Yusif Məmmədov (Yusif Əbülfət oğlu Məmmədov; 24 yanvar 1950, Dəstəgird, Sisian rayonu) — Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri (2016), Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (2006—2016), əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2017), fizika-riyaziyyat elmləri doktoru, professor.[1]
YUSİF MƏMMƏDOV | |
---|---|
Yusif Əbülfət oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Dəstəgird, Sisyan rayonu, Qərbi Azərbaycan |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
|
Yusif Məmmədov 24 yanvar 1950–ci ildə Qərbi Azərbaycanın Sisyan rayonu Dəstəgird qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, universiteti əla qiymətlərlə bitirdikdən sonra 1971-ci ildə təyinatla ADU-nun riyazi-fizika tənlikləri kafedrasında saxlanılmış, bu kafedrada assistentdən professor vəzifəsinədək yüksəlmişdir. 2000-2004-cü illərdə BDU-nun birinci prorektoru vəzifəsində çalışmışdır. 1974-cü ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.
2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Riyaziyyatçıdır, riyazi fizika və diferensial tənliklər sahəsində tanınmış mütəxəssisdir. 100-dən artıq elmi əsərin müəllifidir. Əsərlərinin xeyli hissəsi xarici ölkərin nüfuzlu jurnallarında çap olunmuşdur.
10 nəfər elmlər namizədi, 1 nəfər elmlər doktoru yetişdirmişdir.
YUNESKO-nun Elmi biliklərin və texnologiyaların etikası Azərbaycan Milli Komitəsinin üzvüdür.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissyasının riyaziyyat və mexanika ixtisasları üzrə ekspert şurasının sədridir.
21 aprel 2006-cı ildən 6 may 2016-cı ilədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işləmişdir.
7 may 2016-cı ildən Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri təyin edilib[2].