Yadigar Məmmədli

Yadigar Məmmədli (Yadigar Tarix oğlu Məmmədli) — Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, jurnalist.

Yadigar Məmmədli
Doğum tarixi 29 avqust 1961(1961-08-29) (62 yaş)
Təhsili
Partiyası
Mükafatları "Tərəqqi" medalı — 2015

Yadigar Tarix oğlu Məmmədli 29 avqust 1961-ci ildə anadan olub. O, 1978 – 1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan, rus, türk və ingilis dillərini bilir. Evlidir, 2 övladı, 2 nəvəsi var.

1996-cı il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı namizədliyi qeydə alınıb. 1996–2018-ci illər ərzində media ilə bağlı müxtəlif beynəlxalq və yerli seminarlarda iştirakcı və təşkilatçı, Ukrayna və Qırğızıstanda keçirilən prezident və parlament seçkilərində isə beynəlxalq müşahidəçi qismində iştirak edib. Yadigar Məmmədli "KİV-in iqtisadi əsasları və menecment problemi" (2002), "Seçki: jurnalistlərin yaddaş kitabı"(2005) kitablarının, media sahəsində yüzlərlə məqalə və yazıların müəllifidir. Slavyan Universitetin, Azərbaycan Dillər Universitetinin və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 2006–2018-ci illərdə müəllim işləyib. ATƏT-in Bakı bürosunun, Avropa Şurasının Bakı ofisinin 2006-cı ildən hazırkı dövrədək media sahəsində bir sıra layihələrində media üzrə ekspertdir.

Avropa Mətbuat Şuraları Alyansının üzvüdür. 2014–2015-ci illər Avropa Şurasının "MDB ölkələri Mətbuat Şuraları şəbəkəsinin" icraçı direktoru olub. Azərbaycan Mətbuat Şurasında "Mətbuat və dövlət qurumları arasında münasibətlərin qurulması" daimi komissiyasının sədri, "Azərbaycan dili" komissiyasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 23 may 2012-ci il tarixli sərəncamına uyğun olaraq yaradılan işçi qrupunda Mətbuat şurasının nümayəndəsi olub. 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində QHT Əməkdaşlıq Alyansının həmsədri kimi seçkilərin bütün ölkə boyu monitorinqinin və exsit-polun keçirilməsini həyata keçirib.[1]

Bir müddət Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində Yadigar Məmmədli Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 18-ci sırada olmuşdur.[2] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[3] Beləliklə, Yadigar Məmmədli deputat seçilə bilməmişdir. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başlamışdır.

İş təcrübəsi

[redaktə | mənbəni redaktə et]
  • noyabr 2017-ci ildən — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri
  • dekabr 2000-ci ildən — Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri
  • noyabr 2014-noyabr 2107 — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat katibi
  • iyun 2013-cü ildən — Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü
  • iyul 2008-ci ildən- Milli QHT Forumu İdarə Heyətinin üzvü
  • may 2005-iyun 2008 — Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü
  • dekabr 2000-dekabr 1994 — "Cumhuriyyət" qəzetinin baş redaktoru
  • dekabr 1994-noyabr 1989 — "Haray" qəzetinin baş redaktoru
  • avqust 1990-may 1985 — "Kimyasənaye" İstehsalat Birliyi radio verilişləri redaksiyasının redaktoru

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib[4].

  1. Yadigar Məmmədli QHT Alyansının seçki planlarından danışdı
  2. modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  3. Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  4. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-24.