Yozef Blek

Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[1][2][…], Bordo[5]6 dekabr 1799[1][3][…], Edinburq[5]) — Şotland həkimi, fizik və kimyaçısı.

Cozef Blek
ing. Joseph Black
Doğum tarixi 16 aprel 1728(1728-04-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 dekabr 1799(1799-12-06)[1][3][…] (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Şotland
Elm sahələri fizika, tibb
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir.

1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir.

Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.

1757-ci ildə Blek ərimə və buxarlanma istiliklərini ixtira etməklə qizli istilik anlayışını elmə daxil edir, ancaq bu nəticələr yalnız 1779-cu ildə çap olunmuşdur.

1759-1763-cu illərdə o, istilik miqdarı və onun temperatur fərqini aşkar etmiş, istilik tutumu anlayışını tətbiq etmişdir.

  • 1755-ci ildə maqneziumun kimyəvi element olduğunu aşkar etmişdir.
  • 1757-ci ildə praktiki tibb üzrə Qlazqo Univesitetində Reym (Fransanin şimal-şərqində yerləşən şəhər) professoru təyin olmuşdur.
  • 1761-ci ildə Blek tərəfinndən müşahidə olunan |buz ərimə prosesində udulan istilik, temperaturun yüksəlməməsinə gətirmişdir. Buna əsas olaraq o, belə nəticəyə gəlir; istilik və buz hissəcikləri birləşərək, latent(qizli)istiliyə çevrilir.
  • 1759-1763-cü illərdə latent istilik nəzəriyyəsini inkişaf etmişdir, eləcə də müxtəlif maddələrin fərqli latent istiliyə (xüsusi ərimə istiliyi) malik olduğunu, görsədmişdir. Ceyms Vatt onun şagirdi və köməkçisi olmuşdur.
  • Cozef Blek Poker Klubun (the Poker Club) üzvü olmuşdu. O həmçini Devid XyumanAdam Smitlədə tanış idi.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Blek əvvəlcə təbiət elmlərinə maraq göstərməmiş və Qlazqo Universitetində xarici dil və fəlsəfəni öyrənmişdir. Yalnız atasının təkidi ilə o tibb, anatomiya, daha sonra isə fizika və kimya ilə məşğul olmağa başlayır.
  • Karbon dioksidi aşkar etməklə, o havanın qaz qarışığınan ibarət olduğunu və onaqədər ki alimlərin fikrincə vahid substansiya olmadığını sübut etmişdir.
  • Blek 28 yaşında Qlazqo Universitetinin tibb professoru və kimya üzrə mühazirəçi vəzifələrində çalışmışdır.
  • Ceyms Vattın buxar mühərrikin hazırlanmasında fəal iştirak etmişdir.
  1. Gribbin,John Science.A History (1543-2001) – London: Penguin books, 2003. – 648c. İSBN 978-0-140-29741-6
  2. ordaca, s.246
  3. ordaca, s. 247
  4. ordaca, s.248
  5. BSE