Zəfər ruhu (film, 1989)

Zəfər ruhu (ing. Triumph of the Spirit) — 1989-cu ildə çəkilən ABŞ filmi. Rejissoru Robert Milyon Yanqdır. Baş rolları Uillem DefoEdvard Ceyms Olmos bölüşmüşdür. Ssenarisi əsl həyatda baş verən hadisələrə əsasən hazırlanıb. Filmin böyük hissəsində hadisələr Holokost zamanı Auşvitz həbs düşərgəsində cərəyan edir. Filmdə yəhudi-yunan boksçu Salamo Aruxun SS həbsxana gözətçilərinin əyləncəsi üçün məcburiyyət qarşısında digərləri ilə vuruşmasından danışılır. “Zəfər ruhu” filminə qədər heç bir filmin böyük hissəsi Auşvitz həbs düşərgəsində çəkilməmişdir.[2] Kostas Mendilorun ilk çəkildiyi filmdir.[3]

Zəfər ruhu
ing. Triumph of the Spirit
Filmin əsas afişası
Filmin əsas afişası
Janr bioqrafik film, dram filmi[1]
Əsas mövzu İkinci Dünya müharibəsi, Holokost
Rejissor Robert Milyon Yanq
Prodüserlər Şimon Arama
Sonya Karon
Arnold Kopelson
Evan Kopelson
Ron Yakov
Əsərin müəllifləri Ancey Krakovski
Lourens Hit
Baş rollarda Uillem Defo
Edvard Ceyms Olmos
Robert Loca
Vendi Qazel
Kelli Volf
Kostas Mendilor
Bəstəkar Kliff Aydelmen
İstehsalçı Triumph Films
Distribütor Triumph Films, Netflix
İlk baxış tarixi 1989
Müddət 120 dəq
Ölkələr ABŞ ABŞ
Dil İngiliscə
İl 1989, 8 dekabr
Rəng rəngli
IMDb ID0098513

Saloniki, Yunanıstanda işləyən liman fəhləsi Salamo Aruxun boksa dərin marağı var idi. 1943-cü ildə öz ailəsi və nişanlısı Alleqra ilə birlikdə tutuldu və Auşvitzə gətirildi. Arux SS həbsxana gözətçilərinin əyləncəsi üçün digər məhkumlarla boks matçı edirdi. O bilirdi ki, əgər bu təklifdən imtina etsə, ailəsi cəzalandırılacaq; əgər matçlarda qalib gəlsə, ona əlavə rasion veriləcək, əgər məğlub olsa, qaz kamerasına göndəriləcək. Ətrafında ailəsi və dostları öldü və o, yalnızca öz sevgilisi Alleqra ilə tək qaldı. Sevgilisini həyatda tutmaq üçün əlindən gələni etməkdə qərarlı idi.[4][5]

Qeydlər
  1. http://www.imdb.com/title/tt0098513/.
  2. Travers, Piter. "Zəfər ruhu". Rolling Stone (570). 1989. 2008-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2008.
  3. Mendilor, Kostas. "Kostas Mendilor (Costas Mandylor)". KinoPoisk (rus). KinoPoisk. 2014-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2018.
  4. Taliabue, Con. "Nazi boks rinqində həyatın özü üçün mübarizə". New York Times (ingilis). 14 may 1989. 1 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2008.
  5. Şindeyette, Suzan; Cek Kelli; Mira Avrex. "Boksçu Salamo Aruxun "Zəfər ruhu"nda ölüm düşərgəsi döyüşləri başa çatdı". People Magazine (ingilis). 33 (7). 19 fevral 1990. 2016-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2008.
Biblioqrafiya