Ya Salam

Ya Salam” (ərəbcə: يا سلام‎) ərəb pop ulduzu Nensi Ajramın 3-cü albomu olub, 2003-cü ildə buraxılmışdır. Albomun mahnıları 2002-2003-cü illərdə yazılıb. Bu, ona böyük uğur qazandıran albom hesab olunur. Janrı - ərəb popudur. Davamiyyəti – 39:00. İstehsalçı şirkət - Megastar / Relax-In. Prodüser – Jiji Lamara.

Ya Salam
Nensi Acram tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 2003
Yazılma tarixi 2002-2003
Janr Ərəb popu
Müddət 39:00
Leybl Megastar / Relax-In
Prodüser Jiji Lamara

Mahnıların siyahısı:

[redaktə | mənbəni redaktə et]
  1. "Akhasmak Ah" – 4:57/ Küsərəm, hə.
  2. "Nasseto Garho" – 4:39/ Yarasını unutdurdum
  3. "Yay (Sehr Oyouno)" – 4:23/ Wow (Gözlərinin sehri)
  4. "Inta W Bass" – 4:56/ Yalnız sən
  5. "Ya Salam" – 4:37/ Ah, necə əla
  6. "Ahla Jaw" – 3:54/ Ən yaxşı həyat
  7. "Eynann Tara" – 4:07 / Gözlər görür
  8. "Inta" – 4:14/ Sən
  9. "Ashkaraballi" – 3:13/ Açıq-aşkar bəlli

Sinqllar:

  • Akhasmak Ah (10 həftə 1-ci oldu)
  • Ya Salam
  • Yay (Sehr Oyoono) (6 həftə 1-ci və 5 həftə 2-ci oldu)
  • Ahla Jaw (2-ci pillə)

Albomun 2003-cü ildə Hit Paradlarda tutduğu yer:

[redaktə | mənbəni redaktə et]
Ölkə Toplist Yer
Misir Virgin Megastores 1
BƏƏ Virgin Megastores 1
Livan Virgin Megastores 1
Qatar Virgin Megastores 1
Ciddə Virgin Megastores 1
İordaniya Virgin Megastores 1
Bəhreyn Virgin Megastores 1
Riyad Virgin Megastores 1
Cəzair Virgin Megastores 1
Tunis Virgin Megastores 1
Mərakeş Virgin Megastores 1


Toplist Yer
Rotana Albom Top 100 1
Heart Seekers Albom Top 20 1
HitMarker 1
Nojoom Top10 Albom 1
Bütün Ərəb Albomları Top 50 1
  1. Akhasmak, ah” köhnə ərəb filmlərini xatırladan klipdir. Bu klipdə müğənni öz müştəriləri üçün oynayan kafe meneceri kimi nümayiş olunur.
  2. Ya Salam” klipində Nensi kabare müğənnisi kimi nümayiş olunur. İlk saniyələri onun “Akhasmak, ah” ifası ilə başlayıb, “Ya Salam” mahnısı ilə davam edir. Baxmayaraq ki, xor sevginin necə gözəl olması haqda oxuyur, bu heç də xoşbəxt və ritmik mahnı deyil.
  3. Yay, sehr oyouno” klipində Nensi sevgini yenicə kəşf edən, bir oğlana aşiq olan utancaq bir beyrutlu saç ustası kimi təqdim olunur.