Artemisia dracunculoides var. wolfii
Tərxun (lat. Artemisia dracunculus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
== Arealı ==
Avrasiya və Şimali Amerikada vəhşi təbiətdə geniş yayılmışdır və kulinariya və tibbi məqsədlər üçün becərilir.
== Botaniki təsviri ==
Çoxillik ədviyyəli bitkilərdəndir. Yerüstü hissəsi kolşəkillidir. Bütün bitki çılpaq, hamar, yaşıldır. Gövdələri düz dayanan, tək və ya bir neçə ədəddir, hündürlüyü 20–150 sm, buğumlu, az budaqlıdır. Yarpaqları bütöv, xətvari-neştərvari və ya xətvaridir, uzunluğu 1,5–8 sm, eni 1–10 mm-ə çatıb, aşağı gövdə yarpaqları 3 hissəlidir. Səbətləri çoxsaylı, şarşəkilli, sallaq, eni 2,5–4 mm, gövdənin və budaqların ucunda salxımlarla yığılmış və süpürgəvari hamaşçiçək əmələ gətirir.
Təzə tərxunda 0,1–0,5%, qurudulmuşunda isə 0,2–0,8% efir yağı vardır.