Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini.[1]
Mariana Vasileva | |
---|---|
bolq. Мариана Василева | |
Vəzifədədir | |
29 noyabr 2021-ci ildən | |
Nazir | Fərid Qayıbov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyul 1974 (50 yaş) |
Doğum yeri |
|
Milliyyəti | bolqar |
Fəaliyyəti | Azərbaycan Bədii Gimnastika üzrə millisinin baş məşqçisi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb.[2]
2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib.[3]
2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır.
2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib.
2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub.[1] Bundan əvvəl o, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü idi.
Vasileva Azərbaycanın Bədii Gimnastika üzrə baş məşqçisi təyin edildikdən sonra Azərbaycan, xüsusilə yeni nəsil gimnastlar arasında həm fərdi, həm də qrup yarışlarında beynəlxalq uğur qazanmağa başlayıb. Onun fərqlənən yetirmələri: