Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zaxariya Sitçin (ing. Zechaira Sitchin; 11 iyul 1920[1][2], Bakı – 9 oktyabr 2010[3][1][…], Nyu-York, Nyu-York ştatı) — şumerşünas, yazıçı, şumeroloq-alim və astrofizik.
Zaxariya Sitçin | |
---|---|
Doğum tarixi | 11 iyul 1920[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 9 oktyabr 2010[3][1][…] (90 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ İsrail ABŞ |
Elm sahəsi | şumerşünaslıq |
Təhsili | |
sitchin.com |
1920-ci il iyunun 11-də Bakıda anadan olub[4]. Onun müəllifi olduğu "Dünya tarixçəsi" adlı kitab böyük qalmaqala səbəb olub. Yazıçı kitablarında iddia edir ki, Anunnaki adlı yadplanetlilər yer kürəsini işğal edib və qızıl mədənlərdə işlətmək üçün insanları yaradıblar. Onun bütün yaradıcılığı yadplanetlilərlə insanlar – Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub.
Z. Sitçin 2010-cu il oktyabrın 9-da ABŞ-də vəfat edib.
Zaxariya Sitçin on cildlik "Dünya Tarixçəsi" adlı kitabı ilə böyük qalmaqal yaratmışdır. Sitçin pre-astronomiyanın tanınmış bir nümayəndəsidir. Kitablarında, xristianlıqdan əvvəli antik Sümer mixi yazılı mətnlərin tərcüməsinə söykənən nəzəriyyəsində, tarix əvvəli çağlardakı güman edilən bir on ikinci planet olan Nibiru tərəfindən Anunaki adındakı yadplanetlilər dünyamız torpaqlarını işğal edib mədənlərdə işlətmək üçün kölə əmək olaraq insanı yaratmışdı. Yadplanetlilər öz planetlərini ətraf problemləri üzündən 432 000 il əvvəl tərk etmişdilər və misir piramidaları kosmos gəmilərinə eniş köməkçiləri olaraq xidmət etmişdi.
Zamanla yadplanetlilər insan qadınları ilə cütləşib qarışmışlar. 13.000 il əvvəl nəhayət böyük bir sel oldu, çox sayda adam öldü və bu səbəbdən insanlar və yadplanetlilər arasında döyüş çıxdı.
Sitçinin bu nəzəriyyələri dövrün elm adamları tərəfindən tənqid olunsa da, günümüz arxeleoloqlarına ilham qaynağı olmuş və köhnə mədəniyyətlərə baxış bucağını dəyişdirmişdir.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |