Jamanak — 1908-ci ildən etibarən gündəlik nəşr olunan qəzet. Qəzet İstanbul şəhərində nəşr edilir və bu şəhərdə yaşayan ermənilərin, öz dillərində gündəlik xəbər əldə etməsi məqsədilə nəşr edilməyə başlanılmışdır. 1908-ci ilin 28 oktyabr tarixində ilk sayı çap olunan qəzet bir əsrdir ki, fasiləsiz nəşr edilir. Qəzetin ilk baş redaktoru Sarkis və Misak Kaçuryan qardaşları olmuşdur. Osmanlı ermənilərindən olan qardaşlar İstanbul şəhərində ermənilərin gündəlik xəbər əldə etmək məqsədilə qəzet açmaq qərarına gəlmişdirlər. İstanbulda yaşayan bir neçə varlı erməni tacirin maddi yardımı ilə qəzet üçün lazım olan avadanlıqlar qısa zamanda alınmışdır. İlk nəşr olunduğu illərdə qəzet 15 min tirajla çap olunmuşdur. 1930-cu ildə qəzetin tirajı 3 minə, 2009-cu ildən isə 2 minə endirilmişdir. Tirajın azalmasının səbəbi qəzetin son illər yaşadığı maddi problemlər olmuşdur. Qəzet hal-hazırda İstanbulun Qurtuluş səmtində fəaliyyət göstərir. Həftədə altı dəfə nəşr edilən qəzetdə daha çox Türkiyədə yaşayan ermənilərin gündəlik həyatı və sosial problemləri haqqında yazılar yazılır.
Jamanak | |
---|---|
Növ | şəxsi |
Format | A2 |
Təsisçi | Sarkis və Misak Kaçunyan |
Baş redaktor | Ara Kaçunyan |
Yaranma tarixi | 1908 |
Dil | erməni dili |
Qiymət | 40 qəpik |
Səhifə | 4 |
Ölkə | |
Tiraj | 2.000 |
www.jamanak.net |
"Jamanak" Türkiyədə ən uzun müddət yayımlanan qəzetdir. 103 ildir ki, fasiləsiz olaraq fəaliyyət göstərən qəzet indiyə qədər cəmi 5 dəfə çap edilməmişdir.