Yalana bax (mahnı)

Yalana bax — Xalq artisti Aygün Kazımovanın mahnısı.

Yalana bax
İfaçı Aygün Kazımova
Yayımlanıb 2016
Yazılma tarixi 2016
Janr Pop
Dil Azərbaycanca
Müddət 3:58
Bəstəkar Sevinc Tağıyeva
Sözlərin müəllifi Sevinc Şirin
Prodüser Kazım Sübhan
Videoklip
 Yalana Bax

Haqqında[redaktə | mənbəni redaktə et]

Mahnının bəstəsi Sevinc Tağıyevaya, sözləri isə şairə Sevinc Şirinə aiddir.[1] Aygün Kazımova daha öncə də Sevin Tağıyeva və Sevinc Şirinlə işbirliyinə imza atmışdır. Pop Divanın “Məhəbbətə hə, xəyanətə yox”, “Düşün məni”, “Sevgi yağışı”, “Mən sənsiz” mahnıları da Sevin Tağıyeva və Sevinc Şirin ikilisinə aiddir. Mahnını İslam Şirvani aranjiman etmişdir. Mahnının səs uzlaşması Azərbaycan əsilli Türkiyəli bəstəkar və aranjimançı Hakan Erola aiddir. Xalq artisti “Yalana bax” adlı mahnısı üçün fotoqraf Kamran Aydınovun fotokamerasının qarşısına keçərək maraqlı fotosessiya da etmişdi. Aygün Kazımovanın stili üzərində isə Ruxa çalışmışdı. Layihənin prodüseri isə DJ Kazım Sübhandır.[2] 2019-cu ildə azərbaycanlı DJ Jay Aliyev mahnını masterinq etmişdir.[3] Mahnı yeni versiyada "Günah" adlanır. Mahnı iki versiyada Aygün Kazımovanın 2020-ci ildə təqdim etdiyi Remakes albomuna daxil edilmişdir.

Mahnı üzərində çalışanlar[redaktə | mənbəni redaktə et]

  • vokal - Aygün Kazımova
  • bəstəkar - Sevinc Tağıyeva
  • aranjiman - İslam Şirvani
  • səs uzlaşması - Hakan Erol
  • masterinq - Jay Aliyev
  • sözlər - Sevinc Şirin

Hit parad[redaktə | mənbəni redaktə et]

Mahnının adı Siyahı (2020) Ən
yüksək
Günah (Jay Aliyev Remix) Spain iTunes Top 200[4] 54

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.
  2. "Arxivlənmiş surət". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.
  3. "Arxivlənmiş surət". 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.
  4. Spain iTunes Top 200 siyahısı 18 iyun 2020 tarixində yüksəlmişdir

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]