Macarıstanda turizm özünün tarixi abidələri seçilir. Macarıstan 2002-ci ilə hörə dünyanın ənənəvi turizm ölkələri siyahısına daxil edilmişdir[1]. 2004 və 2005-ci illər ərzində ölkəyə gələn turistlərin sayında 7 % artım olmuşdur[2]. Ölkəyə gələn turistlərin 98 % Avropa ölkələrindən gələnlər təşkil edir. Onlar arasında Avstriya, Almaniya və Slovakiya kimi ölkələrdən gələnlər üstünlük təşkil edir. Turizm mövsümü apreldən oktyabra qədər davam edir. İyul-avqust ayları turistik aktivliyin pik dönəmidir. Macarıstanda turistlərin ən çox maraq göstərdikləri şəhər Budapeştdir.
Budapeşt XX əsrin 90-cı illərində Mərkəzi Avropada turistlər arasında ən məşhur şəhər olmuşdur. Şəhərin görməli yerlərindən biri Buda qəsridir. Burada Macarıstan Milli Qakereyası, Budapeşt Tarix muzeyi, Müqəddəs Matyaşka kilsəsi, Şandor Sarayı və s. yerləşir. Üstəlik Macarıstan Parlament binasıda məşhurluqda heçdə digərlərindən geri qalmır[3]. Şəhərdə çoxlu sayda muzey və teatrlsr yerləşir.[4]. Buda qəsri, Dunay çayının sahilində və Andraşi prospekti YUNESCOÜmumdünya irsi siyahısına daxil edilmişdir[5]
Macarıstanda ümumilikdə 1300 geotermal mənbə vardır. Bu mənbələrdən hətta Roma imperiyasından istifadə edirdilər. Romalılar b.e I əsrdən dunayın sahilində geotermal mənbələr üzərində hamamlar inşa edirdilər[6]. 30000 m³ olan mineral sular (21° — 76 °C) 118 mineral mənbədən istifadə edilməklə yönlındirilir. Budapeşt hamamlarında mazaj, spa-prosedurları, sağlamlıq xidmətləri göstərilir[7][8]
Budapeşt yaxınlığında 200 mağara vardır. Bu mağaralar turistlər üçün açıqdır[5][9]. Palvolqi mağarası XX əsrin əvvəlləri açılmışdır. Bu mağara Buda təpəsində yerləşən ən böyük mağaradır[10]. Matyas mağarası (Matyas) şəhərin kənarında yerləşir. Bura ekstermal turizm həvəskarları daha çox gəlir.[11]
Balaton gölü Avopanın mərkəzində ən böyük şirinsulu göldür. Bu Macarıstanda məşhurluğuna görə ikinci istiqamətdir. 1994-cü ildə göldə 2.5 milyon turist olmuşdur[12][13]. Regional turizmin digər istiqaməti aktiv istirahət, spa kurort və görməli yerlərə səfərlərdir.[14]. Macarıstanda 400 kempinq yeri hazırlanmışdır[15]. Ölkədə 2500 km uzunluğu olan velosiped yolu vardır[16]. Populyarlıq baxımından balıq ovu və quşların müşahidəsi kimi sahələr seçilir[17][18]