Nensi Ajram fanatlarının böyük hissəsinin uşaqlar olmasını kəşf etdikdən sonra 2007-ci ildə xüsusi olaraq uşaqlar üçün "Shakhbat Shakhabit" albomunu buraxdırmışdır. Nensi həmişə uşaqlara nə isə həsr etmək istəyirdi, belə ki, Nabil El Chami ona bunu etməsini demişdi. Nensinin bu albomu, həmçinin klipi onun karyerasında önəmli addım olmuşdu. "Shakhbat Shakhabit" klipi digər kliplərdən büdcəsinin böyük olmasına görə fərqlənirdi. Bu klip "Ehsas gedid"dən sonra Said el Marouk-un Nensi ilə növbəti uğurlu işi idi. "Shakhbat Shakhabit" klipi 4 mahnıdan ibarət idi, onlar "'Shakhbat Shakhabit", "Katkouta", "Shater Shater" və "Eid Milad" mahnılarıdır. Albomun yaradılması Ərəb dünyasında səs-küyə səbəb oldu.
Shakhbat Shakhabit | |
---|---|
Nensi Acram tərəfindən ifa olunmuş studiya albomu | |
Yayımlanma tarixi | 2007 |
Janr | Ərəb |
Böyük işlər nəticəsində yaranan bu albom və klip uşaqlar üçün olan ən önəmli və uğurlu iş idi. Bunun səbəbi bu işin sırf uşaqlara aid olması faktı ola bilərdi. Belə ki, digər sənətçilərin uşaqlara aid olan işlərinə böyüklərə aid cinsi məzmun da daxil olurdu. Bu klip MBC uşaq kanalında və MBC3-də yayımlanan yeganə klip idi. Kanalın 3-cü ildönümündə Nensi canlı yayımlanan uşaq tədbirində "Shakhbat Shakhabit", "Shater Shater" və "Eid Milad" mahnılarını oxumuşdu. "Shakhbat Shakhabit" mahnısı Nensinin gözlədiyindən də çox sevildi, belə ki, mahnı böyüklər arasında da böyük uğur qazanmışdı. "Shakhbat Shakhabit" və "Shater Shater" albomun ən uğurlu mahnıları idi. Həmçinin, albomun bütün mahnıları məktəblərdə də səslənirdi və bütün Ərəb dünyasının uşaqları arasında çox məşhur olmuşdu.
Nensinin Wasim Bestani ilə ilk əməkdaşlığı "Shater Shater" mahnısı idi. Təxmini 2004-cü ildə Nensi bir çox uşaq mahnılarına nəzər yetirmişdi. Görkəmli Misir bəstəkarı Walid Saed ona artıq hazır olan 4 mahnı təqdim edərək onu təəccübləndirmişdi. Saed bu albomun 6 mahnısını bəstələmişdir. Daha öncə "Ya Tabtab" albomundakı ən uğurlu mahnılardan biri "Meshtaga leik" Khaleeji (körfəz) mahnısının müəllifi bəstəkar Ya3goub Khoubeizi bu albomdan "Kellena" ("Hamımız") Khaleeji mahnısını da bəstələmişdir.
Bu alboma həmçinin dünyanı sülhə səsləyən "Resala lel Alam" ("Dünyaya mesaj") mahnısı da daxil idi. Bu, Nensi ilə Fady Haddadın ilk əməkdaşlığı idi. Klipdə Ərəb dünyasının sülh məsələləri və uşaqların vəziyyətini nümayiş etdirirdi. Bu klipin Al-Arabia xəbər kanalı da daxil olmaqla bütün peyk kanallarında yayımlanması gözlənilirdi. Klip 25 May 2008-ci ildə çıxdı. Həmin gün Livan prezidenti General Michel Süleyman Noyabrdan etibarən ölkədə davam edən çıxılmaz vəziyyətə son qoymaq üçün seçildi. Bu, Nensi üçün tamamilə qrafika ilə işlənmiş ilk klip idi, hansı ki, dünyada uşaqların əziyyət çəkməsi, onlar üçün daha rəngli və xoşbəxt bir dünyanın yaradılması təsvir olunur. Şayiələrə görə isə klipin UNICEFə təqdim olunması nəzərdə tutulur.
1. "Shakhbat Shakhabit" / Cızma-qara
2. "Kart Shahn" /
3. "Katkouta" /
4. "Risala Lil 3alam" / Dünyaya mesaj
5. "Shater" / Ağıllı
6. "Eid milad" / Doğum günü
7. "Kellena" / Hamımız
8. “Asfour el Nounou" /
1,6,8-ci mahnılar – Sözləri: Awad Badawal, musiqisi: Walid Saad, istehsalçı: Ashraf Abeda
2,3,4-cü mahnılar – Sözləri: Awad Badawal, musiqisi: Walid Saad, istehsalçı: Walid Mimny
5-ci mahnı – Sözləri: Mounir Bu Assaf, musiqisi and istehsalçı: Wassim Boustani
7-ci mahnı – Sözləri: Saad el Maslem, musiqisi: Yaqoub el Houbeizei, istehsalçı: Islama el Hindi
TopList | Tutduğu yer |
---|---|
Misir Virgin Megastores | 1 |
BƏƏ Virgin Megastores | 8 |
Livan Virgin Megastores | 1 |
Qatar Virgin Megastores | 9 |
Ciddə Virgin Megastores | 7 |
İordanuya Virgin Megastores | 6 |
Bəhreyn Virgin Megastores | 1 |
Riyad Virgin Megastores | 7 |
Cəzair Virgin Megastores | 8 |
Tunis Virgin Megastores | 3 |
Mərakeş Virgin Megastores | 9 |
Rotana Albums Top 100 | 9 |
Alam El Phan Albums Top 50 | 1 |
Heart Seekers Albums Top 20 | 20 |
HitMarker | 12 |
Nojoom Top10 Albums | 8 |
Bütün Ərəb Albomları Top 50 | 5 |