Yaşar Karadağ

Yaşar Karadağ (10 aprel 1976, Aralıq, İğdır ili) — 27-ci çağırış TBMM-in millətvəkili.[1][2][3][4]

Yaşar Qaradağ
Vəzifədədir
7 iyul 2018-ci ildən
Seçki dairəsiİğdır[d]
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1976(1976-04-10) (47 yaş)
Doğum yeri
Partiya
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

1976-cı ildə İğdır-ın Aralıq qəsəbəsinin Çiftlik kəndində anadan olmuşdur. Ailəlidir, 3 övladı var.

Təhsili[redaktə | mənbəni redaktə et]

Atatürk Universitetinin Coğrafiya müəllimliyi ixtisasını 1997-ci ildə bitirmişdir.[5]

Siyasi karyerası[redaktə | mənbəni redaktə et]

Gənclik dövründən MHP-nin üzvü olan Yaşar Karadağ müxtəlif dövrlərdə MHP-nin İğdırdakı təşkilatının rəhbəri və ülkü ocaqlarında müxtəlif vəzifələrdə olmuşdur.

Millətvəkili seçilməsi[redaktə | mənbəni redaktə et]

AKPHDP-nin 1 noyabr 2015-ci il seçkilərində hərəsinə bir deputat çıxardığı İğdırda 27-ci çağırış seçkilərdə HDP deputat yerini özündə saxlamağı bacarərkən, AKP yerini MHP-yə uduzdu. Beləliklə də Yaşar Karadağ ilk dəfə olaraq deputat kimi TBMM-yə daxil olmuşdur.[6]

Azərbaycanla əlaqəsi[redaktə | mənbəni redaktə et]

Deputat seçildikdən sonra Azərbaycan mətbuatına verdiyi müsahibələrdə əslən Azərbaycan türkü olduğunu bildirmişdir:[3]

" Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına çalışacam. Bu, mənim vəzifəmdir. Əslən Azərbaycan türküyəm. Babalarım İğdıra 1918-1920-ci illərdə erməni zülmündən gəliblər". "

Müsahibəsində həmçinin ermənilərin Xocalıda və ümumiyyətlə bütün türk torpaqlarında törətdikləri soyqırıma görə cavab verməli olduqlarını da bildirmişdir:

" Bu gün İğdırın Hakmehmet, Oba, Gedikli, Koçkıran kəndlərində toplu məzarlar var. Bunlar ermənilərin bizə qarşı etdikləri vəhşiliyi unutmağa qoymur. Bunları edənlərin nəvələri də eyni şeyi Xocalıda etdilər. Bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Ermənilər Türkiyə ilə normal münasibətlər qurmaq istəyirlərsə, öncə işğal etdikləri Qarabağ torpaqlarını azad etməlidirlər. Qarabağı Azərbaycana qaytarmalıdırlar. Öldürdükləri minlərlə azərbaycanlı qardaşlarımızın hesabını verməlidirlər. Sarkisyanın erməni gənclərinə verdiyi nəsihəti unutmadıq: “Biz atalarımızın intiqamını aldıq, Siz də Ağrı dağını, İğdır və onun ətraflarını alın”. Mən isə onlara cavab olaraq deyirəm ki, ermənilərə verəcək bir cınqıl daşımız belə, yoxdur və ola da bilməz. "

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Iğdır'da MHP'liler Seçim Sonucunu Kutladı". 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  2. "YAŞAR KARADAĞ". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-29.
  3. 1 2 MHP-çi millət vəkili Yaşar Qaradağ: "Ermənilər Xocalıda etdiklərinin hesabını verməlidirlər"
  4. İğdırın deputatı: Bakı və Ankaranın gücünü görəcəksiniz
  5. Son Dakika Yaşar Karadağ Haberleri
  6. Iğdır'da MHP'liler seçim sonucunu kutladı [ölü keçid]