Xalxal xanlığı (kitab)

Tanınmış jurnalist-yazıçı Ənvər Çingizoğlu “Xalxal xanlığı“ adlı monoqrafik kitabı bu günlərdə nəşr olunub.

Xalxal xanlığı
Müəlliflər Ənvər Çingizoğlu
Orijinalın dili azərbaycanca
Orijinalın nəşr ili 2016
Nəşriyyat Mütərcim
Səhifə 128
ISBN 978-9952-28-291-7

Kitabın mövzusu[redaktə | mənbəni redaktə et]

Kitab XVIII əsr Xalxal xanlığının ictimai-siyasi və sosial-iqtisadi hadisələri, onun təşəkkül tarixindən bəhs edir.

Əsərdə Nadir şah Qirxlı-Avşarın (1688-1747) ölümündən sonra güclənən xanlıq yaranma prosesində meydana gələn Xalxal xanlığının Azərbaycanın xanlıqlar sistemində özünəməxsus yer tutduğu göstərilir. XVIII yüzilliyin ikinci yarısında yaranmış Xalxal xanlığı Sərab, Gilan, Ərdəbil xanlıqları arasında fasiləsiz mübarizə obyektinə çevrilib. Xalxal xanlığı 1902-ci ildən etibarən özünün siyasi müstəqilliyini itirərək Qacarların hakimiyyəti altına düşüb və İranın ucqar əyalətlərindən biri olub. 128 səhifədən ibarət kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Bəhram Məmmədlidir. Kitabın rəyçiləri, tarix üzrə fəlsəfə doktorları Mahal Qacar və Güntəkin Nəcəflidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]