Yəhudi məhəlləsi (Qroznı)

Yəhudi məhəlləsiÇeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzi məhəllələrində biri. Məhələ adını XIX əsrin ikinci yarısından burada məskunlaşan dağ yəhudilərinin adından götürmüşdür.

Yəhudi məhləsi (Qroznı)
Yəhudi məhləsində sinaqoq binası
Yəhudi məhləsində sinaqoq binası
Yer Qroznı
Region Rusiya Rusiya Çeçenistan
Tarix
Əsası qoyulub XXI əsrin ikinci yarısından başlayaraq
Tərk edilib Birinci çeçen müharibəsi zamanı
Yer qeydləri
Vəziyyəti dağınıq

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Rayon Qroznının şimal hissəsinin mərkəzində yerləşirdi. Sunja çayının sağ sahilində, Sovet hökuməti qurulduqdan sonra Leninski rayonunun inzibati ərazisinə daxil idi. Rayonun əsas küçələri Moskovskaya və Viktor Kan-Kalik (keçmiş Subbotnikov) olmuşdur.

Məhəllə adını XIX-in ikinci yarısından burda məskunlaşan yəhudilərdən almışdır.

"Yəhudi slobodası" (qəsəbə) Qroznı şəhərinin köhnə məhəllələrindən biri olan yəhudi icmasının ənənəvi olaraq yaşadığı bir ərazidir.[1]. Yəhudilərin Qroznıda məskunlaşması XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, bu dövrdə Endirey ticarət kəndindən (Andreyevka, Dağıstan) dağ yəhudiləri Qroznı qalası ərazisinə köçməyə başladılar.[2][3] Sovetləşmədən əvvəlki dövrlərdə yəhudi məhəlləsinə yəhudi forştadtı deyilirdi.[4]

Məhəlləyə həmçinin Qırmızı Yəhudi qəsəbəsi də deyilirdi. Çünki bu ərazidəki evlərin damları samandan olan kazak evlərindən fərqli olaraq ənənəvi olaraq qırmızı plitələrlə örtülmüşdü.[5]

1869-cu ildə Qroznıya şəhər statusu verildi və bu, bölgəyə yeni məskunlaşanların axınına təsir etdi. 1866-cı ildə artıq burada 453 kişi və 475 qadından ibarət yəhudi məskunlaşmışdı. 1874-cü ildə Qroznıda 1260 dağ yəhudisi yaşayırdı (şəhərin ümumi əhalisi 8450 nəfər idi).[6]. Məhəllə sakinlərinin əsas məşğuliyyəti ticarət və dəri işləmə idi. Ərazi bir neçə hissədən ibarət idi. Daha sonra qəsəbəni şəhərin mərkəzi hissəsi ilə birləşdirən Belikovski körpüsü tikildi. Bu da bölgənin iqtisadi inkişafına müsbət təsir etdi.

" Qroznıya girəndə nə görürsən. Körpüdən keçirsən: körpüdə dağlardan Qroznıya köçmüş bir qrup dağ yəhudisi var; dağ yəhudiləri Fələstini çoxdan (Məsihin doğulmasından xeyli əvvəl) tərk etmələrinə baxmayaraq, Polşa və Rusiyada yaşayan soydaşlarının tipik xüsusiyyətlərini qoruyub saxlamışlar; qaranlıq sarı rəng və kədərli qara gözlər. Əsrlər boyu dağlar arasında yaşayan yəhudilər həmvətənlərinə xas olan ticarət ruhlarını itirməmişlər və indi onlar Qroznı və Nalçik ticarətinə nəzarət edirlər. Yəhudilərdən bəziləri Avropa paltarı geyinir, bəziləri Çərkəz. Ancaq dağlarda həyat onların üzərində öz izini buraxıb: belə ki, bir çoxları əla at sürür və qorxmaz cigitlərdir.[7]
Xaruzin N.N.Şimali Qafqaz dağlarında. Səyahət eskizləri // Avropa Bülleteni, No 10. 1888.
"

1875-ci ildə qəsəbədə Sunja çayının sahilində yəhudilər üçün dua evi də tikildi.

1893-cü ildə Qroznıda şəhərin sürətli inkişafına səbəb olan böyük neft yataqları kəşf edildi. Rusiyanın mərkəzindən Avropalı yəhudilər də Qroznıya köç etməyə başladılar.

1902-ci ildə Yəhudi mərhələsində iri gümbəzli sinaqoqun açılşı oldu. Yeni sinaqoqun tikintisi yəhudi mərhələsində yaşayanların həyatında əhəmiyyətli rol oynayırdı. Sinaqoq binası təkcə dua ibadətgahı kimi fəaliyyət göstərmirdi. O, Şimali Qafqazda yaşayan bütün yəhudilərin dini və mədəni mərkəzinə çevrildi. Kərpicdən tikilmiş sinaqoq şiə məscidi ilə Mitnikov hamamları arasında yerləşirdi. İ.L. Leontyevin məlumatına görə, yəhudilərinin sinaqoqu 1928-ci ildə bağlandı.[8] Daha sonra məbədin binasında musiqi məktəbi açıldı. Sonradan günbəz sökülərək, bina əsaslı təmir olundu və mədəniyyət evinə çevrildi.[9]

Yəhudilərin şəhərdə vətəndaş müharibəsi zamanı tamamilə dağıdılmış öz ayrı tam uyğunlaşdırılmış məhəlləsi var idi. Buna baxmayaraq, bu zaman Qrozni yəhudi slobodası getdikcə genişlənirdi. Çünki Vətəndaş müharibəsi zamanı qonşu kəndlərdən olan yəhudi qaçqınlar şəhərə axın edirdilər.[10].

Məhəllənin sol tərəfində əsasən erməni diasporasının məskunlaşdığı Kirov adına Baronovski rayonu adlanan park yerləşirdi. Məhəllənin sağ tərəfində bütün məhəllədən keçən köhnə tramvay xətti vardı.

Subbotnikov küçəsində (keçmiş Belikovskaya) 22 saylı məktəb var idi. 1980-ci illərin sonunda məhəllə əhalisi təxminən 4 min nəfər idi.

Birinci çeçen müharibəsi zamanı Çeçenistan ərazisində hərbi əməliyyatların başlaması ilə demək olar ki, bütün yəhudi əhalisi Qroznını tərk etdi. Yəhudilərin, İsrailə və Rusiyanın şəhərlərinə köçü başladı. Yəhudilər ilk növbədə Rusiyanın Şimali Qafqaz şəhərlərinə (Mozdok, Vladiqafqaz, Pyatiqorsk, Stavropol) köçdülər.[11].

  1. Редакция энциклопедии. "горские евреи" (rus). Электронная еврейская энциклопедия ОРТ. 2019-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  2. Харузин Николай Николаевич. "По горам Северного Кавказа. Путевые очерки // Вестник Европы, № 10. 1888". Восточная литература. 2011. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
  3. Игорь Семенов. "Горские евреи северного Кавказа и Дагестана". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
  4. "Мой город Грозный | Информационное агентство "Грозный-Информ"" (ingilis). www.grozny-inform.ru. 2018-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  5. "О чем говорят названия улиц. Щербаков Н.Г." www.groznycity.ru. 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  6. Иллюстративный ряд календаря — почтовые открытки начала XX века, отражающие историю, быт и нравы горских евреев, атрибутированные и с комментарием (в электронном виде), — представлен из книги Е. Н. Улицкого «Горские евреи в русской периодической печати 1853—1917»
  7. Харузин Николай Николаевич. "По горам Северного Кавказа. Путевые очерки // Вестник Европы, № 10. 1888". Восточная литература. 2011. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
  8. Головлёв Алексей Алексеевич. К двухсотлетнему юбилею Грозного: урбанонимия и микротопонимия Статья 2. О местонахождении аулов и хуторов, находившихся на территории современного города // Региональное развитие: электронный научно-практический журнал (5). 2017.
  9. "Записки краеведа - А. А. Ваксман". grozny.vrcal.com. 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  10. Адиз Кусаев. "К 140-летию города Грозного". ИА Чечня сегодня (rus). ИА Чечня Сегодня. 29 июля 2011г. 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-24.
  11. Головлёв Алексей Алексеевич. Армяне Грозного: взгляд в прошлое (к 200-летию со времени основания города) // Региональное развитие: электронный научно-практический журнал (6). 2017.