Xacə Abdullah bin Əbu Mənsur Məhəmməd Ənsari (4 may 1006–8 mart 1089) — Məşhur təsəvvuf alimi.
Xacə Abdullah Ənsari | |
---|---|
Xacə Abdullah bin Əbu Mənsur Məhəmməd Ənsari | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, ilahiyyatçı, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhur təsəvvuf xadimi Xacə Abdullah Ənsari 1006-cı ildə Heratın Kuhəndiz qalasında doğulmuşdur. O, Həzrət Məhəmməd Peyğəmbərin (s) şərəfli səhabəsi Əbu Əyyub Ənsarinin nəslindən idi. Xacə Abdullah Ənsari şəriət elmlərini də mükəmməl bilirdi; buna görə ona Şeyxülislam ləqəbi verilmişdi. Ənsarinin rəvan üsubda qələmə aldığı irfani əsərləri, saf ilahi eşqlə dolu olan münacatları məşhurdur. Ən tanınmış kitabları "Mənazilus-sairin" və Qurani-Kərim təfsiridir.
Təsəvvüf düşüncəsindəki tərbiyənin işləndiyi, dərinləşdiyi və xalqa təqdim edildiyi təkyəyə, zaviyə, xanəgah və dərgah kimi adlar da verilmişdir. İlk təkyənin Rəmlədə (Hicri IV əsrdə) Xacə Abdullah Ənsari tərəfindən yaradılmasından qısa bir müddət keçmiş hər tərəfdə yayılan və daha sonra qurulan Müsəlman dövlətlərin quruluş fəaliyyətlərində olan təkyələr, Türklərin Anadoluya daxil olub oraya yerləşməsində də böyük rol oynadılar.[1]
Əbu İsmayıl Xacə Abdullah Ənsari ibn Əbu Mənsur Bəlxi bin Cəfər bin Əbu Mü'əz bin Məhəmməd bin Əhməd bin Cəfər bin Əbu Mənsur əl-Təəbi'i bin Əbu Əyyub əl-Ənsari.
Xacə Abdullah əl-Ənsarinin törəmələrindən bəziləri Hindistana köçmüş və İslam düşüncəsi, maarif və sufizmin orada yayılmasını təmin etmişlər. Soyundan gələn ən ünlü şəxsiyyətlərdən biri "Qutb-ül Aləm" ləqəbiylə tanınan Şeyx Xacə Əlaəddin Ənsaridir. Məhdum Nizamüddin Ənsari və Qütb Şahid Molla Qütbüddin Ənsari bunlardan bir başqalarıdır.
Molla Qütbüddin Ənsarinin soyundan gələn Şahid ünlü Firəngi Mahal məktəbini qurmuşdur.