Xulna ( benq. খুলনা ) Banqladeşdə dördüncü ən böyük şəhərdir.[1] 2011-ci il siyahıyaalınmasında şəhər 663,342 nəfər əhaliyə sahib idi.[2] 2014-cü ildə Xulna meqapolisinin
Xulna | |
---|---|
22°49′ şm. e. 89°33′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1884 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 9 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | Khulna GPO 9000 & Khulna Head Office 9100 |
Digər | |
khulnacity.org | |
Vikianbarda əlaqəli mediafayllar |
təxminən 1.022 milyon nəfər əhalisi vardı.[3]
Xulna Rupşa və Bhairab çaylarında bir limandır. Banqladeş sənayesinin bir mərkəzi, bir çox milli şirkətə sahibdir. Xulnada ,Mongla limanı (ölkənin ikinci ən böyük dəniz limanı) xidmət göstərir və bura Banqladeş Hərbi Dəniz Qüvvələrinin iki əsas dəniz-komandanlıq mərkəzlərindən biridir.
Xulna, dünyanın ən böyük manqrov meşəsi və Benqal pələnginin evi olan Sundarbanın qapısı hesab olunur. Bura YUNESKO-nun Dünya İrsinə daxil olan Baqerhat Məscid şəhərinin şimalındadır.[4][5]
Xulna, qədim Vanqa və Samatata krallıqlarının bir hissəsi idi. Bölgənin əvvəlki adı Cəlalabad idi.
14 əsrdə Şəmsəddin Firoz Şah şəhərə gələn ilk müsəlman hökmdar idi. Şəmsəddin İlyas Şahın dövründə müsəlman məskənləri artdı və bir çox məscid və ziyarətgahlar quruldu.
Müsəlman, müqəddəs Xan Cahan Əli 15-ci əsrdə bu ərazini Qauda kralından cagir (dövrün torpaq mülkiyyət forması) olaraq alır. Əli 1459-cu ildə ölümünə qədər suverenlik hüququndan tam istifadə etdi.[6]
Əlinin ölümündən sonra şəhər yenidən Benqal Sultanlığının bir hissəsi oldu. 16-cı əsrdə Daud Xan Karraninin hakimiyyəti dövründə Vikramaditya (Karrani'nin baş vəzirlərindən biri) Moğollarla döyüşərkən Benqalın cənubunda, o cümlədən Xulnada ərazi əldə etdi. Vikramaditya, paytaxtı İsvaripurda (müasir Cessur ) olan suveren bir səltənət qurdu. Vikramaditya 1611-ci ildə Moğol imperatoru Əkbərin hind generalı Man I Sinh tərəfindən məğlub edildi.[7]
Xulna,1793-cü ildə İngilis Ost-Hind Şirkəti nizamatı (yerli qaydanı) ləğv edib şəhəri idarə edənə qədər Benqalın muxtar hökmdarları hakimiyyəti altında qaldı.
Şəhər 1842-ci ildə Cessur mahalının bir hissəsi oldu və 1882-ci ildə Xulna rayonunun qərargahına çevrildi.[7]
19 Avqust 1947-ci ildə Xulna diviziyası Pakistanın bir hissəsi oldu. Xulna ilk dəfə 1947-ci ildə Hindistanın bir hissəsi elan edildi və 15 Avqustda burada Hindistan bayrağı qaldırıldı.
Xulna, Banqladeşin Dəkkə və Çittaqonqdan sonra üçüncü ən böyük şəhəridir. Şəhər ölkənin cənub-qərb hissəsində, Rupşa və Bhairab çaylarında, 59,57 kvadrat kilometr ərazini əhatə edir.[8] Şəhər dünyanın ən böyük çay deltası olan Qanq deltasının bir hissəsidir. Dünyanın ən böyük manqrov meşəsi olan Sundarban deltanın cənub hissəsindədir. Xulna rayonun şimal hissəsindədir və Mayur çayı paytaxt ərazisinin qərb sərhədindən axır.
Yaz aylarında şəhər rütubətli və qışda mülayimdir. Xulnanın illik orta temperaturu 26.3 °C (79.3 °F), aylıq orta temperaturu Yanvar ayında 12.4 °C (54.3 °F) Mayda isə 34.3 °C (93.7 °F)-dir. İllik orta yağıntının miqdarı 1809.4 mm-dir və bunun təxminən 87 faizi May-Oktyabr ayları arasında düşür.
Xulna şəhəri iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 25,6 | 28,5 | 33,1 | 34,6 | 34,3 | 32,9 | 31,8 | 31,8 | 32,1 | 32,1 | 29,9 | 26,5 | 31,1 |
Minimum orta, °C | 12,4 | 15,4 | 20,5 | 23,9 | 25,2 | 26,1 | 26,0 | 26,2 | 25,8 | 24,1 | 19,6 | 13,9 | 21,6 |
Yağıntı norması, mm | 13,3 | 44,4 | 52,1 | 87,5 | 200,0 | 335,6 | 329,8 | 323,5 | 254,7 | 129,8 | 32,1 | 6,6 | 1.809,4 |
Xulna Bələdiyyə Şurası 12 dekabr 1884-cü ildə qurulmuş və 1984-cü ildə bələdiyyə korporasiyası və 1990-cı ildə şəhər korporasiyası olmuşdur. Xulna Şəhər Korporasiyası, şəhərin 31 palatasını idarə edən, seçilmiş bir bələdiyyə başçısı tərəfindən idarə olunan bir özünü idarəetmə bir korporasiyadır.
Khulna Böyükşəhər Polis İdarəsi (KMP) qanun və qaydanı qoruyur və paytaxt ərazisindəki nəqliyyat axınını tənzimləyir. Səkkiz polis bölməsi vardır. Böyükşəhər Magistrat Məhkəməsi (CMM) şəhərin qanuni problemlərinə qərar verir. Khulna İnkişaf İdarəsi (KDA) şəhərin inkişafını planlaşdırır və əlaqələndirir. Khulna Su Təchizatı və Kanalizasiya İdarəsi (KWASA) KCC-ni paralelləşdirir.
2011-ci il siyahıyaalınmasında Xulnanın 663,342 nəfər əhalisi var idi.[2] 2014-cü ildə isə şəhər və onun paytaxt bölgəsi, 1.022 milyon nəfərlik bir əhaliyə sahib idi.[3] Şəhərin savadlılıq səviyyəsi 59,1 faizdir, bu ölkə üzrə orta göstəricidən 56.5 faiz yüksəkdir.
Xulna sakinlərinin əksəriyyəti benqal dilində danışır (milli dil, onun ləhcələri və regional dilləri). İngilis dili, xüsusilə iş üçün əhalinin böyük bir hissəsi tərəfindən başa düşülür. 1947-ci ildə Hindistanın şərqindən didərgin düşmüş və Şərqi Benqala sığınmış müsəlmanların nəsillərində bir az urdu dilli əhali var.
İslam, Xulnanın əsas dinidir, əhalinin 80,12 faizi bu dinə sitayiş edir. Digər dinlərə Hinduizm (19,11 faiz), Xristianlıq (0.67 faiz) və Buddizm (0.04 faiz) daxildir.
Xulna, Banqladeşin üçüncü ən böyük iqtisadi mərkəzidir. Monqla limanından şimalda müxtəlif yüngül və ağır sənaye sahələri var. Əsas sektorlar cut, kimyəvi maddələr, balıq və dəniz məhsulları qablaşdırılması, qida emalı, şəkər dəyirmanı, elektrik enerjisi istehsalı və gəmi istehsalıdır. Şəhərin ticarəti, Lisenziyalı Ölçülər Şöbəsi (LMD) və bu sahənin sertifikatlaşdırma, attestasiya və təbliğat şöbələri vasitəsilə tənzimləyir. Bölgədə xarici sərmayə cəlb edən azad ticarət zonası var. Şəhərdə bir sıra milli şirkətlərin, o cümlədən "MM Ispahani Limited", "BEXIMCO", "James Finlay Bangladesh", "Summit Power" və "Abul Khair Group"-un filialları yerləşir.
Rikşalar, bir nəqliyyat növü olaraq qısa səyahətlər üçün Xulnada ən məşhur ictimai nəqliyyat vasitəsidir və avtobus kimi fəaliyyət göstərən irihəcmli rikaşalara da yayqındır. Motosikllər orta təbəqə arasında populyardır və varlı insanlar xüsusi avtomobilə üstünlük verirlər.
N7 magistral yolu Xulnanı Banqladeşin qalan hissəsi ilə birləşdirir.
Khulna dəmiryoul stansiyası - şəhərin əsas stansiyasıdır. Banqladeş Dəmiryolu altı şəhər arasında qatarların fəaliyyət göstərdiyi əsas dəmir yoludur. Xulnada daha dörd dəmir yolu stansiyası var və daha iki dəmiryolu layihə çərçivəsində inşa edilir.
Xan Cahan Əli Hava Limanının inşası hələ də davam edir. Şəhər mərkəzindən 71 kilometr (44 mil) şimalda yerləşən Cessor Hava limanı bölgənin yeganə hava limanıdır.
Sərnişin buraxılışı və yük xidmətləri üçün Xulnadakı Banqladeş Daxili Su Nəqliyyatı Təşkilatı,Dəkkəyə ekspress xidməti ilə fəaliyyət göstərir.
Xulnanın bir sıra təhsil müəssisələri var. 1902-ci ildə qurulan Bracalal Kolleci, şəhərin ən qədim ali təhsil müəssisəsidir. Xulna Universiteti, Banqladeşdə tələbə siyasətinin qadağan olunduğu yeganə dövlət universitetidir.Xulna Mühəndislik və Texnologiya Universiteti (KUET), Xulna Kənd Təsərrüfatı Universiteti (KAU) və Xulna Tibb Kolleci (KMC) də şəhərdə fəaliyyət göstərir. Şimali Qərb Universiteti, Banqladeş (NWU) və Şimali Biznes və Texnologiya Universiteti (NUBT) isə şəhərdəki özəl qurumlardır.
Kriket və futbol, Xulnanın ən populyar iki idman növüdür və Khulna Division kriket komandası şəhərdə öz sahəsinə sahibdir. Khulna Abahani Club 2008-2009 Banqladeş Premyer Liqası mövsümündə ayrılmazdan əvvəl bir neçə mövsüm Banqladeş Futbol Premyer Liqasında oynamışdır.
Şeyx Əbu Nasir stadionu, şəhərin yeganə beynəlxalq idman məkanıdır ( test kriketi, Bir günlük beynəlxalq və iyirmi beynəlxalq oyuna ev sahibliyi edir). Bura 21 Noyabr 2012 tarixində Banqladeşdə yeddinci test-kriket məkanı oldu; eyni zamanda bir sıra Banqladeş Premyer Liqa oyunlarına ev sahibliyi edir.[10] Xulna Rayon Stadionu digər yerli idman və mədəni tədbirlərə ev sahibliyi edir.
Xulna rayonundakı Sundarbans, Bengal pələnginin və dünyanın ən böyük manqrov meşəsinin məskənidir. Bura UNESCO`nun Ümumdünya irsinə daxil edilmişdir.[11]
Bagerhat məscid şəhəri, Xulnanın cənub-şərqindən təxminən 15 mil (24 km) məsafədə yerləşən Baqerhat şəhərinin ətrafında əvvəllər itirilmiş bir şəhərdir. Bura həm də Ümumdünya irsinə daxildir.
1998-ci ildə qurulan Xulna Dairəsi muzeyi, şəhərin yeganə muzeyidir. Bura Banqladeş Arxeologiya İdarəsi tərəfindən qurulub.