Şimal dəniz fili

Şimal dəniz fili (lat. Mirounga angustirostris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin dəniz fili cinsinə aid heyvan növü.

Şimal dəniz fili
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şimal dəniz fili özünün yaxın qohumu olan Cənub dəniz filinə nisbətən kiçik olur. Erkəklər 4–5 metr uzunluğa və 1,2–2,3 t çəkiyə malik olurlar (bəzi hallarda 2,7 t). Dişilər isə 2,5–3,6 m uzunluğa və 400–900 kq şəkiyə sahibdirlər. Erkəklərinin xortumu 30 sm uzunluğa malik olur.

Dişilər açıq okeanda qidalanırlar. Erkəjklər isə materiklərin şelf zonasında qida axtarmağı üstün bilirlər. Onların qidasına kalmarlar (həmçinin ən böyük olan nəhəng kalmarlar), sümüklü balıqlar, xərçəngkimilər, skatlarköpək balıqları daxildir. Dəniz filləri su işmirlər, belə onlar suyu piylərindən əldə edirlər.

Onlarda balinakimilərdə olduğu kimi exolokasiya sisteemi yoxdur. Suyun altında onlar görmə və lamisə orqanlarının hesabına ov edə bilirlər. Dəniz fillərinə qarşı ancaq osalar ova çıxa bilir. Çox böyük ağ köpəkbalıqları bala və dişilər üçün təhlükə yarada bilər. Belə ki, pusquda hücum edən köpək balıqları onların ətraflarını parçalamaqla qurbanın qan itirməsinə və suda boğulub ölməsinə səbəb ola bilirlər. Köpək balıqlarının diş izləri hətta yetkin erkəklərin üzərində aşkarlansa da, böyük heyvanların onlar tərəfindən ovlanması qeydə alınmamışdır.

Erkəklərin döyüşü

Bu növün nümayəndələri fevral ayında çütləşir. 11 ay hamiləlikdən sonra yanvarda körpə doğulur. Aprel-may ayları issə onlar sahili tərk edirlər.

Yayıldığı ərazi

[redaktə | mənbəni redaktə et]

Əvvəllər bu növ dəniz filinə Şimali Amerikanın bütün qərb sahilləri boyunca Alyankadan Aşağı Kaliforniya ərazisinə qədər uzanırdı. XIX əsrdə kütləvi ovlanma onların kökünün kəsilməsi astanasına qədər gətirib çıxarırdı. İl ərzində min baş olvlanırdı. Kökünün kəsildiyi düşünüldüyü zaman Meksikanın Qvadelupa adasında 100 başdan ibarət koloniya aşkarlanır və mühafizəyə götürülür.

1930-cu illərdə dəniz filləri artıq Çannel adaları sahilərinə çıxırdılar. Bir müddət sonra isə artıq onlar materik sahillərinə və ora yaxın adalarda məskən salmağa başlayır. Çütləşmə zamanı onlar Vankuver adası, San-FransiskoLos-Anceles şəhərləri sahilinə çıxırlar. Bu isə turistləri bura cəlb edir. İl ərzində 15% artım baş verur. Bu artım sayəsində onların sayının tükənmə təhlükəsi artıq yoxdur. Bununla belə ekoloji kirlənmə təhlükə doğurur.

2016-cı ildə holland rəssam Marqrit van Brifort tərəfindən Leyden Universiteti üçün hazırlanmış gözləyən heykəli xarici görünüş baxımından Şimal dəniz fillərinin bənzəridir.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0