Yəhya Şərfədinov

Yəhya Şərfədin oğlu Şərfədinov ( krımtat. Yaya Şerfedinov; 1894, Feodosiya, Tavriya quberniyası[d]29 yanvar 1975, Daşkənd) — SSRİ, Krım Tatar bəstəkarı, musiqiçi, şair. Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1940), Özbəkistan SSR əməkdar incəsənət xadimi (1971).

Yəhya Şərfədinov
krımtat. Yaya Şerfedinov
Ümumi məlumatlar
Doğum tarixi 1894
Doğum yeri
Vəfat tarixi 29 yanvar 1975(1975-01-29)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqiçi, şair
Təhsili

1894-cü ildə Feodosiyada anadan olmuşdur. Yəhya Şərfədinov uşaqlıqdan xalq mahnılarını sevir, skripka çalmağı erkən yaşlarından öyrənmişdir. Simferopol Tatar Müəllimlər Məktəbini bitirdikdən sonra kənddə dərs demişdir. 1921-ci ildə gənc istedadlı musiqiçinin ifasında Krım tatar melodiyalarının skripka motivlərini eşidərək musiqisini davam etdirməyi məsləhət görən məşhur musiqiçi və tədqiqatçı A. Spendiarovla tanış olmaq şansını qazanmışdır. 1927-ci ildə Moskva Dövlət Konservatoriyasının Elm və Bəstəkarlıq fakültəsinə daxil olur və 1931-ci ildə oranı müvəffəqiyyətlə bitirir.[1] Yəhya dərhal evə qayıdır və Krım Radio Komitəsində musiqi redaktoru işləyir. 1937-1938-ci illərdə Simferopolda Krım Tatar Akademik Musiqi və Dram Teatrının bədii rəhbərinin müavini vəzifəsində çalışır.[1].

Bu dövrdə Şərfədinov Yusuf Bolatın tamaşalarına musiqilər bəstələmişdir. "İşləyən Dişləyər", "Alim Aydamak" və "Arzı qız" musiqili komediyası (İlyas Bəxşişlə birlikdə) üçün musiqi yazmışdır. "Üzük ilə rəqs üçüm mahnı" xor süitasını, həmçinin simfonik orkestr üçün "Krım süitası" nı bəstələmişdir. Şərfədinov müxtəlif janrlarda əsərlər, o cümlədən “Yangiyer” kantatası, simfonik orkestr üçün süitalar, bir neçə musiqili komediya yazmışdır. Bunların arasında ən populyar olanı "Sən hardasan, sevgim" idi.[2]

Ancaq Yəhya Şərfədinovun yaradıcılıq fəaliyyətində əsas yeri xalq mahnıları toplusu tuturdu. Onun ilk kiçik kolleksiyası 1925-ci ildə Krımda nəşr olunmuşdur. Sonra 100 -dən çox mahnının daxil olduğu başqa bir kolleksiya nəşr olundu və 1935-ci ildə üçüncü kolleksiya çıxdı. Müəllif, daha sonra, 1978 -ci ildə Daşkənddə "Yanrai Haytarma" ("Haytarma Səsləri") adı ilə çıxan kolleksiyada Krım Tatar xalq mahnılarını tam şəkildə təqdim edə bildi. Bura 350 -dən çox xalq mahnısı, rəqs melodiyaları və musiqi əfsanələri daxil idi. Ancaq Yəhya Şərfədinov bu kolleksiyanı ("Onun qu quşu mahnısı") görə bilmədi. Çünki Yəhya bəy 29 yanvar 1975-ci ildə Daşkənddə dünyasını dəyişmişdi. Şərəfədinov Minor (Kiçik) qəbiristanlığında dəfn edilmişdir.[1]

1939-cu ildən ailəsi ilə birlikdə Simferopolda Jukovski 20 küçəsindəki Mütəxəssislər Evində yaşayırdı.[1].

Həyat yoldaşı - Safiyə Krımtayeva (1910, Simferopol - 1974, Daşkənd), rəqqas, ana tərəfdən murza Şirinski nəslindən idi. 1937-1938-ci illərdə Krım Tatar Opera və Balet Teatrında işləmişdir.[1].

Oğlu - Salferrat Şərfədinov (1930, Moskvada anadan olmuşdur).[1]. == Fəxri adları

  • Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi (1940)
  • Özbəkistan SSR əməkdar incəsənət xadimi (1971).
  1. 1 2 3 4 5 6 Абдульвапов Н. Дом специалистов, в котором в 1930–1940-е гг. жил ряд выдающихся крымскотатарских государственных и культурных деятелей // Свод памятников истории, архитектуры и культуры крымских татар. III. г. Симферополь. Белгород: КОНСТАНТА. гл. ред. Р. С. Хакимов. 2018. 361–362. ISBN 978-5-906952-68-4.
  2. "Arxivlənmiş surət". 2020-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-31.
  • Баарь йырлары. – Ташкент : Эдебият ве санаат нешр., 1969. – 18 с.
  • Къырымтатар музыкасы ве миллий чалгъы алетлери // Йылдыз. – 1988. – № 6. – С. 3–10.
  • Тексты из книги «Звучи, Хайтарма!» // Хрестоматия по этнической истории и традиционной культуре старожильческого населения Крыма. Ч I. – Симферополь : Таврия–Плюс, 2004. – С. 700–712.
  • Той мерасими // Йылдыз. – 1989. – № 2. – С. 112–114.
  • Янъра къайтарма = Звучи кайтарма : къырымтатар халкъ йырлары ве авалары / тертип эткен Я. Шерфединов. – Экинджи нешр. – Ташкент : Изд–во лит. и искусства, 1990. – 231 б.
  • Нагаев, С. «Тур, аркъадаш, танъ агъарды» : [биринджи профессионал композитор Яя Шерфединов акъкъында] / С. Нагаев // Гъурбетте къалгъан эдждатларымызнынъ хатырасына : весикъалы эссе — икяелер / С. Нагаев. – Акъмесджит : Къырымдевокъувпеднешир, 2013. – 2-нджи китап. – С. 17–32. : фото.
  • Налбандов, Э. Композитор Яя Шерфединов // Йылдыз. – 1983. – № 1. – С. 137–141.
  • Татаров, Э. Олгъан шейни язмакъ янълыш дегиль: Халкъымызнынъ яшайышындан бирхатырадыр: [композитор Яя Шерфединов акъкъында хатырлавлар] // Къырым. – 2007. – Окт. 31. – С. 4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]