İstanbul Wildcats
İstanbul Wildcats (azərb. İstanbul vəhşi pişikləri) və ya sponsorluq razılaşmasına əsasən DenizBank İstanbul Wildcats – 2006-cı ildə İstanbulda qurulmuş Türkiyə kiberidman klubu. Türkiyənin ilk kiberidman klubudur. 2019-cu ilin aprelinə qədər HWA Gaming adı ilə çıxış etmişdir.Hazırda "League of Legends", "Starcraft", "Counter-Strike Go", "Apex Legends" və "Fortnite" komandalarına malikdir. Anadolu parsı klubun talismanıdır.
== League of Legends ==
Klub 2013-cü ildə "HWA Gaming" adı ilə Türkiyə Çempionluq Liqasında mübarizə aparmağa başlamışdır. 2013-cü ilin həm qış, həm yaz, həm də yay splitlərində finalda "Dark Passage" klubuna uduzaraq ikinci yeri tutmuşdur. 2014-cü ilin qış splitində yenə "Dark Passage" klubuna məğlub olaraq ikinciliklə kifayətlənmişdirlər.
2015-ci ildə Türkiyə Çempionluq Liqası yeni sistemə keçmişdir. Klub həm qış, həm də yay splitlərində yarımfinalda məğlub olaraq mübarizəni dayandırmışdır.