Yad (roman)

Yad (fr. L'Étranger) – fransız yazıçı Albert Kamü tərəfindən yazılmış roman.

Yad
L'Étranger
Gallimard-ın yayımladığı ilk nəşrin üz qapağı
Gallimard-ın yayımladığı ilk nəşrin üz qapağı
Müəllif Alber Kamü
Janr fəlsəfi roman
Orijinalın dili fransızca
Ölkə
Orijinalın nəşr ili 1942
Nəşriyyat Gallimard
Səhifə 159
Əvvəlki Sisifos
Sonrakı Taun (1947)

Məzmun[redaktə | mənbəni redaktə et]

Əhvalatdakı hər şey çox qısa bir zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində, bir ərəbi öldürən orta təbəqədən olan bir fransız, özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir.

Roman boyu başqalarının adı xatırlandığı halda əsərin qəhrəmanının adını verilmir.

Romanın qəhrəmanı həyata və öz fəaliyyətinə yadlaşıb. Ancaq bu yadlaşmanın Alber Kamü üçün Marksist yadlaşma təlimi ilə əlaqəsi olmadığını vurğulamaq lazımdır.

Buradakı yadlaşma Kamünün məşhur "absurd" fəlsəfəsindən doğur.

Qəhrəmanın dediyi “hər kəs bilir ki, həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir, əslində 30, ya da 70 yaşında ölməyin fərqli olmadığını mən də bilirdim, çünki hər iki halda çox təbii olaraq başqaları yenə yaşayacaqlar və bu minillərlə davam edəcək (…)

İnsan madam ki öləcək, bunun necə və nə zaman olacağının əhəmiyyəti yoxdur”, – sözləri, müasir nihilizmin absurd anlayışı əsasında araşdırılmasıdır.

Alber Kamünün absurd fəlsəfəsindən doğan “Yad” povestini oxumağı bitirərkən bir tərəfdən gilyotin altına düşən qəhrəmanın ölümünü düşünməklə yanaşı (halbuki biz onun edam səhnəsini görmürük) faktik öldürülən ərəbin də taleyini göz önünə gətirirəm. …İnsanın otuz və ya yetmiş yaşında ölməsinin heç bir mahiyyətinin olmaması düşüncəsini yazar öz qəhrəmanının yaşamında əks etdirsə də, öldürülən ərəb üçün yaşamın nə anlam daşıdığını təəssüf ki, görə bilmirik. Cənab Merso (fr. Meursault) yaşam yaşamağa dəyməyən və ya nə cür yaşamağın heç bir önəmini axtarmayan bir düşüncəyə sahiblik etsə də, ərəbin öldürülməsinin əhəmiyyətsizliyinə haqq qazandırılması doğrudurmu? Aydındır ki, povestdə məhkəmə qəhrəmanı cinayətkar, anasının ölümünə də üzülə bilməyən qorxunc bir varlıq kimi səciyyələndirir, amma qəhrəman gilyotinə getdiyi ana qədər özündə hər hansı bir günahkarlıq hissi görmür. Bir halda ki, qəhrəman öz yaşamının mənasız olduğu düşüncəsindədir, başqa birinin öldürülməsi qəhrəman üçün sıradan bir olay olduğu anlaşılır. Hətta fransız Salamanonun iti ilə münasibətdə obrazın iç dünyası açılsa da, öldürülən ərəbin dünyası heç bir önəm daşımır. Raymond ərəb qadını döydüyü halda, Mersonun onun lehinə şahidlik etməsi də bu qəbildəndir.

Yəni suçlu tərəf bütün hallarda fransızlar olduğu halda, heç bir iç dünyası açılmayan ərəblərin taleyini absurd fəlsəfəyə bağlamaq doğrudurmu? Bilindiyi kimi, əsərin yazılmasından üç il sonra fransızlarla əlcəzairliləri soyqırıma uğradırlar. Fransızların nihilizmə sürükləndiyini öncədən görə bilmişdi.

Güneydə Tərcüməsi[redaktə | mənbəni redaktə et]

Alber Kamünün Yad romanı, İran Azərbaycanında, Urmiyalı Yazıçı Hüseyn Vahidi[1] tərəfindən 2016-cı ilin ilk aylarında Yabançı (ərəb əlifbasında, Azərbaycan Türkcəsində: یابانچی) ünvanı ilə dilimizə tərcümə olubdur.[2][3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://m.amerikaninsesi.org/a/urmiya-kitab-sevgi-yolchulari/1584058.html
  2. "Arxivlənmiş surət". 2016-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.
  3. "Arxivlənmiş surət". 2016-08-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-12.