Yasəf Rza

Yusuf Rza Gilani (urdu یوسف رضا گیلانی; 9 iyun 1952[1][2][…], Kəraçi, Sind[d][3]) — pakistanlı siyasi xadim, Pakistanın 18-ci baş naziri (25 mart 2008-ci ildən).

Yusuf Rza Gilani
urdu یوسف رضا گیلانی
Yusuf Rza
Yusuf Rza
25 mart, 2008 – 26 aprel, 2012
PrezidentPərviz Müşərrəf
Məhəmməd Mian Samro
Asif Əli Zərdari
ƏvvəlkiMəhəmməd Mian Samro
SonrakıPərviz Əşrəf
Şəxsi məlumatlar
Doğum tarixi 9 iyun 1952(1952-06-09)[1][2][…] (72 yaş)
Doğum yeri
Milliyyəti Pakistanlı
Vətəndaşlığı Pakistan Pakistan
Partiya Pakistan Xalq Partiyası
Fəaliyyəti jurnalist, siyasətçi
Həyat yoldaşı Fauziə Gillani
Uşağı 5
Dini şiəlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1952-ci il iyun ayının 9-da Kəraçidə anadan olmuşdur. Atası Ələmdar Hüseyn Gilani 50-ci illərdə parlamentin üzvü və əyalət naziri olmuşdur. Y.R.Gilani Pəncab Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

1978-ci ildə Pakistan Müsəlman Liqasının üzvü olmuşdur.

1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. General Ziya Ül Həqqin (1977–1988) zamanında federal nazir olmuşdur.

1988-ci ildə Pakistan Xalq Partiyasının sıralarına daxil olmuşdur.

1988–1990-cı illərdə – Səhiyyə naziri olmuşdur.

1993–1996-cı illərdə – Parlamentin spikeri olmuşdur.

2001-ci ildə korrupsiyada ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.

2006-cı ilin oktyabrında – Xaminə buraxılmışdır.

2008-ci il mart ayının 24-də – Pakistan İslam Respublikasının Baş Naziri vəzifəsinə seçilmişdir.

  1. 1 2 Yousaf Raza Gilani // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Yousaf Raza Gilani // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #1027567843 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.