Xotin sülh müqaviləsi

Xotin müqaviləsi, 9 oktyabr 1621-ci ildə Osmanlı imperiyası ilə Reç Pospolita arasında imzalanmış sülh müqaviləsidir. 1620-1621-ci illər Osmanlı-Reç Pospolita müharibəsini başa çatdıran müqavilədir.

Xotin müqaviləsi
Xotin qalası
Xotin qalası
Müqavilənin tipi Sülh müqaviləsi
İmzalanma tarixi 9 oktyabr 1621
İmzalanma yeri Hotin Ukrayna
İmzalayanlar II Osman
III Zygmunt Waza
Tərəflər Reç Pospolita
 Osmanlı imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reç Pospolita ValaxiyaMoldavianın işlərinə qarışdıqdan sonra Osmanlı imperiyası Reç Pospolitaya qarşı müharibə başlatdı. Sultan Gənc Osmanın komandanlığı altında 200 000 əsgərdən ibarət ordu Reç Pospolitanın əlindəki Hotin qalasını mühasirəyə aldı. Osmanlı ordusu dəfələrlə hücum etsə də, Hotin qalasını ala bilmədi. Qaraman bəylərbəyi Doğancı Ali Paşa, üç gün ərzində Hotin qalasının Dnepr çayından toplarla atəşə tutdu. Nəticə əldə edə bilmədikdə Polşa ordusunun üstünə yürüş başlandı. Ancaq güclü artilleriya atəşlərinə görə geri çəkilməli oldular. Demək olar ki, Polşa batalyonu ələ keçirilirdi, ancaq yeniçərilər müharibədən imtina edib yaxınlıqdakı kəndləri talan etməyə başladılar. Polşa əsgərləri fürsətdən istifadə edib əks hücuma keçdilər. Bu talanın səbəbi isə yeniçərilərin verilmiş bəxşişdən narazılığı ilə əlaqələndirilmişr. Qaraqaş Məhəmməd Paşa düşmən dəstəsinə hücum etdi. Lakin Ohrili Hüseyn Paşa yeniçərilərin itaətsizliyi səbəbindən əlavə qüvvələr göndərə bilmədi. Polşa ordusu da paşanı və onun qoşunlarını mühasirəyə aldı. Nəticədə Qaraqaş Məhəmməd Paşa döyüş meydanında öldürüldü. Yeniçərilərin hərəkətsizliyi səbəbi ilə basqınlarda müvəffəqiyyətli olmadı. Ayrıca Ohrili Hüseyni Paşanın yeniçəriləri “topal eşşəyin yerinə sağlam eşşəyi bağlayırıq” formasında təhqir etməsi və düşərgədən qaçarkən tutulan 20-25 ətrafında yeniçərinin edam edilməsi aranı qarışdırmış və yeniçərilərin Ohril Hüseyn Paşaya nifrətinə səbəb olmuşdur. Sonra da ekspedisiya əsnasında iğtişaş oldu. Yeniçərilərin bəhanələri “Biz aylarla mübarizə apardıq. Bir çox yoldaşımız şəhidlik şərbətini içdi. Buna baxmayaraq qələbə yoxdur! Çünki paşalarımız qabiliyyətsizdirlər. Bizi lazımsız yerə kafirlərə qırdırırlar. Qış gəlir. Səfər başa çatsın. Paytaxta qayıdaq. Şərtlər getdikcə ağırlaşır. Qış qapıdadır. Görüləsi iş məlumdur: gəlin paytaxta qayıdaq! Bundan əlavə, yeniçəriləri təhqir edən və düşmənə qırdıran Ohrili Hüseyn Paşanın işdən çıxarılmasını xahiş edirik! Ya tələblərimiz yerinə yetirilər, ya da hər kəs bu işin nəticələrinə görə hesab verər!” formasında sultan və paşaları təhdid etdilər. Reç Pospolita kralı III Zygmunt Waza israrla barışmaq istəyəndə də Gənc Osmanın etirazlarına baxmayaraq sülh müqaviləsi imzalandı. Bu müqavilənin bəzi şərtləri aşağıdakılardır:

  • Krım tatarlarının Reç Pospolitaya basqınları qadağan ediləcək.
  • Polşa kralı şəxsən kazakların Osmanlı imperiyasına hücumlarının qarşısını alacaq.
  • Sərhədlərdə qurulan Reç Pospolita qalaları dağıdılacaq.
  • Reç Pospolita; Transilvaniya ValaxiyaMoldovanın daxili işlərinə qarışmayacaq.
  • Hotin qalası Osmanlı hakimiyyəti altındakı Moldovaya veriləcək.
  • Reç Pospolitanın Osmanlıların himayəsi altında olan Krım xanlığına ödədiyi 40.000 qızıl vergisi davam edəcəkdir.

Hücumun uğursuz olmasına baxmayaraq Moldovanın təhlükəsizliyi təmin edildi. Kampaniya nəticəsində Ohrili Hüseyin Paşa vəzifəsindən azad edildi və yerinə Dilavər Paşa gəldi. II Osman Hotin qalası qarşısında döyüşmək istəməyən Yeniçərilər Palatasını ləğv edəcəyini açıqladı. Bu qərar onun öldürülməsi ilə nəticələndi.