Zərnişan İnqilabqızı

Zərnişan Azayeva (d.9 avqust 1959, Şamaxı r.) — şair-publisist, ssenari müəllifi, kino redaktoru, Əməkdar jurnalist.[1]

Zərnişan İnqilabqızı
Doğum tarixi (65 yaş)
Doğum yeri Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası Jurnalistika
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti montajçı[d]
Mükafatları Əməkdar jurnalist
TÜRKSOY

Azayeva Zərnişan İnqilab qızı 9 avqust 1959-cu ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən Samaxıda fəaliyyət göstərən "Gənc Sabirçilər" ədəbi dərnəyinin üzvü olmuş, 9-cu sinifdə oxuyarkən "Dəniz və qız" adlı ilk şeirlər kitabı "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Elcə də o dövrün "Azərbaycan gəncləri", "Sovet kəndi"….qəzetləri, "Ulduz", "Müxbir", "Göyərçin", "Azərbaycan" jurnallarında məqalələr, resenziyalar, şeirlərlə çıxış etmişdir.

1984-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olan Zərnişan İnqilab qızı təhsil illərində tələbə elmi cəmiyyətinin üzvü olmaqla respublika mətbuatı-qəzet və jurnallarla fəal əməkdaşlq edib, radio-televiziya üçün verilişlər hazırlayıb. 1989-cu ildə " fərqlənmə diplomu" ilə Universiteti bitirən Zərnişan Azayeva elə həmin ildən Dövlət Radio-Televiziyasında radio-televiziya şərhçisi kimi işə qəbul olunur.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dövrün məşhur mətbuat xadimi Leonid Tahirovun iki illik jurnalistika kursunda yüksək göstəricilərlə təhsil almış, Kiyevdə, Moskvada xüsusi təcrübə dərsləri keçməklə Ümumittifaq Radiosunun ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişdir.

Vaxtilə radionun "Bulaq","Şəbəkə" verilişlərinin ssenari müəlliflərindən olan Z. Azayevanın hazırladığı proqramlardan televiziyanın "Tariximiz-soykökümüz", "Söz araşdırıcılarimiz", "Dostun evi könüllərdir","İrəvanda xan qalmadı", "İmza", "Dünya yaxşılarındır", "Vətən qürbətə qalmaz", "Bizim ellər yerindəmi", "Turan" kimi hər sayı televiziyanın "qızıl fondu"na daxil edilməklə qorunmaqdadır. Zərnişan İnqilabqızı (Turan) Azərbaycantelefilmin istehsali olan iyirmi səkkiz sənədli filmin ssenari müəllifi və eləcə də digər qurumlarla birgə işlədiyi on səkkiz sənədli, iki bədii-sənədli filmin ssenari müəllifi və rejissorudur. Bu filmlər respublika daxili festivallarla yanaşı, ölkəmizdən kənarda keçirilən sənədli film yarışmalarında da qalib yerlər tutmuş, xüsusi mükafatlara layiq görulmüşdür.

2007-ci ildə "Küsnət" etnoqrafik-sənədli filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Beynəlxalq Sənədli filmlər festivalının baş mükafatı qran-prisini almış, "Öyretmen Benisa" sənədli filmi İzmir festivalının qalibi olmuş, "Torpaq uqrunda ölən varsa VƏTƏNDİR" filminin təqdimatı ölkəmizdə Macarıstanda, Türkiyədə, Makedoniyada keçirilməklə TRT-1, TRT-Avaz kanallarinda nümayiş etdirilmişdir.

Böyük redaktor, "Müəllif proqramları" redaksiyasının baş redaktoru kimi səmərəli fəaliyyəti ilə bu gün də Azərbaycan televiziyasında Vətənə xidmətini davam etdirməkdədir.

  • 2006-cı il 4 noyabrda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.[2]
  • Zərnişan Turan Beynəlxalq Mahmud Kaşqarlı fondunun "Şan Yarliqı", Türk Dünyası Araşdırmaları Vakfı nın xüsusi mükafatçısı, TÜRKSOY-un media mÜkafatçısı olmaqla bir çox müstəqil və dövlət qurumlarinin fəxri üzvü, laureatıdır.
  1. Bəxtiyar Vahabzadə (film, 2003)
  2. Mir Teymur (film, 2003)
  3. Dostun evi könüllərdir (veriliş, 2007)
  4. Şamaxı abidələri (film, 2007)[3]
  5. Türk dünyası qitədən qitəyə. I film (film, 2002)
  6. Türk dünyası qitədən qitəyə. II film (film, 2002)
  7. Türk dünyası qitədən qitəyə. III film (film, 2002)
  8. Türk dünyası qitədən qitəyə. IV film (film, 2002)
  • Bəxtiyar Vahabzadə (film, 1987)
  1. ""Güney Azərbaycanda çağdaş ədəbi proseslər" və "XX əsr Güney Azərbaycan epik şeiri"". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.
  2. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2022-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-30.
  3. ""ŞAMAXI ABİDƏLƏRİ" TELEVİZİYA FİLMİ". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.