Xasay Həsən oğlu Vəzirov (24 fevral 1914, Şuşa – 1998) — "Kommunist" qəzetinin baş redaktoru, "Azərinform"un direktoru, üçüncü, dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı.
Xasay Vəzirov | |
---|---|
1959 – ? | |
Əvvəlki | Vəzifə təsis edildi. |
1951 – 1959 | |
Seçki dairəsi | 1954 — Qılınclı |
İyul 1958 – Sentyabr 1962 | |
Əvvəlki | Yefim Qurviç |
Sonrakı | Yefim Qurviç |
1955 – 1958 | |
Əvvəlki | Ağababa Rzayev |
Sonrakı | İsrafil Nəzərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 1998 |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Xasay Vəzirov 1914-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Orta və ibtidai təhsilini Bakıda almışdır. Sonra təhsilini artırmaq üçün Bakı Pedaqoji Texnikumunu bitirdi, təyinatla Əli-Bayramlı şəhər ibtidai məktəbinə göndərildi. 1931-ci ildə Bakıya qayıdan Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Yeni yol" ictimai-ədəbi qəzetinin redaksiyasında işləməyə başladı.[1]
1933–1939-cu illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunda təhsil alaraq ali fərqlənmə diplomu ilə iqtisadçı-mühəndis adı almışdır. 1948-ci ildə həmin institutda aspirantura təhsilini tamamlamışdır. 1949-cu ildə mətbuat tarixindən namizədlik dissertasiyasını müdafiə etmişdir.
İkinci Dünya müharibəsində Sovet Ordusunda məsul vəzifələrdə çalışmışdır.
Xasay Vəzirov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
İkinci Dünya müharibəsi bittikdən sonra Azərbaycana qayıdan Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbuat bölməsinə müdir təyin olunmuşdur. Daha sonra isə Mərkəzi Komitənin təbliğat-təşviqat bölməsinin müdir müavini vəzifəsinə təyinat almışdır. 1962-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya məsələləri üzrə katibi vəzifəsinə seçilmişdir.[2]
Xasay Vəzirov Azərbaycan Kommunist Partiyasının XVIII, XIX və XX qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir.
Xasay Vəzirov 1958-ci ilin iyul ayında "Azərinform"un direktoru təyin olunmuşdur. 1962-ci ilədək bu vəzifəfə çalışmışdır.
Xasay Vəzirov 1966–1978-ci illərdə Azərbaycan Kommunist Partiyası yanında Partiya Tarixi İnstitutuna direktorluq etmişdir. 1978–1991-ci ilərdə "Azərnəşr"də böyük redaktor vəzifəsində çalışmışdır.[1][2]
1991-ci ildən 1998-ci ilədək isə AzərTAc-da redaktor-tərcüməçi işləmişdir.[1]
Xasay Vəzirov üçüncü, dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və üç çağırış Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı seçilmişdir. Dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinə Kəlbəcər rayonundakı Qılınclı seçki dairəsindən deputat seçilmişdir.
1941–1942-ci illərdə Sovet qoşunları tərkibində İranda olmuşdur. Bir il sonra isə siyasi orqanlarda işləmək üçün Moskvaya çağırılaraq Sovet Ordusunun Baş Siyasi İdarəsində redaktor-tərcüməçi vəzifəsinə təyin edildi.[1]
Tehrandan qayıdandan sonra o, 416-cı atıcı Taqanroq diviziyasına göndərildi. Diviziyada Azərbaycan dilində nəşr olunan "Qızıl Ordu təşviqatçısının bloknotu"nun redaktoru təyin edildi, eyni zamanda Azərbaycan dilində döyüş vərəqələri buraxmağa başladı.[1]
Xasay Vəzirov 1945-ci il dekabrın sonlarında baş leytenant rütbəsində ordudan tərxis olundu.[1]
Xasay Vəzirov Yalta konfransında müxbir kimi iştirak etmişdir.
Müharibədən sonra, 1946-cı ildə "Azərbaycan neft təsərrüfatı" jurnalında redaktor müavini və eyni zamanda 1947-ci ildən isə Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının Azərbaycan SSR üzrə müvəkkilinin müavini vəzifələrində işlədi.
Xasay Vəzirov 1947-ci ildən "Kommunist" qəzetinin redaktor müavini, 1951–1958-ci illərdə isə məsul redaktoru olmuşdur.[3] O, həmçinin, 1947–1951-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Təbliğatçı" qəzetinin də baş redaktoru olmuşdur.[1]
1959-cu ildə o, yeni yaradılmış Azərbaycan Jurnalistlər İttifaqının ilk sədri seçilmişdir.[1]
Xasay Vəzirov Vladimir Lenin və İosif Stalinin əsərlər külliyyatının tərcüməsində də iştirak etmişdir. O, həmçinin, Heydər Hüseynovun rəhbərliyində tərtib olunan "Rusca-Azərbaycanca lüğət"in təşkilində iştirak etmişdir.[2]
Xasay Vəzirov Sovet jurnalistləri nümayəndə heyətinin tərkibində bir neçə xarici ölkədə — Rumıniyada, Bolqarıstanda, Yaponiyada, Hindistanda olmuşdur. Onun səfər təəssüratlarını əhatə edən "Rumıniya səfəri", "Tokio-Xirosima", "Yeni Bolqarıstan", "Hindistan xatirələri" adlı kitabları çap olunmuşdur.[1]
1940-cı ildə o, SSRİ Xalq Neft Komissarlığının əla təhsil və istehsalat işinə görə "Sosializm yarışının əlaçısı" döş nişanı ilə təltif edilmişdir.[1]