Zaməddin Ziyadoğlu (tam adı:Həmişəyev Zaməddin Ziyad oğlu; 1 aprel 1947, Qazax) — şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Zaməddin Ziyadoğlu | |
---|---|
Həmişəyev Zaməddin Ziyad oğlu | |
Doğum tarixi | 1 aprel 1947 (77 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Bakıda Neft Texnikumu, Moskavada Sosial Münasibətlər Akademiyası |
İxtisası | Neftçi |
Fəaliyyəti | şair |
Mükafatları |
Həmişəyev Zaməddin Ziyad oğlu 1947-ci il 1 aprel-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. İlk təhsilini öz doğma kəndlərində alıb. Bakıda neft texnikumunu bitirmişdir. Sonra Moskavada Sosial Münasibətlər Akademiyasının məzunu olmuşdur.[1]
Gənc neftçi kimi əmək fəaliyyətinə Neft Daşlarında başlamışdır. 25 il Neft Daşlarında işləmişdir.[2]
Şeirləri, publisist məqalələri, yumorlu hekayələri, poemaları “Neft daşları”, “Vışka”, “Qaradağ”, “İki sahil”, “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Müstəqil Respublika”, “Respublika”, “Şərq”,“Ədalət”, “Göyəzən”, “Dəli Kür” qəzetlərində, “Məshəti”, “Kulina” jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. “Neftçi” Ədəbi Məclisinin sədridir.Yüz iyirmidən çox neftçi-şairi “Neftçi” Ədəbi Məclisi ətrafında birləşdirə bilmişdir.Otuz dörd qələm sahibinin kitabının redaktoru və ön söz müəllifi olmuşdur. Şeirləri 50-yə yaxın tanınmış şairin kitabına salınmış, publisistik yazıları, müsahibələri, bədii yaradıcılıq nümunələri Azərbaycan, Türkiyə və Rusiyanın 100-dək qəzet, jurnal və dərgisində çap edilmişdir.
”Əmək veteranı” medalı, keçmiş SSRİ və Azərbaycan Həmkarlar İttifaqının 40-dan artıq Fəxri fərmanı ilə təltif edilmiş, o, “Səməd Vurğun”, “Qızıl qələm”, “Əliağa Şıxlınski”, “XXI əsrin neftçisi” mükafatları laureatı olmuşdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezident İlham Əliyevin 18 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən Zaməddin Ziyad oğlu Həmişəyev ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.[4]