Təbliğatçı (qəzet)

Azərbaycan kommunisti (Азәрбајҹан коммунисти) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aylıq nəzəri və siyasi jurnalı.

Azərbaycan kommunisti
Təsis tarixi 1939
Nəşrini dayandırıb 1990
Ölkə
Qərargah
Dil Azərbaycan dili

Jurnalın ilk nömrəsi 1939-cu ilin iyulunda Bakıda Azərbaycan dilində çıxmışdır. Əvvəlcə "Propaqandist", 1944-cü ilin martından "Təbliğatçı", 1957-ci ilin martında "Azərbaycan kommunisti" adı ilə nəşr olunmuşdur. Jurnal marksizm-leninizm nəzəriyyəsi, marksist fəlsəfə, siyasi iqtisad, Sovet İttifaqı Kommunist PartiyasıAzərbaycan Kommunist Partiyası tarixi, partiya quruculuğu, elm və mədəniyyət, ədəbiyyat və incəsənətin aktual məsələrini işıqlandırmışdır. Dünya kommunist və fəhlə hərəkatına, beynəlxalq münasibətlərə, sosialist ölkələrinin qarşılıqlı əməkdaşlığına, burjua ideologiyasının tənqidinə dair məqalələr dərc etmişdir. Jurnal partiya təşkilatlarının iş təcrübəsini yaymış, təbliğatçı və təşviqatçılara kömək məqsədilə məsləhətlər vermişdir. 1976-cı ildə aylıq tirajı 42 min olmuşdur.[1] Naməlum tarixdə ləğv edilmişdir.

  1. Азәрбајҹан коммунисти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 157.