Dəstəgird - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Bərgüşad dağlarının ətəklərində yerləşir.
Dəstəgird | |
---|---|
39°22′06″ şm. e. 46°02′12″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1951 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.050 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Azərbaycanca |
Vikianbarda əlaqəli mediafayllar |
1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[1] qeyd edilmişdir. Kəndin adı erməniləşdirilərək Dəstəkert formasma salınmışdır[2].
Toponim qaraçorlu türk tayfasından olan bərgüşad tayfasının mənsub dəstəgird etnonimindən[3] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Kənddə 1908-ci ildə 555 nəfər, 1914 - cü ildə 400 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla qovmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 358 nəfər, 1926-cı ildə 338 nəfər, 1931-ci ildə 434 nəfər yalnız azərbaycanlı yaşamışdır[5]. 1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar buraya ermənilər köçürülmüşdür. 1987-ci ildə 1700 nəfər azərbaycanlı və erməni olmuşdur ki, bunun da 80%-ni azərbaycanlılar təşkil edirdi. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.