urdu). 2004.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118873520 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. "www.salmanrushdie.com/books". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-10.