Yusuf Dikeç

Yusuf Dikeç (1 yanvar 1973, Göksun[d], Qəhrəmanmaraş) – tapança yarışlarında iştirak edən türk idman atıcısı. O, Türkiyə Jandarma İdarəsinin istefada olan kiçik zabit heyətinin və "Jandarma Gücü" idman klubunun üzvüdür.[3][4]

Yusuf Dikeç
türk. Yusuf Dikeç
Şəxsi məlumatlar
Ləqəbi 無課金おじさん[1]
Vətəndaşlığı
Doğum tarixi 1 yanvar 1973(1973-01-01) (51 yaş)
Doğum yeri
Təhsili
Boyu 180 sm[2]
Çəkisi 80 kq[2]
İdman növü Güllə atıcılığı

Yusuf Dikeç 1973-cü ildə Qəhrəmanmaraş ilinin Göksun rayonunun Taşoluk kəndində anadan olub. İbtidai təhsilini kəndlərində aldıqdan sonra orta təhsilini Göksunda bitirib. 1994-cü ildə Ankarada Jandarma Hərbi Məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra onbaşı rütbəsində Mardində xidmətə başladı. 1999-cu ildə Dikeç Jandarma Hərbi Məktəbinə daxil olur və bir ildən sonra çavuş rütbəsində məzun olur. O, bir il İstanbulda xidmət edib, sonra Türkiyə Jandarma İdarəsinin Ankaradakı "Jandarma Gücü" idman klubuna təyin olunub.[4] 2001-ci ildə idman atıcılığı ilə məşğul olmağa başlayıb. O vaxtdan etibarən Dikeç milli komanda ilə yanaşı, hərbi milli komandada da mübarizə aparır.[4]

Ankarada Qazi Universitetində bədən tərbiyəsi və idman təhsili alıb.[3]

İdman karyerası

[redaktə | mənbəni redaktə et]

O, bir neçə dəfə Türkiyə çempionu olub və müxtəlif kateqoriyalar üzrə tapançadan atəş açma üzrə ölkə rekordçusudur.[4]

2006-cı ildə Norveçin Rena şəhərində keçirilən CISM Hərbi Dünya Çempionatında Yusuf Dikeç 597 xal toplayaraq 25 m məsafədən mərkəzdən alışma tapançasından atəşaçma yarışında dünya rekordunu təzələdi.[5]

Dikeç Taylandın Banqkok şəhərində keçirilən 2012 ISSF Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapança ilə atəşaçmada bürünc medal qazanıb.[6]

O, 2012 Yay Olimpiya Oyunlarında 10 m məsafədən pnevmatik tapançadan atəşaçma yarışında iştirak hüququ qazanmışdı.[3] Həmçinin, 50 m məsafəyə tapança ilə atəşaçma yarışında da iştirak etsə də, finala yüksələ bilməyib.[7]

İyulun 21-dən avqustun 4-dək Xorvatiyanın Osiyek şəhərində keçirilən 2013 Atıcılıq üzrə Avropa Çempionatında o, 25 m-dən standart tapança və 25 m mərkəzdən alışma tapançası ilə atəşaçma yarışlarının hər ikisində qızıl medal qazandı. O, həmçinin komanda yoldaşları Fatih Kavruk və Murat Kılınçla birlikdə komanda hesabında birinci yarışda gümüş, ikincidə isə yenə qızıl medal qazandı. 50 m məsafəyə atəşaçma yarışında isə digər komanda yoldaşları Ömər Alimoğlu və İsmail Keleşlə birlikdə gümüş medal qazandı.

2021-ci ildə Xorvatiyanın Osiyek şəhərində keçirilən Atıcılıq üzrə Avropa Çempionatında o, komanda yoldaşları Sərdar Dəmirəl və İsmail Keleş ilə birlikdə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada komanda yarışında bürünc medal qazandı.

O və komanda yoldaşı Şevval İlayda Tarhan 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 10 metr məsafəyə pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında finalda Serbiya komandasına uduzaraq gümüş medal qazanıb. Bu hadisədə o, atışa sadə yanaşması ilə viral oldu: o, heç bir gözlə görünən iri qoruyucu vasitə, qoruyucu linza və ya blinder taxmamışdı. O, həmçinin hər iki gözü açıq və boş əlini cibinə qoyaraq atəş açmışdı.[8][9]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
İl Turnir Məkan Mövqe Yarış Qeydlər
Təmsil etdiyi ölkə: Türkiyə Türkiyə
2003 2003 Avropa Hərbi atıcılıq çempionatı Plzen, Çexiya 2-ci
2004 2004 Avropa Hərbi atıcılıq çempionatı Ankara, Türkiyə 2-ci
2005 XV Aralıq dənizi oyunları Almeriya, İspaniya 2-ci 10 m pnevmatik tapança 585
2005 Balkan atıcılıq çempionatı Rumıniya 2-ci
2006 Beynəlxalq Hərbi İdman Şurası Rena, Norveç 1-ci 25 m mərkəzdən alışma tapançası 597 Dünya Rekordu
2007 2007 Hərbi Dünya Oyunları Heydərabad, Hindistan 2-ci 25 m sürətli atış tapançası
Hərbi Olimpiada Braziliya 2-ci
2010 Beynəlxalq Hərbi İdman Şurası Zaqreb, Xorvatiya 3-cü 25 m sürətli atış tapançası
2011 2011 ISSF Dünya çempionatı Münxen, Almaniya 1-ci 10 m pnevmatik tapança 687.3
2011 ISSF Dünya çempionatı Vrotslav, Polşa 3-cü 10 m pnevmatik tapança 682.9
2012 2012 ISSF Dünya çempionatı Münxen, Almaniya 3-cü 10 m pnevmatik tapança 686.5
2012 ISSF Dünya Kuboku Banqkok, Tailand 3-cü 10 m pnevmatik tapança 684.5
2012 Avropa Çempionatı Vierumaki, Finlandiya 2-ci 10 m tapança
2012 Avropa Çempionatı Vierumaki, Finlandiya 2-ci 10 m tapança komanda yarışı
2013 XVII Aralıq dənizi oyunları Mersin, Türkiyə 2-ci 10 m pnevmatik tapança 577
1-ci 50 m tapança 555
2013 Avropa atıcılıq çempionatı Osiyek, Xorvatiya 1-ci 25 m mərkəzdən alışma tapançası 590
1-ci 25 m mərkəzdən alışma tapançası komanda yarışı 1,741
1-ci 25 m standart tapança
2-ci 25 m standart tapança komanda yarışı
2-ci 50 m tapança komanda yarışı 1,665
2021 2021 Avropa atıcılıq çempionatı Osiyek, Xorvatiya 3-cü 10 m tapança komanda yarışı
2024 2024 Yay Olimpiya Oyunları Paris, Fransa 2-ci 10 m pnevmatik tapança qarışıq komanda yarışı
  1. “軽装で銀” トルコの射撃選手 SNSなどで話題に パリ五輪. // NHKニュース 2024.
  2. 1 2 Olympedia (ing.). 2006.
  3. 1 2 3 "Türk Sporcular 2012 Londra Olimpiyatlarında-Atıcılık-Yusuf Dikeç" (türk). GSB. İstifadə tarixi: 8 July 2012.
  4. 1 2 3 4 "Yusuf Dikeç" (türk). Emekli Assubaylar. İstifadə tarixi: 9 July 2012.
  5. "CISM World Records Men". CISM. İstifadə tarixi: 8 July 2012.
  6. "2012 ISSF World Cup Final closed in Bangkok: China tops the medal count". ISSF. İstifadə tarixi: 30 August 2013.
  7. "Shooting,50m pistol (60 shots) men – Qualifying Round". London 2012. 11 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 August 2013.
  8. "A conspicuously dressed-down shooter won Olympic silver. Then he went viral". NPR. İstifadə tarixi: 1 Aug 2024.
  9. Morik, Ryan. "Turkish Olympic pistol shooter goes viral after nonchalant composure leads to silver medal: 'Insane aura'". Fox News (ingilis). 2024-07-31. İstifadə tarixi: 2024-08-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]