Zağanos Paşa

Zağanos Mehmed Paşa (XV əsr1464, Balıkəsir) — Fateh Sultan Mehmet səltənətində 1453–1456-cı illər arasında sədrəzəmlik etmiş Osmanlı dövlət xadimidir. İstanbulun fəthindən sonra sədrəzəmliyə gətirilən ilk şəxsdir.

Zağanos Paşa
Zağanos Paşa məscidi
Zağanos Paşa məscidi
ƏvvəlkiÇandarlı Xəlil Paşa
SonrakıVəli Mahmud Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Fatma Sultan
Uşağı Xədicə Xatun
Dini islam
Rütbəsi Admiral

Yunan əsilli olduğu bildirilməkdədir.[1] Dənizçilikdə müşahidə üçün zağanos (iti fikirli, yırtıcı bir quş) istifadə etdiyi üçün zağanos ləqəbi ilə tanınmışdır. Təhsilini Əndurunda almışdır. Təhsilindən sonra umera sinfində oxumuşdur. II Murad oğlu və vəliəhdi olan Şahzadə Mehmeti Manisa bəylərbəyi təyin edəndə əvvəl Nişançı Mehmed Bəy onun lələsi olaraq gorvlendirilmis və çox keçmədən Zağanos Paşaya lələlik vəzifəsi verilmişdir və dekabr 1449-cu ildə Saruca Qasım Paşa lələlik vəzifəsinə təyin olunana qədər bu vəzifədə çalışmışdır.[2]

1443-cü ildə Şahzadə Mehmet Ədirnəyə cağrildığı zaman Zağanos Paşaya vəzirlik vəzifəsi verilmişdir. 1444-cü ildə ikinci zövcə olaraq II Muradın qızı və Şahzadə Mehmetin bacısı Fatma Sultan ilə evlənmiş və "Kürəkən" (damad) adlandırılmağa başlanmışdır. 1446-cı ildə Gelibolu bəylərbəyii və donanma komandiri olmuştur. Bir iddiaya görə, Sultan II Murad tərəfindən sürgün edilmişdir, 1444–1452-ci illərdə Balıkesirdə sürgün həyatı yaşamışdır.

1451-ci ildə atası olan II Murad öləndə II Mehmetin ikinci dəfə padşahlığa çıxması ilə Ədirnəyə qayıtmış və ikinci vəzir təyin edilmişdir. İstanbulun fəth i ərəfəsində ona mühüm işlər tapşırılmışdır.

İstanbulun fəthindən əvvəl Rumeli Qalasını tikdirmiş, İstanbulun mühasirəsinin ən alovlu tərəfdarlarından olmuştur. Rumeli qalasındakı 3 qüllənin biri Xəlil Paşa, biri Sarıca Paşa, digər cənubdakı isə Zaganos Paşa adı verilərək Rumeli qalasının tikintisindən sonra digər 2 paşa ilə birlikdə sultan tərəfindən şərəfləndirilmişdir. Dahiliyi ilə Osmanlı donanmasının quru yolu ilə Kasımpaşaya endirilməsini təmin etmişdir. Bununla yanaşı Ulubatlı Həsənin öz komandanlıq etdiyi birlikdə olduğu və əsgərlərinin əmri altındakı tüneli və istehkamçılarının böyük xidmətlər göstərdiyi məlumdur.

İstanbulun fəthindən sonra vəzifəsindən azad edilərək edam edilən Çandarlı Xəlil Paşanın yerinə sədrəzəm təyin edilmişdir.

1456-cı ildə Fateh Sultan Mehmet ilə birlikdə səfərə çıxan Zağanos Paşa və Osmanlı ordusu, Belqradı mühasirə etməsində Serbiyanı fəth etməsinə baxmayaraq şəhəri ala bilməyib. Şəhəri müdafiə edən Yanoş Hunyadinin başçılığı ilə Macar ordusu və Səlib birliklərinə məğlub olmuş və ağır itkilər nəticəsində mühasirəni dayandırmaq məcburiyyətində qalmışdır.[3]

Bu uğursuzluğun ən böyük səbəbkarı olaraq Zaganos Paşa göstərilmiş və sədrəzəmlikdən azad edilmişdir. Qızı sultanın hərəmindən çıxarılmış və hər ikisi Balıkesirə sürgünə göndərilmişdir. Balıkesirdə yerləşən Zağanos Paşa, Xeyriyyə fondu yaratmış, məscid, mədrəsə, hamam tikdirmiş və şəhərin simasını dəyişdirmişdir. Bundan sonra həyat hekayəsi isə tam aydın deyil.

Bir izaha görə 1459-cu ildə Balıkesirdən geri çağrılmışdır. 1463-cü ildə inkişaf etməyə başlayan Osmanlı Donanmasının başına Kapitanı Dərya kimi gətirilmişdir. 1466-cı ildə isə Teselya və Makedoniyaya vali olaraq təyin olunmuşdur.

Haqqındakı bir başqa iddiaya görə isə 1461-ci ildə Trabzonun fəthinə iştirak etmişdir. Trabzonun fəthindən sonra son imperator David Komnenosun qızı Anna ilə evlənmişdir.[4]

1467–1469-cu illər arasında isə Trabzonda bəylərbəyi olmuşdur

Digər bir iddia isə 1461-ci ildə Trabzonun fəthindən sonra 1462-ci ildə Balıkesirdə vəfat etdiyi deyilir.

İstanbulun fəthində, gəmilərin qurudan aparılmasını təmin edən Türkmən taxta işçilərinin də Balıkesirə yerləşməsinə kömək olmuş və Taxtaçılar adı verilən Türkmən mədəniyyətinin inkişafında pay sahibi olub. Xeyriyyə Fondunun fəaliyyəti Respublika dövrünə qədər davam etmiş, bu dövrdə fondun himayədarları olan (nəvələrindən) Aslıer Ailəsi tərəfindən sahiblik və imtiyaz hüquqları Türkiyə Cümhuriyyəti Dövlətinə təhvil verilmişdir.

Zağanos sözünün etimologiyası

[redaktə | mənbəni redaktə et]

Yay kimi tanınan qanı; "Os" sözünün yunancada bəy" mənası anlamına gəldiyi, Rumeli bəylərbəyi ikən yerli xalqı tərəfindən "şahan-zahan (şahin)" sözləri ilə birləşdirilib "Zağanos" olaraq oxunmuşdur. Xəlil Ethemə görə Zağanos sözü bir növ şahin mənasında olub, farsca zağan sözündən Osmalıcaya keçmişdir. Mahmud Goloğlu isə Trabzon yunancasında "qağayı" mənasına gələn zinos sözünə bağlayıb, mənbə göstərmədən sözün qədim türkcə olduğunu iddia etmişdir.[5]

Müasir türkcə lüğətdə zağanos "bir cins doğan" olaraq keçməklə yanaşı, hansı dildən borc alındığı göstərilmir. Fars dilində şahin sözünün yunancada pozulduqdan sonra türkcəyə keçmiş forması olmalıdır.

Zağanos sözünün Trabzonda xərçəng mənasında işlədilən zağana sözü ilə bağlı ola biləcəyi ağla gələ bilər ki, bu söz eyni zamanda yerdə axsaq gəzən adamlara vrilən bir ləqəbdir, amma Paşanın adı Trabzonun fəthindən əvvələ əsaslanırsa, bu iddia etibarsızdır. Həmçinin Hun İmperatorunun böyük oğlunun da adıdır.

  1. Yalçınkaya, M. Alaaddin "Mehmed Paşa (Zağanos)", Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A. Ş. C.2 s.174 ISBN 975-08-0072-9
  2. "Zağnos Mehmed Paşa hayatıyla ilgili bilgi". 2015-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.
  3. "Paşa hakkında bilgiler". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.
  4. "TRABZON VE OSMANLILAR". 2015-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.
  5. "Etimologiyası". 2021-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-24.
  • Yalçınkaya, M. Alaaddin "Mehmed Paşa (Zağanos)", Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A. Ş. C.2 s.174 ISBN 975-08-0072-9
  • Öztürk, Özhan. (2003), Karadeniz: Ansiklopedik Sözlük. 2 Cilt . İstanbul:Heyamola Yayıncılık ISBN 975-6121-00-9.
  • Mısıroğlu, Kadir, (2005) Zağanos Paşa . İstanbul: Sebil Yayınevi