Ya Tabtab

"Ya Tabtab" (Ərəbcə: "يا طبطب") Livan müğənnisi Nensi Ajramın 15 fevral 2006-cı ildə çıxmış 5-ci studiya albomudur. Bu albom Nensinin öncəki tərzi ilə davam edərək, 9 ənənəvi Misir və 2 Livan ruhlu mahnıdan ibarət idi. Onlardan biri də böyük uğur qazanmış "Lawn Oyounak" sinqlı idi.

Ya Tabtab
Nensi Acram tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 15 Fevral 2006
Janr Ərəb musiqisi
Müddət 48:10
Leybl Art-Line Music, Lord Sound
Prodüser Jiji Lamara

Yumoristik Misir ənənəvi abu havasından ilhamlanan “Ya tabtab” Nensinin karyerasında möhtəşəm dönüş idi. Bir müddət öncə Nensi haqqında "mahnılarını öz bədəni ilə oxuyur" tənqidi yayılmışdı. Bu mahnı, həmin tənqidlərə cavab olaraq buraxılan aparıcı sinql idi. Qəribədir ki, Nensi bu klipdə tamamilə məzhəkəçi kimi geyərək, ümumiyyətlə bədənini zərrə qədər göstərməmişdir. Bununla o, haqqında dolaşan şaiyələrin nə dərəcədə yanlış olduğunu göstərmiş oldu. Burada o enli paltarda onunla uşaqca və məsum davranmayan bir insan üçün mahnı oxuyur.

Hitləri və Klipləri:

[redaktə | mənbəni redaktə et]

Aparıcı mahnı olan “Ya Tabtab” 10 fevralda çıxmış və 3 həftə ərzində 1-ci pillədə olmuşdu. Nensi bu klipdə çox şirin və sevimli bir yolla öz sevgilisinin eqoistliyindən şikayət edir. Camaatın içində göstərilən kiçik karnavalda Nensi gülməli məzhəkəçi bir qız obrazını canlandırır. Bu klipi Nadine Labaki çəkib. Süjet 1950-ci illərin Fellini filmi “La strada”dan ilhamlanıb. Nensinin bu xarakterində bir növ Soad Hosny ilə bənzərlik var. Nensi və onun güclü sevgilisi insanları toplayaraq kütlə qarşısında şou göstərirlər. Nensi sehrbaza onun sehrli fəndlərini yerinə yetirməkdə kömək edir, özünü güclü bir insan kimi göstərərək uşaqlarla məzhəkəçi geyimində rəqs edir. Klipdə böyük paltarlar geyərək kasıb obrazı yaradan Nensi bu dəyişikliyə görə həm tənqid olundu, həm də tərifləndi. Ümumilikdə komediya janrında olsa da, klip köhnə görüntülərlə cəmiyyətə dərin sosial mesaj göndərir.

"Ya Tabtab"ın birinciliyini albomun ikinci sinqlı olan "Mo'gabah" ("Təsirləndim") mahnısı aldı. Bu mahnıda Nensi heyranına olan hisslərini etiraf etməyə çox utanır və insanlardan bunu onun yerin etmələrini istəyir. Bu sinql xüsusən də Misirdə hit idi. "Mo'gabah" Coca-Colanın 4-cü reklamı və sezonun Coca-Cola mahnısı idi. Həmçinin, "Ya Tabtab" aldomundan olan ilk hit sayılırdı ki, albomun çıxmasından 3 ay öncə yəni 24 Noyabr 2005-ci ildə artıq buraxılmışdı. Bu reklamın davamı olaraq "Mo'gabah" klipi də 9 Mart 2006-cı ildə maraqlı sirk mövzuları və təsvirləri ilə çəkildi.

Üçüncü sinql "Ana yalli bahebak" ("Səni sevən təkcə mənəm") albomun ən məşhur mahnısı idi. Mahnının müəllifi tanınmış Livan bəstəkarı Samir Sfeir dir. Bu klip Nensinin ilk DAMAS JewelryDünya Qızıl Şurası (Farfasha Kolleksiyası) reklamının davamı oldu. Bu zərgərlik kolleksiyası, onun reklamı və klipi, mahnısı və Nensi hamısı birlikdə əyləncə, sadəlik və gözəlliyi əks etdirirdi.

"Ehsas gedid" ("Yeni bir hiss") mahnı olaraq kifayət qədər yüksək uğur qazandı. Klip də həmçinin böyük uğur qazanaraq, 2006-cı ildə "La Murex D'Or Annual Awards"-da Ən Yaxşı Ərəb Klipi mükafatını aldı. "Ehsas gedid" albomdan olan dördüncü klip idi və tanınmış Livan rejissoru Said el Marouk tərəfindən çəkildi; bu, Nensinin onunla ilk işbirliyi idi. 8 dəqiqəlik klip hətta buraxılmasından bir neçə ay keçməsinə baxmayaraq böyük uğur qazanmışdı. Klipdə Nensi gözəl təbiətin içində kiçik bir evdə yaşayan, lal və kar gəncə aşiq olur və o gənci atasının Nensi üçün seçdiyi varlı nişanlıya dəyişir. "Ehsas gedid", həmçinin "Ana yalli bahebak" və "Law Dallalouni" albomda Livan dialektinə aid olan mahnılar idi. "Ehsas gedid" bütün ərəb ölkələrində 10 həftədən çox, həmçinin Livanda ard-arda 12 həftə birinci oldu. Bu, 2006-cı ilin son və 2007-ci ilin ilk bir nömrəli mahnısı idi.

Elly kan” (“Səndən öncə”) albomun beşinci mahnısı və beşinci klipi idi. Bu klip Nensinin DAMAS (Farfasha) və Dünya Qızıl Şurasının ikinci reklamının davamı idi. Burada Nensi bir gəncə aşiq olan kollec tələbəsi obrazını canlandırır. Mahnının arxa fonunda sadə ənənəvi ud və fleyta səsi ilə Misir ənənələri var. Klip çəkilməzdən öncə də mahnı artıq Misirdə böyük uğur qazanmışdı. Bu, Nensinin ən çox sevilən mahnılarından biri idi. Şərqi Tarab tərzində mahnı yazan Waleed Saed-in bu albom üçün bəstələdiyi 3 mahnıdan biri idi (digəriləri "Mogabah" və "Sabrak Alayya"). Saed daha öncə Nensi üçün 4-cü "Ah W Noss" albomundan olan "Hobbak Leya" ("Mənə sevgin") və Misirə həsr olunmuş "Ana Masry" ("Mən misirliyəm") mahnılarını bəstələmişdi.
2007-ci ilin sonlarında Nensi albomun yeganə Khaleeji mahnısı "Meshtaga leik" ("Darıxıram səninçün") ilə Khaleeji fanatlarını təəccübləndirdi. ( Khaleeji (Xaliji - körfəz) – Böyük Ərəb Əmirliyi, Küveyt, Qatar, İraq, Səudiyyə Ərəbistanı, Oman, Yəmən və Bəhreyndən ibarət Körfəz ölkələri məhz bu Körfəz dialektində danışırlar. Nensi Ajramın da bu ləhcədə bir neçə mahnısı var.) Nensinin məşhut Körfəz bəstəkarı Ya'agoub elKhoubeizi ilə birgə əməkdaşlığı həm Nensi Ajrama, həm ənənəvi Körfəz mahnısı janrına yeni tərz gətirdi. Klipi çəkməkçün Yaxın Şərqdə ilk qadın rejissor olan Mirna Khayat seçildi. Narazı tənqidçilər Nensi Ajrama Khayat ilə bir daha əməkdaşlıq etməməyi tövsiyə etdilər.

Digər mahnılar:

[redaktə | mənbəni redaktə et]

"Ashtiki Menno" (“Ondan şikayətçiyəm”) Nensinin beşinci Coca-Cola reklamı üçün idi. Klipi olmasa da, bu mahnı albomun böyük hitlərindən biri oldu. Bu ritmik mahnı tam bir oriental rəqsə uyğun mahnı idi və Nensinin keçmiş işlərindən fərqlənirdi.

Musiqi əməkdaşlıqları:

[redaktə | mənbəni redaktə et]

"Ya tabtab" albomunda Nensi Ərəb musiqisinin böyük isimlərindən olan insanlarla birgə çalışmışdı:
- Samir Sfeir: bu albomda ona aid yalnız bir mahnı olsa da, bu, ən yaddaqalan mahnılardan biri oldu. Nensi üçün yazdığı öncəki mahnıları: "Ah W Noss" albomundan olan "Enta eih", "Gayeen Yaoululi", "La Teloum" və "Ya Salam" albomundan "Yay" mahnılarıdır. Samir Sfeir 25 ildən çoxdur ki, ən böyük ərəb hitlərini bəstələyir.
- Tarek Madkour: albomda 5 mahnını aranjeman edib və "Ya tabtab" mahnısını bəstələyib. Madkour daha öncə Nensinin hit mahnısı "Ah W Noss"-u bəstələmiş, "Yay", "Enta eih", "Oul tany keda" və "Ah W Noss" mahnılarını aranjeman etmişdir. Tarek öz işini ilk dəfə köhnə dostu Amr Diabla başlayaraq, bu sektorda artıq 20 ildən çoxdur ki çalışır. Böyük ərəb hitlərinin əksər hissəsi onun imzasını daşıyır.
- Waleed Saed: aparıcı Misir bəstəkarı, bu aldomdan 3 mahnının müəllifi - "Mogabah", "Sabrak Alayya", "Elly kan". Daha öncə "Ah W Noss" albomundan olan "Hobbak Leya" adlı lirikanı və Nensinin Misir wçün oxuduğu "Ana Masry" mahnısını bəstələmişdi. - Yaagoub elKhoubeizinin Nensi ilə ilk əməkdaşlığı bu albomda yer alan Körfəz ləhcəsindəki yeganə mahnı "Meshtaga leik" idi.
- Salim Salama Nensinin daha öncəki albomunun adını daşıyan "Ya Salam" mahnısını və "Ahla Jaw", "Nasseto Garho" mahnılarını da bəstələmişdi və Hadi Charara ( "Ehsas gedid" mahnısına görə Livanlı musiqi aranjemançısı mükafatının qalibi olmuşdu).
- Hassan Abou-elSaoud Misir Musiqi Birliyinin keçmiş prezidenti.
- Mohammed Saed Nensinin çıxış hiti olan "Akhasmak ah" və ilk Coca-Cola hiti "Oul tany keda" mahnısının bəstəkarı.
- Mohammed Mustafa 20 ildən çox fəaliyyət göstərən misirli aranjemançı.
- Suheil Fares Nensinin ikinci albomu "Sheel Oyounak Anni" albomundakı mahnıların çox hissəsini hazırlamışdır.

Reklamlar: "Ya Tabtab" albomu mahnılarının çox hissəsinin reklam üçün istifadə olunması ilə seçilir.
- 24 Noyabr 2005: Nensinin 4-cü Coca-Cola reklamı "Mo'gabah" albomdan 3 ay öncə çıxmışdı. Reklamdakı "Moulin Rouge" sirk mövzusu daha sonra 19 Mart 2006-cı ildə çıxmış "Mo'gabah" klipində də davam etdirildi.
- 4 Fevral 2006: "Ana yally bahebak" kimi ritmik mahnıya ehtiyac duyulan və Nensinin ilk Dünya Qızıl Şurası və Damas Jewelry Farfasha reklamı. Hansı ki, albom çıxmazdan daha 10 gün öncə onun tanıtımına yardımçı oldu.
- 10 İyun 2006: Nensinin 5-ci Coca-Cola reklamı olan "Ashtiki Menno" albomdan olan 4-cü hit idi.
- May 2007: Nensinin ikinci Qızıl-Damas Farfasha reklamı olan "Elly kan" ayniadlı klipdən bir neçə həftə öncə 3 İyunda çıxdı.
- 17 Sentyabr 2007: Mahmoud Saeed və Casanova klipin çıxmasından 2 ay öncə "Meshtaga leik" adlı ətir istehsal etdilər.
Fanatları Nensidən "Ya Sissayed" mahnısını Coca-Cola reklamı olaraq istifadə etməsini istəyirdilər. Növbəti Coca-Cola reklamı uzun zamandır çıxması gözlənilən yeni Betfakar Fi Eih?! albomundan ilk sinql olan "Men Ghairy Ana" mahnısının bir hissəsini təqdim edərək 2008-ci ildə buraxıldı. Reklamlardan 3-ü bu mahnının özü, onun instrumental versiyası və a-kapella versiyası üçün çəkildi. Bu mahnının bəstəkarı Samer Sfeir, aranjemançısı Tareq Madkour idi və mahnı artıq ikinci adi 30 saniyəlik buraxılışdan sonra hit olmuşdu.

Mahnıların siyahısı:

[redaktə | mənbəni redaktə et]
  1. "Ya Tabtab Wa Dalla" – 4:22/ Ya sığallayıram, ya əzizləyirəm
  2. "Ehsas Gedid" – 4:30/ Yeni bir hiss
  3. "Mo'gabah" – 3:37/ Təsirləndim
  4. "Meshtaga Leik" – 4:27/ Darıxıram səninçün
  5. "Ana Yalli Bahebak" – 3:28/ Səni sevən tək mənəm
  6. "Ashtiki Minno" – 3:24/ Ondan şikayətçiyəm
  7. "Oul Hansak" – 5:54/ De ki, unudacaqsan
  8. "Elli Kan" – 4:32/ Səndən öncə
  9. "Ya Sissayyed" – 4:20/ Ey cənab
  10. "Sabrak Alayya" – 4:52/ Səbrli ol
  11. "Law Dallalouni" – 4:32/ Əgər məni əzizləsələr
Mahnı Yazar Bəstəkar Aranjemançı
1. Ya Tabtab Ayman Bahgat Amar Tareq Madkoor Tareq Madkoor
2. Ehsas Gedid Fares Iskandar Salim Salama Hadi Charara
3. Mogabah Bahaa elDeen Mohammed Waleed Sa3d Tareq Madkoor
4. Meshtaga Leik Shk. Subah Nasser Subah Yaqoub elKhoubeizi Omar AbdulAziz
5. Ana Yally Nizar Francis Sameer Sfeir Tareq Madkoor
6. Ashtiki Menno Waleed el3isawi Hamdi elSiddique Tareq Madkoor
7. Oul Hansak Bahaa elDeen Mohammed Hassan Abou elS3oud Mohammed Mustafa
8. Elly Kan Hani Abdul Kareem Waleed Sa3d Kareem Abul Wahab
9. Ya Sissayyed Fawzi Ibrahim Mohammed Sa3d Tareq Madkoor
10. Sabrak Alayya Hani Abdul Kareem Waleed Sa3d Mohammed Mustafa
11. Law Dallalouni İlias Nasser Suheil Fares Bassem Rizk

Albomun üz qabığı şəklinin müəllifi məşhur livanlı fotoqraf David Abdallah idi, hansı ki, fanatlar bu şəkildən o qədər də məmnun qalmadılar. Albomun iç hissəsi və kitabçasının içindəki şəkillərin müəllifi isə Fares Jammal idi ki, bu, Nensinin ən uğurlu fotosessiyalarından biri idi. Bu gözəl şəkillər küçələr boyunca, ticarət mərkəzlərində və BƏƏ jurnallarında, eləcə də Livanda geniş yayılmışdı. Albomun və kitabçasının dizaynını George Youssuf hazırlamışdı. Nensinin makiyajını tanınmış vizajist Fady Kataya etmişdi. Saç ustası isə “Pace & Luce”dan olan Wassim Morkos idi.