"Zeytgeyst" (ing. Zeitgeist, the Movie) — amerikalı rejissor Piter Jozefin sənədli filmidir. Rejissor filmdə xristian dinini, 11 sentyabr hücumunun rəsmi versiyasını, 2001-ci ilin oktyabr ayında qəbul edilmiş "Vətənpərvərlik aktı"nı, ABŞ-nin Federal Rezerv Sistemini tənqid edir. O iddia edir ki, bir qrup beynəlxalq banklar vahid ümumdünya hökumətini qurmaq məqsədilə, kütləvi informasiya vasitələri və ümümdünya pul sistemi vasitəsilə manipulyasiya edirlər.
Zeytgeyst | |
---|---|
ing. Zeitgeist: The Movie | |
Janr | sənədli film, müharibə filmi |
Əsas mövzu | 11 sentyabr terror aktları |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2007 |
Müddət | 116 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID1166827 |
Filmin rəsmi təqdimatı 2007-ci il 18 iyun tarixində www.zeitgeistMovie.com saytı vasitəsilə ba. tutmuşdur.
İkinci film olan "Zeytgeyst: Qoşma"- da (ing. Zeitgeist: Addendum) monetar sistemin tənqid olması davam etdirilir, futuroloq və mühəndis Jak Freskonun təklif etdiyi resursyönümlü iqtisadiyyat və onun Venera layihəsinə əsaslanan yeni ictimai quruluş təbliğ edilir. Filmin təqdimatından sonra, Piter Jozef Jak Freskonun ideyalarının təbliğ edilməsi məqsədilə "Zeytgeyst hərəkatını" (ing. The Zeitgeist Movement) yaradır, lakin o, bildirmişdir ki, hərəkatın məqsədi "Venera" layihəsinin birbaşa dəstəklənməsi deyil.
Filmin üçüncü hissəsi "Zeytgeyst: Növbəti addım" (ZEITGEIST: MOVING FORWARD) adlanır. Bu film insanın davranışını, texnologiyaları və rasionallıqla bağlıl məsələləri əhatə edir.
Filmin 3 versiyası mövcuddur: 2007-ci ildəki ilk buraxılış, 2008-ci ildə bəzi əlavələr (final edition) və 2010-cu ilıki yenilənmiş versiya.
Film 10 dəqiqəlik proloqla başlayır. Proloq animasiyalı abstrakt vizualizasiya və hərbi əməliyyatlarla, xüsusilə, ağır artilleriya atəşləri ilə müşayət edilir. Sonra Yer planetinin kosmosdan görüntüsü və təkümül nəticəsində təkhüceyrəlilərdən insana qədər canlılar multiplikasiya effekti ilə təsvir edilir. Daha sonra Nyu-yorkdakı Ümumdünya ticarət mərkəzinə edilmiş hücum və faciənin qurbanları göstərilir. Ekranda Zeytgeyst yazısı görünür və bu yazı abstrakt vizualizasiya ilə və Cordan Maksvelin "Inner World of the Occult" çıxışından bir hissə təqdim edilir. Çıxışda dini qurumlar, hökumət və bank kartelləri yalançılıqda ittiham edilir və bildirilir ki, bizi Allahla bağlı fikirlərimizdə yanıltmışlar. Proloq, yumorist Corc Karlinin din və Allahla bağlı çıxışı ilə başa çatır: "O bizi sevir. O bizi sevir, amma ona pul lazımdır! Onun həmişə pula ehtiyacı var! O hər şeyə qadirdir, mükəmməldir, hər şeyi biləndir, müdrikdir, lakin dəhşətli dərəcədə "əli aşağıdır!""
2008-ci ilin versiyasında proloqa xırda bir əlavə edilmişdir. Belə ki, proloqa Coqyam Trunqla Rinpoçun mənəviyyatla bağlı nitqinin audioyazısı əlavə edilmişdir.
Birinci hissədə dinin, xüsusilə, xristianlıq dinin tənqidinə yer verilir. Filmdə iddia edilir ki, xristianlığın əsas elementləri, xüsusilə İsa peyğəmbər obrazının kökü daha qədim dinlərə, akstronomik faktlara və astroloji miflərə gedib çıxır. İsanın mif olmasını əsaslandırmaq üçün müəllif İsanı siyasi məqsədlər üçün yaradılmış ədəbi və astroloji hibrid kimi təsvir edir. Filmdə XIX əsrin həvəskar misirşünası Cerald Messi, əsatirlər üzrə tədqiqatçı Jozef Kempbel, yazıçı D. M.Merdok, antoloq Corc Freyzerin və digər alimlərin materiallarından istifadə edilmişdir. Müəlliflərin fikrincə Qədim Misir allahı "Qor"un atributları daha sonralar yaradılmış dinlərdə mövcud olan allahların (Attisa, Krişna, Dionis, Mitra, İsa və s.) atributlarına uyğun gəlir. Bu atributlara aşağıdakılar aid edilir: 25 dekabrda doğulmuşdur, 30 yaşında vəhy almışdır, 12 tələbəsi ilə birlikdə səhayət edərək möcüzələr nümayiş etdirmişdir, öldürülmüş, dəfn edilmiş və sonradan dirilmişdir, lakin xristian dindarları bunu qarşı öz arqumentlərini səsləndirmişlər. Belə ki, onlar iddia edirlər ki, İncildə İsanın 25 dekabrda anadan olması ilə bağlı heç bir qeyd yoxdur. Müəllif əksər allahların 25 dekabrda doğulması mifini astronomiya ilə əlaqələndirir. Belə ki, 22 dekabrda qış gecə-gündüz bərabərliyi günü Günəş Cənub Xaç bürcü yaxınlığında dayanır (necə ki, İsa Xaç üzərində çarmıxa çəkilmişdi). Bundan sonra 3 gün ərzində günəşin doğulması vaxtında dəyişiklik baş vermir. Sonra 25 dekabrda gündüzlər uzanmağa və gecələr qısalmağa başlayır, yəni ki, Şimal yarımkürəsinə "ilahi işıq" və ya "Günəş Allahı" doğulur.
Xristianlığın astrologiya ilə uyğunluğuna dair digər bir fakt odur ki, Orion qurşağındakı (digər adı "Üç Çar" və ya "Üç əshabə") 3 ulduz 25 dekabr tarixində səmanın ən parlaq ulduzu olan Siriusla birlikdə üfuqda günəşin doğacağı istiqamətdə düz xətt əmələ gətirirlər. Bu tarix İsanın doğum tarixi ilə üst-üstə düşür, yəni ki, üç "çar" şərqdə yerləşən ulduzu izləməklə, İsanın doğulacağı yeri müəyyən edirlər. Həmçinin iddia edilir ki, 12 tələbə Günəş allahını öz səfəri zamanı müşayiət edən 12 Zodiak bürcləridir. İncildə dəfələrdə 12 rəqəminin istifadə edilməsi, həmin kitabın məhz astrologiya ilə bağlı olmasını söyləməyə əsas verir.
Daha sonra eramızın birinci əsrindən bəri yaşamış və İsa peyğəmbər haqqında heç nə yazmamış yazıçıların (Petroni, Arbitr və Pomponi Mela kimi) siyahısı verilir.
Müəlliflər belə nəticəyə gəlirlər ki, xristianlıq dini Roma imperiyasının Avropada hakimiyyətini möhkəmləndirməyə xidmət edən qnostik mifdən başqa bir şey deyil. Orta əsrlərdə inkvizisiya və Xaç yürüşləri Avropanı Vatikana tabe etməyə xidmət edirdi. Müəlliflərin bütün dinlərlə bağlı aşağıdakı fikirləri xüsusi qeyd etmək olar:
Xristianlıq digər hakim dinlərlə birlikdə həqiqəti bilsə də xalqları idarə etmək və manipulyasiya etmək məqsədilə miflərdən istifadə edir. O, insanların məsuliyyət hissini azaldır. Çünki Allah hər şeyi idarə edir və ən müdhiş cinayətlərə "allahın iradəsidir" deyə bəraət qazandırmaq mümkündür. Dini mif — digər miflərin çiçəklənməsi üçün icad edilmiş ən güclü psixoloji bazadır.
Əsas məqalə: 11 sentyabr 2001-ci il hadisələrinə dair sui-qəsd nəzəriyyəsi
"Zeytgeyst" sənədli filminin ikinci hissəsində iddia edilir ki, 11 sentyabr hadisələri ABŞ-nin Əfqanıstanda və İraqda planlaşdırdığı müharibələrə haqq qazandırmaq və qlobal terrorizmlə mübarizə adı altında vətəndaş hüquq və azadlıqlarını məhdudlaşdırmaq məqsədilə ABŞ hökuməti tərəfindən təşkil edilmişdir. "Zeytgeyst" terror aktının qurulmuş olması barədə versiyanı araşdırır. Hesab edilir ki, Ben Ladenin başçılığı altında 19 ərəb (onlardan ən azı 6-i sağdır) bəşər tarixinin ən düşünülmüş terror aktını həyata keçirə bilməzdilər. Yəni ticarət mərkəzinin partladılması əvvəlcədən planlaşdırılmışdı: ticarət mərkəzinin sütunlarına termit qarışıqlı partlayıcılar bərkidilmiş və təyyarə ilə toqquşmadan sonra məsafədən idarə edilən aparatlarla partladılmışdır. Nəticədə bina çox tez zamanda tamamilə dağılmışdır. Bunu bir çox əlamətlər və hadisənin şahidləri də təsdiqləyirlər.
Həmçinin filmdə dəlillər gətirilir ki, binalarla toqquşmuş təyyarələrlə bağlı Pentaqonun təklif etdiyi rəsmi versiya həqiqətə uyğun deyil və ABŞ hökuməti bu faktları gizlədir.
Əsas məqalə: Üç tərəfli komissiya
Filmin üçüncü hissəsində bildirilir ki, XX əsrin əvvələrində bir qrup bankir (Con Morqan, Con Fokfeller, Rotşild və s.) ABŞ-nin bütün maliyyə sisteminə nəzarəti ələ keçirmək və bununla da dünyaya hakim olmaq məqsədilə səylərini birləşdirmişlər. Bu qrup cəmiyyətdə təşviş yaratmaq və bundan istifadə etməklə azad bankları bazardan kənarlaşdırmaq məqsədilə öz maliyyə resurslarından və şəxsi əlaqələrindən istifadə etməyə başladılar.
Piter Jozefin fikrində, bu, elektron sui-qəsd nəzəriyyəsinə gətirib çıxarır. Filmin üçüncü hissəsində qeyd edilir ki, ABŞ-nin Federal Rezevs Sistemi fırıldaqçılar tərəfindən yaradılmışdır. Onların məqsədi xalqın sərvətini mənimsəmək, öz maddi maraqları məqsədləri üçün hərbi, siyasi və mədəni proseslərə nəzarət etməkdir. Müəllifin fikrincə bütün bunların nəticəsində, oliqarxiyanın başçılığı altında vahid ümumdünya hakimiyyətinin qurulması planlaşdırılır.
The Stranger qəzatində dərc edilmiş "Beauty Is Truth" məqaləsində, müəllif Pol Konstent bildirir ki, film tamamilə təsdiqini tapmamış faktlar üzərində qurulmuşdur. Həmçinin Irish Times qəzeti filmi "ağılsızlıq" adlandırmış və "həqiqi sualları və mübahisələri sürrealistcəsinə təhfir" etməkdə günahlandırır. The Gauntlet-in müəllifi Corcina Masellusanın fikrincə, film izləyiciləri öz şəxsi təcrübələrinə əsaslanmağa və yad avtoriterləri inkar etməyə səslə də nəticədə izləyicilər kor-koranə filmin arxasınca getdilər və özləri isə heç bir şəxsi araşdırma aparmadılar. O bildirir ki, film "yaxşı montaj olunub və həqiqətən də nəfəskəsən filmdir", lakin müəlliflər "özləri üçün əlverişli olmayan faktları" bəzəyə çalışmışlar və məqsədi yalanı işfa etmək olan bir filmdə kifayət qədər yalan faktlardan istifadə edilmişdir. Marsellus bildirir ki, 2008-ci il martın 11-də Piter Jozef filmin rəsmi veb saytında "Aydınlaşdırma" bölməsini ləğv etmişdir. Bu bölmədə kino iztelsalı zamanı istifadə edilən qeyri-dürüst üsullardan bıhs olunur ki, bu da filmin doğruluğunu şübhə altına qoyardı. Ləğv edilmiş bölmənin yerində "Suallar və cavablar" bölməsi yaradılmışdır.
Film kifayət qədər ictimai rəy qazanmışdır. Filmdə və onun tənqidi dair xeyli sayda veb sayt yaradılmış və filmdəki fikirlərlə bağlı ictimai müzakirələr təşkil edilmişdir. Hətta Zeytgest filmini tənqid edən sənədli film çəkilmişdir. (Keyt Tomson: Aquarius: The Age of Evil). Maraqlıdır ki, birinci filmin tənqidçiləri arasında "Skeptiklər cəmiyyəti"ndən olan ateist-skeptiklər də var idi.
Filmin hər üç hissəsi digər bir spektik cəmiyyəti olan və sui-qəsd nəzəriyyələrini öyrənən "The Skeptical Inquiry Consortium" tərədinfən tənqid edilmişdir.
Bir sıra tənqdiçilər qeyd edirlər ki, filmdə köhnəlmiş və nüfuzlu hesab edilməyən mənbələrdən istifadə edilmişdir. B. Viterinqton bu barədə yazırdı:
"Bu müəlliflərdən və mənbələrdən heç biri İncil, İncilin tarixi,