"Zənginləri yeyin" (ing. Eat the rich) — antikapitalizm və solçu siyasətlə əlaqəli siyasi şüar. Bu, müxtəlif şəkildə sinfi mübarizə, sərvətin yenidən bölüşdürülməsi tələbi üçün metafora kimi istifadə edilir. Bu ifadə, adətən, siyasi filosof Jan-Jak Russoya aid edilir. O, ilk dəfə Fransa inqilabı zamanı populyarlaşan "Xalqın daha yeməyə heç bir şeyi qalmayanda onlar zənginləri yeyəcəklər" sitatını söyləmişdir.
Paris Kommunasının prezidenti Pyer Qaspar Şomett 14 oktyabr 1793-cü ildə terror dövründə şəhərdə etdiyi çıxışda demişdir:
Rousseau faisait parti du peuple aussi, et il disait: 'Quand le peuple n'aura plus rien à manger, il mangera le riche'.[1] |
Xalqdan biri olan Russo demişdir: "Xalqın daha yeməyə heç bir şeyi qalmayanda onlar zənginləri yeyəcəklər". |
Bu ifadə əvvəlcə Fransa zadəganlarının tənqidi idi, lakin sonralar Fransada ölkədə yoxsulluğu davam etdirən Fransa İiqilabının qəbul edilən uğursuzluqlarına cavab olaraq məşhurlaşmışdır.[2]
XXI əsrdə bu ifadə artan sərvət bərabərsizliyinə və qida təhlükəsizliyinə cavab olaraq istifadə olunur. Bu ifadə ABŞ-də bu ifadə 2019-cu ildə proqressiv Demokrat namizəd Elizabet Vorrenin mitinqində izdiham tərəfindən Vorrenin sərvət vergisi ilə bağlı mövqeyi də daxil olmaqla sərvətin yenidən bölüşdürülməsi haqqında çıxışlarını təsdiqləmək üçün istifadə edilmişdir.[2]
Cənubi Afrikada "zənginləri yeyin" ifadəsi Torpaq Partiyası tərəfindən 2021-ci il bələdiyyə seçkiləri üçün kampaniya şüarı olaraq istifadə edilmişdir.[3]
İfadə onlayn əsas sosial şəbəkələrdə trend olmuşdur. 2010-cu illərin sonlarında istifadəçilər varlıları tənqid edən videolar yayımlayan "TikTok"da məşhurlaşmışdır.[2] Bu videoların bir çoxu həmçinin xaricdə təhsil alan, "Spotify" abonentliyi üçün pul ödəyən və ya ikinci soyuducusu olan insanlara yönəldilən daha adi birinci dünya davranışını hədəf almışdır. Bir çox hallarda bu videolar birinci dünya cəmiyyətinin rahatlığından həzz alarkən bu ifadəni işlədənlərin ikiüzlülüyünü nümayiş etdirmək üçün hazırlanmışdır.[4] İfadə 2020-ci ildə COVID-19 karantinlərindən sonra artdığı qeyd edilmişdir.[5]
2022-ci ildə "Amazon" həmkarlar ittifaqının lideri Kris Smolls Ağ Evdə prezident Co Baydenlə görüşən zaman üzərində "Zənginləri yeyin" yazılan pencək geyinmişdi.[6]
2023-cü ildə Birləşmiş Avtomobil İşçiləri prezidenti Şon Fen "GM", "Ford" və "Stellantis" işçilərinin Detroitdə maaşların və müavinətlərin artırılması uğrunda mübarizəsi üçün bu ifadəni qəbul etmişdir.[7]
Bu ifadə 1987-ci ildə çəkilmiş filmin və "Motörhead" tərəfindən eyni film üçün mahnının adında istifadə edilmişdir. Bu həm də "Aerosmith"in 1993-cü ildə buraxdığı mahnısının adı idi.[2] "Zənginləri yeyin" kitabı 1998-ci ildə Patrik Ceyk O'Rurk tərəfindən nəşr edilmişdir. "Eat the Rich" komiks seriyası 2021-ci ildə debüt etmişdir.[8]
Bir çox filmlər "zənginləri yeyin filmləri" kimi təsvir edilmişdir. Bu mövzu 2019-cu ildə "Joker", "Parazit", "Çıxardın gərək soxasan" və "Ready or Not" kimi filmlərin və 2022-ci ildə "Kədər üçbucağı", "Menyu" və "Çıxardın gərək soxasan. Şüşə soğan" filmlərinin buraxılışları ilə xüsusilə diqqəti cəlb etmişdir.[9][10][11]
"Sən" televiziya şousunun dördüncü sezonunda (2023) "Zənginləri yeyin qatili" var.[12]
Daşınmaz əmlak eksperti Rayner Sitelmann bildirmişdir ki, "Zənginləri yeyin" kimi dil qərəzlidir, stereotipləri davam etdirir və klassizmlə məşğul olur.[13] O, həmçinin qeyd etmişdir ki, bu, natiqdən daha varlı insanların insanlıqdan kənarlaşdırılmasına xidmət edə bilər və zorakılığa təhrik riski yaradır.[13] Solçu tənqidçilər bu terminin nisbətən rahat həyatı olan orta təbəqədən olanlar tərəfindən ikiüzlü şəkildə istifadə edildiyini iddia edirlər.[4]