Nancy8

Nancy8 Livan müğənnisi Nensi Ajramın 8-ci studiya albomudur. Albom “Ma Tegy Hena” klipinin ardınca 21 Mart 2014-cü ildə çıxmışdır. "Ma Tegy Hena" mahnısı Martın 8-də çıxdı və çıxışının ardınca bu zamana qədər ən sürətlə satılan ərəb mahnısı olaraq iTunes rekordlarını qırdı. Daha sonra, bu mahnı Nensinin MisirLivanda 21-ci Nömrə1 hitinə çevrildi. Bu, Nensi Ajramı 2000-ci ildən bəri ən uğurlu Ərəb sənətçisi və rəqəmsal əsrin ən çox albomu satılan Ərəb sənətçisi etdi.
Nancy8 albomu Nensinin 7-ci albomundan sonra son 4 ildə çıxartdığı ilk tammetrajlı albomdur. Çıxışından sonra albom bütün zamanların ən sürətlə satılan rəqəmsal ərəb albomu olaraq rekord qırdı. Öncədən sifariş üçün nəzərdə tutulmuş 10 gün müddətində artıq 300.000 nüsxə satılmışdı. Bundan əlavə, bu albom müsbət qarşılandı və 2014-cü ilin ən çox gözlənilən albomu adlandı.

Nancy8
Nensi Acram tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 21 Mart 2014
Janr Pop
Müddət 57:46
Leybl Arabica Music, In2Musica, Platinum Records
Prodüser Jiji Lamara

Artım və çıxış:

[redaktə | mənbəni redaktə et]

Nensi Ajram Arab Idol yarışmasının münsiflər heyətinin üzvü idi. Yarışmanın ikinci mövsümünün finalından sonra yeni albomunun çıxmasına hazırlaşmaq məqsədilə Nensi 2013-cü ilin yayında Ərəb ölkələrinə səfərə başladı. Nensi həmçinin, SayidatyHarper`s Bazaar da daxil olmaqla müxtəlif jurnalların üz qabığında nümayiş olundu. Oktyabrda bir dostu Youtube kanalına Nensinin studiyada çəkilən bir videosunu yüklədi. Bu videoda o qeyd edir ki, yeni albomun səsyazması bitib, albomun buklet və reklam işləri isə başlamaq üzrədir.
22 Yanvarda Nensi öz İnstagram profilində "Moush Far'a Ktir" mahnısından bir hissə paylaşdı. Mahnı albomun aparıcı sinqlı hesab olunurdu. Lakin daha sonra Nensinin Facebook səhifəsində albomun başlığı, aparıcı sinqlı, həmçinin çıxış tarixi paylaşıldı.
Martın 8-də "Ma Tegy Hena" mahnısı iTunes-da aparıcı sinql olaraq çıxdı, bundan əlavə bir neçə reklam versiyası və klip üçün bir neçə şəkil də təqdim olundu. Elə həmin gün də "Nancy8" albomu iTunes-də öncədən yüklənməyə təqdim olundu və albomun çıxış tarixi olaraq 21 Mart təyin edildi.

Başlığı və bukleti:
[redaktə | mənbəni redaktə et]

Nensi bir neçə müsahibədə qeyd etmişdi ki, son 2 albomu onun özünü necə hiss etdiyini və həyatının harada keçdiyini ifadə edir. 7-ci alboma qədər, Nensinin öncəki bütün albomlarının adlanması hər hansı bir mahnıdan ilhamlanırdı ki, o mahnı da həmin albomun aparıcı sinqlı olurdu. Nensi müsahibəsi zamanı bildirmişdi ki, onun albomları geniş xarakter alır və keçmişi, indiki həyatı və gələcəyi də daxil olmaqla həyatının bütün guşələrini əhatə edir. Adqoyma sistemi Adelin albomları ilə müqayisə olunmuşdu, belə ki, o da albomlarını müvafiq olaraq 1921 adlandırmışdı.
Albomun örtük hissəsi onun çıxmasından daha bir neçə ay öncə işlənmişdi. Burada Nensi Fendidən olan 2 hissədən ibarət ağ libasda təqdim olunur. Şəkildə Nensi açıq saçları və yüngülcə düşüncəli siması ilə aşağıya baxır. Bundan əlavə, şəklin üzərində dəyərli qaşlarla bəzədilmiş "N" hərfi, albomun adını bildirəm #8 yazısı və Nensinin adı yazılmışdır.

Tərzi və tərkibi:

[redaktə | mənbəni redaktə et]

Nancy8 albomu, öncəki albomun qaldığı yerdən davam edir. Nensi öz original tərzini inkişaf etdirməyə davam edir, lakin muasir musiqidə də özünü sınayır. Nancy8 albomunun janrı birmənalı olaraq qalır. Ancaq alboma daxil olan mahnılar Livan, Misir və Körfəz (Xaliji)ləhcələrindən olan Ərəb xalq mahnılarına qayıdır. Mahnı ERM (Elektronik rəqs musiqisi) və Texno tərzləri də daxil olmaqla muasir musiqi üslubları ilə birləşir.
"Ma Tegy Hena" mahnısı Nensini onun original Misir xalq mahnısına qaytarır, hansı ki, o 2000-ci illərin əvvələrində dünyaya bu tərzdə olan "Akhasmak ah" hiti ilə tanınmışdı.
"Men el Yawm" toy mahnısı olaraq təqdim olundu və Livan ləhcəsindədi. Bu isə 2004-cü il hiti olan "Lawn Ouyounak" mahnsını xatırladır. Mahnı nikah və sevgidə birlik haqqındadı.
Parti mahnısı olan "Yalla", xarici Pop musiqilərini özündə birləşdirən və aşiqlərin ümidverici himnidir.
"Tesabeg El Rih" mahnısı Körfəz (Xaliji) mahnı toplantılarından ilhamlanan ənənəvi sevgi mahnısıdır, hansı ki, Nensi orada MBC Group ilə əməkdaşlıqda iştirak etmişdi.
"Rahent Aleik" mahnısı R&B elementlərinin istifadə olunduğu balladadır.
ERM elementlərinin olduğu sevgi mahnısı sayılan "Shou Hal Esaa", bəlkə də Nensinin günümüzə qədər ən ekstremal mahnısıdır. Burada Pop və Texno elementləri Ərəb musiqisi ilə birləşir.
Nam bi Albi” mahnısı sevgidən danışır. Bu, Nensinin qardaşı Nabil Ajramın bəstəsidir. "Etnen Souhab" mahnısı kədərdən sonra insanın yaxşılaşmaq cəhdini ifadə edir. Mahnı qız və oğlan arasındakı dostluğun sevgiyə dönüşməsi haqdadır. "Ma Awedak Ma Ghir" nisbətən daha ağır ritmli Körfəz (Xaliji) ləhcəsində olan mahnıdır. "Ba'a Koli Da" uzaqda olan sevgili olmadan həyatın mümkünsüz olduğunu ifadə edən kədərli mahnıdır.
"Fakra Zaman" gənclərin şən himnidi, hansı ki, öz uşaqlıq və yeniyetməlik dövrlərini yada salaraq təəssüf hissi keçirirlər. Bununla da, Nensi hal-hazırda bu haqda olan düşüncələrini bu mahnıda ifadə edir.
"Ya Khayen" mahnısı xəyanət acısına cavab olaraq duyulan intiqam hissini ifadə edir. Mahnının sərt mətni ənənəvi Livan tərzinə zidd olaraq, ağır baraban, zurna və skripka ilə ifa olunur. Bağlanış mahnısı olan "Bel Raha" sakit sevgi mahnısıdır.

Albomun çıxış tarixi yaxınlaşdırca, Nensi İnstagram, TwitterFacebook-da aktiv oldu. O, dünya turuna başlamaqla yanaşı, Arab İdol yarışmasının 3-cü mövsümündə də münsiflər heyətinin üzvü olmağa təyin edildi. Bundan əlavə, Nensi MBC kanalının məşhurlara aid televiziya realiti şousu olan Stars On Board - "Shat Bahr el Hawa" (Dəniz çimərliklərini sevirəm) proqramına qatıldı. Bu səfərdə o, Vael KfouriTamer Hosni kimi digər məşhurlarla birlikdə iştirak etdi.
"Ma Tegi Hena, "Tesabeg el Reeh," "Moush Far'a Ktir" və "Men el Yawm" mahnılarının sözləri yazılmış videolar Nensinin rəsmi Youtube kanalına yükləndi.
Facebooka Nensinin iki kiçik qızının “8” yazılı köynəkdə olan şəkilləri yükləndi. Bu, onun sevənlərini yeni albomu almağa səsləyirdi. Bundan əlavə, Nancy8 albomu Anghami-də pulsuz yayımlandı.

  • Ma Tegy Hena'” Martın 8-də albomun aparıcı sinqlı olaraq çıxdı. Onun klipi isə Martın 21-də albomla birlikdə təqdim olundu. Klipdə polis obrazında çəkilən və Nensini həbs edən aktyor isə "Mister Lebanon" yarışmasının qalibi Ayman Moussadır. Mahnı, musiqi tənqidçiləri tərəfindən yaxşı qarşılandı, hansı ki, bunu Nensinin çıxış hiti olan “Akhasmak ah” mahnısı ilə müqayisə edirdilər. “Ma Tegy Hena” mahnısı Ahmed Çavskinin “Habibi I love you” mahnısını keçərək, iTunes tarixində ən sürətlə satılan Ərəb mahnısı oldu. Mahnı tez bir zamanda Misir və Livan da daxil olmaqla, digər Ərəb ölkələri hit paradlarında Nömrə1 hitə çevrildi. Klip 21 Martda Nensinin rəsmi Youtube kanalına yükləndi. Tənqidçilər və ictimaiyyət klipi birmənalı qarşılamadı, bir çoxu Nensinin cazibədar tərzə qayıdışını tənqid etdi. Ancaq buna baxmayaraq, klip 24 saatdan az müddət ərzində 1 milyon baxış sayı toplayaraq, bu zamana qədər Youtube portalında ən sürətlə izlənən Ərəb klipi oldu.
  • Moush Faraa Kteer” öncədən albomun aparıcı sinqlı təyin olunsa da, sonradan dəyişərək, “Ma Tegy Hena” mahnısı ilə dəyişdirildi.

Nancy8 hələ öncədən sifariş müddətində iTunes tarixində ən sürətlə satılan Ərəb albomu oldu. Bu, daha 2 ay öncə nisbətən az, 200.000 nüsxə albomu satılan Şerin adlı misirli sənətçinin "Ana Kteer" albomunu keçərək rekord qırdı.
MTV Livan kanalına görə, Nancy8 albomu ilk həftənin sonuna qədər ümumi olaraq 558.000 nüsxə satıldı. Livanda 120 mindən çox albom satıldı ki, bununla da, Nancy8 albomu Nensinin 1 həftə ərzində ölkədə ən sürətlə satılan ilk albomu oldu. Çıxışından sonrakı 8 saat ərzində Livan və Misirin Virgin Megastore fiziki satış diaqramlarında üstünlüyü ələ aldı. Uğurlarına baxmayaraq, Nancy8 albomu Nensinin 3-cü bir həftə ərzində ən sürətlə satılan albomu sayılır. Onlardan ilki "Betfakar Fi Eih?!" (2008), ikincisi isə "Ya Tabtab" (2006) albomlarıdır.
Lakin albom çıxışının ilk həftəsinin sonuna qədər 300 mindən çox yükləndi. Bununla da, Nancy8 albomunu ərəb tarixində ən çox satılan rəqəmsal studiya albomu olaraq qalır.

İlk olaraq 21 Mart 2014-cü ildə Nensinin “Ma Tegy Hena” (“Bura gəl”) klipi də təqdim olundu. Rejissor Joe Bou Eid ilə ilk əməkdaşlıqdan ərsəyə gələn klip Ərəb dünyasında böyük səs-küyə səbəb oldu.
28 mayda isə Nensinin rəsmi youtube kanalında onun yeni klipi çıxdı. “Moush Far’a Ktir” (“Çox da fərq etməz”) adlı klip Nensinin rejissor Said el Marouk ilə növbəti əməkdaşlığı idi. Klipdə Nensi ona nankorluq edən insana qarşı hisslərini mahnı vasitəsilə çatdırır.
Bu lirikanın ardından Nensinin növbəti klipi 9 avqustda çıxdı. Fadi Haddadın üzərində çalışdığı klip “Ma Awedak Ma Ghir” (“Qısqanmayacağıma söz verə bilmərəm”) adlanırdı. Nensinin kraliça obrazında çıxış elədiyi klip albomun ritmik mahnılarından biri idi. Burada o, sonuncu dəfə uşaqlıqda gördüyü şahzadəni yenidən görərək, ona aşiq olur.
Nensinin növbəti klipi 23 oktyabrda çıxdı. “Yalla” mahnısının klipi qadın rejissor Angy Jammal tərəfindən çəkildi. Nensini çox pozitiv şəkildə ifadə edən “Yalla” albomun ən uğurlu kliplərindən biri sayılırdı. Klipdə həm sıradan bir insan, həm də sənətçi obrazlarını canlandıran Nensi, bu klip vasitəsilə fanatları arasında ürək işarələri ilə "Spread the Nancy love" (Nensi sevgisini yay) sloqanını tanıtdı və bu, çox geniş yayılan bir kampaniyaya çevrildi.
Növbəti, 5-ci klip "W bkoun jayi wadeak" ("Səninlə vidalaşmağa gəldiyimdə") 23 Fevralda ilk olaraq Nensinin rəsmi youtube kanalında çıxdı, ardından isə televiziya kanallarında yayımlanmağa başladı. Bu klip Fadi Haddadın bu albomdan ikinci işi idi. Digər dörd klipdən fərqli olaraq, burada Nensinin yağışlı gündə tərəf müqabili olmadan görüntüləri toplandı. Klipin sonunda isə Nensi mahnını canlı orkestrla ifa edir.

Mahnıların siyahısı:

[redaktə | mənbəni redaktə et]

Mahnıların siyahısı iTunes vasitəsilə 8 Mart 2014-cü ildə elan olundu.

Adı Sözləri Musiqisi Prodüser Müddəti
1. "Ma Tegi Hena" (Bura gəl) Ayman Bahgat Amar Walid Saad Tarek Madkour 4:12
2. "Mouch Far'a Kteer" (Fərq etməz) Amir Toaimah Rami Jamal Tarek Madkour 5:00
3. "Men el Yawm/Shrek Beomry*" (Bundan sonra / Həyat yoldaşım) Mersal Modawer Rawad Raad Bassem Rezk 3:40
4. "Yalla" (Gəl,) Ayman Bahgat Amar Mohamed Yehia Tarek Madkour 3:53
5. "Tesabeg el Rih" (Küləklə yarışmaq) Al Wissam Samir Sfeir Houssam Kamel 3:21
6. "Rahent Aleik" (Səninlə bəhsə girdim) Mohamed Rifai Mohamed Rifai, Ahmed Ibrahim Ahmed Ibrahim 4:07
7. "Shou Hal Ossa" (Necə bir hekayə) Nizar Francis Samir Sfeir Hadi Sharara 4:17
8. "Nam Bi Albi" (Qəlbimdə yat) Samir Nakhleh Nabil Ajram Hadi Sharara 3:57
9. "Etnen Souhab" (İki dost) Mohamed el Bougha Mahmoud Khiyami Khaled Nabil 4:11
10. "Ma Awedak" (Söz verə bilmərəm) Mubarak el Houdebi Talal Tarek Akef 4:45
11. "W Bkoun Jayi Wadeak" (Vidalaşmaq niyyətilə gəldim) Kamal Kubaissy Yehia el Hasan Bassem Rezk 3:35
12. "Ba'a Kol Da" (Sonunda) Ihab Abdou Ghazi el Iyadi Bassem Rezk 3:53
13. "Fakra Zaman" (Hələ də yadımdadır) Mohamed Waziri Mohamed Waziri Mohamed el Shaer 4:05
14. "Ya Khayen" (Ey xain) Mersal Modawer Ghazi el Iyadi Bassem Rezk 3:34
15. "Bel Raha" Ahmad Alawi Issam Kamal Muhannad Khoder 3:56
  • Albomdan 1, 2, 4, 6, 9, 12 və 13-cü mahnılar Misir ləhcəsində; 5, 10 və 15-ci mahnılar Körfəz ləhcəsində; 3, 7, 8, 11 və 14-cü mahnılar isə Livan ləhcəsindəri.

Şəxsi heyət:

[redaktə | mənbəni redaktə et]
  • Səs rejissoru: Mohamed Esmat
  • Qarışdırıcı: Jasem Mohamed, Elie Barbar, Omar Hachem, Khaled Raouf, Mohamed Sakr, Houssam Kamel, Tarek Madkour
  • Bədii nəzarət: Zayd el Jilani
  • Fotoqraflar: David Abdallah, Aida el Zeenny
  • Qrafik Dizayn: Marlene El Hachem
  • Geyim: Fendi
  • Stilist: Lana el Sahili
  • Vizajist: Fadi Kataya
  • Saç ustası: Wassim Morcos
2014 Tutduğu yer
Virgin Livan HitParadı 1
Virgin Misir HitParadı 1
HiTMARKER Albom HitParadı 1