Zaven Bibəryan

Zaven Bibəryan (erm. Զաւէն Պիպեռեան, türk. Zaven Biberyan; 1921, Konstantinopol4 oktyabr 1984, İstanbul) — erməniəsilli Türkiyə yazıçısı və redaktoru.[1]

Zaven Bibəryan
Doğum tarixi 1921
Doğum yeri
Vəfat tarixi 4 oktyabr 1984(1984-10-04)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti jurnalist, yazıçı
Əsərlərinin dili erməni dili

Zaven Bibəryan 1921-ci ildə İstanbulun Çəngəlköy rayonunda anadan olmuşdur. O, ilk növbədə yerli Aramyan-Uncuyan erməni məktəbində, sonra isə Müqəddəs İosif liseyində təhsil almışdır. Bibəryan daha sonra İstanbulda Ticarət Elmləri Akademiyasında oxumuşdur.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Zaven Bibəryan bütün əsərlərini erməni dilində yazmışdır. Bibəryan 1941-ci ildə Türkiyə Silahlı Qüvvələrində məcbur hərbi xidmətə çağırılan zaman "Jamanak"ın baş redaktoru Ara Kocunyanla görüşmüşdür. Kocunyan Bibəryanın erməni dilçilik bacarığına heyran qalmış və onu "Jamanak" üçün məqalə yazmağa həvəsləndirmişdir. Bibəryan İstanbula qayıtdıqdan sonra "Xristianlığın sonu" adlı ilk məqaləsini yazmışdır. Bu məqalə erməni ictimaiyyəti arasında böyük səs-küyə səbəb olmuş və onun məqalə silsiləsi dayandırılmışdır. O, daha sonra "Nor Or" (Yeni gün) və "Nor Lur" (Yeni xəbər) kimi ermənidilli qəzetlərdə yazılar yazmışy. Daha çox sosialistyönümlü məqalələri təzyiqə məruz qaldıqdan sonra Bibəryan 1949-cu ildə Livanın Beyrut şəhərinə getmiş və "Zartonk"da yazıçı kimi işləməyə davam etmişdir. [1] O, həmçinin HələbParisdə "Ararat"ın redaksiya heyətində çalışmışdır. Bibəryan 1953-cü ildə İstanbula qayıdıb Seta Xıdıryan ilə evlənmişdir. Cütlüyün bu evlilikdən bir qızı olmuşdu. O, daha sonra Osmanlı Bankında çalışmışdır. Bibəryan 1984-cü ildə xora xəstəliyinə tutulmuşdur. O, 4 oktyabrda vəfat etmişdir. Onun nəşi İstanbulda yerləşən Şişli Erməni qəbiristanlığında dəfn olunmuşdur. [1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1965-ci ildə Türkiyə Əməkçilər Partiyasına keçirilən ümumi seçkilər zamanı Bibəryan parlamentə namizəd kimi çıxış etmişdir, lakin seçilməmişdir. O, 1968-ci ildə Bələdiyyə Məclisinin vitse-prezidentinin müavini kimi çalışmışdır.[1]

  • Lgrdadze (Doğu Basımevi - 1959. Armenian.)
  • Dzove (Getronagan Okulundan Yetişenler Derneği Yayını - 1961. Armenian.)
  • Angoodi Siraharnere (Penniless Lovers) (To Yayınları - 1962. Armenian.)
  • Mrchunneroo Verchalooyse (Murat Ofset - 1984. October 2007 - Aras Publishing House. Armenian.)
  • Yalnizlar (May 2012 - Aras Publishing House. Turkish.)
  • Babam Aşkale'ye Gitmedi (October 2000 - Aras Publishing House. Turkish.)
  1. 1 2 3 4 "Zaven Biberyan" (türk). Aras Publishing House. 1 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2012.
  2. Zaven Biberyan. Mrcunnerou Verchaluysi (The Dusk of the Ants) (erməni). Istanbul: Aras. 2007. ISBN 9789757265917.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]