Zəhərli bitkilər – tərkibində zəhərləyici maddələr olan bitkilər. Zəhərli bitkilərin tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə (oyadıcı, iflicedici və s.), tənəffüs və həzm orqanlarına, ürək-damar sisteminə, qaraciyər, böyrəklərə və s. təsir edir. Zəhərli bitkilərin faydalı xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng, bat-bat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən, tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır.[1]
Azərbaycan Respublikasında Zəhərli bitkilərdən öldürgən, acılıq, qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi, bat-bat, dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən, xaşxaş, üzərlik, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl, dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov, şümşad və s. daha geniş yayılmışdır.