Ah W Noss

Nensi Ajram "Ah W Noss" (Ərəbcə: آه ونص) albomunu 2004-cü il 12 apreldə çıxartdı. Albomun adının mənası ayrı-ayrılıqda "Hə və yarısı" sözləri olsa da, mahnının bütövlükdə adı "Yəqin ki" deməkdir. Bu albom, 2003-cü ildə çıxmış "Ya Salam" albomunun davamı olan layihə idi. 2003-cü ildə bu albom Nensi Ajramı Ərəb musiqisinin zirvəsinə qaldırmışdı. "Ah W Noss" albomunun mahnıları 2003–2004-cü illərdə yazılıb. Janrı — Ərəb popu. İstehsalçı şirkət — Megastar / Relax-In. Prodüser — Jiji Lamara.

Ah W Noss
Nensi Acram tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 2004
Yazılma tarixi 2003-2004
Janr Ərəb popu
Leybl Megastar / Relax-In
Prodüser Jiji Lamara

Aparıcı sinql "Ah W Noss" bir neçə həftə birinciliyə təsir edərək, əsas musiqi kanallarında efirə verildi. 2004-cü ilin yayında yeni sinqlının əsasında Nensi böyük dünya turuna başladı. 2004-cü ilin sonunda Nensi Coca-Colanın Yaxın Şərq siması oldu. Bununla da gənc ulduz Nensi üçün yeni bir reklam mərhələsini açıldı.

Mahnıların siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. "Ah W Noss" / Hə və yarısı (Yəqin ki)
  2. "Ana Leih" / Niyə mən?
  3. "Enta Eih" / Sən nəsən?
  4. "Sana Wara Sana" / İlbəil
  5. "Lawn Oyounak" / Gözlərinin rəngi
  6. "Badallaa Aleyk" / Sənə naz etmək
  7. "Taala Ya" / Bura gəl
  8. "Gayinn You'Ouluoli" / Mənə deməyə gəlirlər
  9. "Hobbak Leya (ghali 3aalaya)" / Mənə sevgin (dəyərlidir)
  10. "La Teloum" / Günahlandırma
  11. "Oul Tani Keda" / Bir daha de
  1. Ah W Noss: Misir və Livanda 1-ci yerdə
  2. Lown Oyounak: Misir və Livanda 1-ci yerdə
  3. Oul Tani Keda: Misir və Livanda 1-ci yerdə
  4. Enta Eih: Misir və Livanda 1-ci yerdə

Mahnı müəllifləri

[redaktə | mənbəni redaktə et]
Mahnı Yazar Bəstəkar İstehsalçı
1. "Ah W Noss" Aiman Bahgat Amar Tarek Madkour Tarek Madkour
2. "Ana Leih" Ikram el Aassi Mohammed Rahim Mohammed Mustafa
3. "Enta Eih" Mustafa Marsi Samir Sfeir Tarek Madkour
4. "Sana Wara Sana" Mahmoud Saad Fadi Saad Toni Saba
5. "Lawn Oyounak" Samir Nakhla Tarek Abu Juda Toni Saba
6. "Badallaa Aleyk" Ahmed Shata Mahmoud Khiami Jean-Marie Riashi
7. "Taala Ya" Ahmed Shata Khaled Janid Adel Ayash
8. "Gayinn You'Ouluoli" Mustafa Marsi Samir Sfeir Tarek Aakef
9. "Hobbak Leya" Mustafa Marsi Samir Sfeir Midhat Khamis
10. "La Teloum" Sheikh Subah Nasser Subah Samir Sfeir Tarek Aakef
11. "Oul Tani Keda" Sultan Salah Mohammed Saad Tarek Madkour

Albomun 2004-cü illərdə Hit Paradlarda tutduğu yer

[redaktə | mənbəni redaktə et]
Ölkə Toplist Tutduğu yer
Misir Virgin Megastores 1
BƏƏ Virgin Megastores 1
Livan Virgin Megastores 1
Qatar Virgin Megastores 1
Ciddə Virgin Megastores 1
İordaniya Virgin Megastores 1
Bəhreyn Virgin Megastores 1
Riyad Virgin Megastores 1
Cəzair Virgin Megastores 1
Tunis Virgin Megastores 1
Mərakeş Virgin Megastores 1
Toplist Tutduğu yer
Rotana Albom Top 100 1
Alam El Phan Albums Top 50 1
Heart Seekers Albums Top 20 1
HitMarker 1
Nojoom Top10 Albums 1
Bütün Ərəb Albomları Top 50 1

Albomdan 4 mahnıya klip çəkildi. İlk klip albomun aparıcı mahnısı olan "Ah W Noss" üçün çəkildi. Nadine Labakinin başçılığı ilə 2004-cü ildə çəkilən klipdə Nensi ona aşiq olan gənc oğlana naz edərək, onu özündən uzaqlaşdırır. Klip sevgi və komediya janrındadır. "Lawn Oyounak" ("Gözlərinin rəngi") adlanan ikinci klip də 2004-cü ildə Nadine Labaki tərəfindən çəkildi. Burada Nensi ənənəvi bir Livan toyunda gəlin olaraq təsəvvür edilib. Növbəti klip 2005-ci ildə "Oul Tany Keda" ("Bir daha de") mahnısına çəkildi. Daha öncə Coca-Cola üçün çəkilən eyniadlı reklamın uğuru bu mahnıya klip çəkilməsinə gətirib çıxartdı. Klip isə bu reklamın səhnə arxası görüntülərindən ibarət idi. Bu, beynəlxalq italyan rejissoru Luca Tomassini tərəfindən çəkilmişdir. Albomun 4-cü klipi "Enta eih?" ("Sən nəsən?") Samir Sfeir tərəfindən bəstələnmiş lirika idi. 2005-ci ildə Nadine Labaki tərəfindən çəkilən bu klipdə Nensi ona xəyanət edən bir insanın həyat yoldaşıdır və evliliklərini xilas etməkçün öz kədərini içində gizlədir. Klip çox müsbət qarşılandı və Nensi böyük tərifə layiq görüldü.