Yeji Andjeyevski

Yeji Andjeyevski (pol. Jerzy Andrzejewski, 19 avqust 1909[1][2][…], Varşava[5][3]19 aprel 1983[3][4][…], Varşava[3]) — polyak yazıçı. Onun əsərlərinin əsas mövzusunu insan həyatında həqiqi mənəvi dəyərlərin axtarışı təşkil edir. Yazıçının bir neçə roman və povesti əsasında film çəkilib.

Yeji Andjeyevski
pol. Jerzy Andrzejewski
Yeji Andjeyevski (1949)
Yeji Andjeyevski (1949)
Doğum tarixi 19 avqust 1909(1909-08-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 aprel 1983(1983-04-19)[3][4][…] (73 yaşında)
Vəfat yeri
Uşağı 2
Fəaliyyəti ssenarist, siyasətçi, yazıçı, dramaturq, jurnalist, romançı
Əsərlərinin dili polyak dili[3]
Üzvlüyü
  • Polşa Yazıçılar İttifaqı[d]
Mükafatları 1-ci dərəcəli "Əmək bayrağı" ordeni Commander of the Order of Polonia Restituta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk böyük əsərini — "Ürək ahəngi"ni (1938) katolisizm əxlaqı əsasında qələmə alıb. 1945-ci ildə Miloş Çeslav ilə birlikdə Vladislav Şpilman haqqında olan filmin ssenarisi üzərində işləyib. Ssenariyə senzura tərəfindən "əl gəzdiriləndən" sonra Miloş həmmüəlliflikdən imtina edib (yazıçıların yolları burada ayrılıb və sonralar Miloş özünün antitotalitar traktatında — "Qul edilmiş ağıl" (1953) əsərində Andjeyevskini Alfa-moralist kimi təqdim edib).

Yeji Andjeyevskinin Varşavanın Povonzki qəbiristanlığındakı qəbri

Özünün "Kül və almaz" (1948) romanında Andjeyevski Polşada sovetyönümlü hakimiyyətin ilk illərində sinfi mübarizənin etik problemlərinə toxunmuşdur. Yazıçının tarixi əsərləri olan "Zülmət yer üzünü örtür" (1957) (Stalinin ölümündən bir müddət sonra qələmə alınıb) və "Cənnət darvazaları"nda (1960) humanizm ruhunda insan mövcudluğunun problemlərindən bəhs olunur. Onun "Dağlarda çapır-gedir" (1963) romanı burjua incəsənətinə parodiyadır.

Andjeyevski 1960-cı illərin əvvəllərindən dövlətin rəsmi siyasətinə və ideologiyasına qarşı müxalifətə keçmişdir. Ömrünün sonlarına yaxın Fəhlələrin Müdafiə Komitəsinin həmtəsisçilərindən biri və "Həmrəylik" hərəkatının fəal müdafiəçisi olmuşdur.

Əsas əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Kül və almaz. (Popiół i diament, 1948)
  • Zülmət yer üzünü örtür. (Ciemności kryją ziemię, 1955–1957)
  • Cənnət darvazaları. (Bramy raju, 1960)
  • Dağlarda çapır-gedir. (Idzie skacząc po górach, 1962–1963)
  • Apelyasiya. (Apelacja, 1967)
  • Horra. (Miazga, 1960–1970)
  • Heç kəs. (Nikt, 1981)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Jerzy Andrzejewski // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Bibliothèque nationale de France Jerzy Andrzejewski // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 5 6 7 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 99. ISBN 978-2-221-06888-5
  4. 1 2 https://bs.sejm.gov.pl/F?func=find-acc&acc_sequence=000009939&find_code=SYS&local_base=ARS10.
  5. 1 2 Анджеевский Ежи // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.