worth1
n 1. dəyər, qiymət, dəyərlilik; I know the true worth of his friendship Mən onun dostluğunun həqiqi qiymətini bilirəm; a pearl of great ~ çox qiymətli mirvari; 2. ləyaqət, qədir-qiymət; yaxşı cəhət; a man of ~ ləyaqətli / hörmətə layiq adam; to be aware of one’s ~ öz qədir-qiymətini bilmək; 3. arx. var, mal, var-dövlət, əmlak, mülk; to count one’s ~ öz var-dövlətini hesablamaq;
◊ to put in one’s two cents ~ öz fikrini demək, öz mülahizəsini bildirmək / söyləmək
worth2
adj 1. dəyəri / qiyməti / əhəmiyyəti olan; What is it worth? Bunun dəyəri nə qədərdir? Bu neçəyədir? It’s about 2 pounds worth Bu iki funt sterlinqdir; 2. layiq / diqqətəlayiq / dəyəri olan; yarayan; ~ attention diqqətəlayiq olan; to be ~ little az əhəmiyyəti / dəyəri olmaq; to be ~ nothing heç bir şeyə yaramamaq; Is life worth living? Həyat yaşamağına dəyərmi? 3. müəyyən mala-mülkə / var-dövlətə sahib olan; He is worth over a million Onun malı-mülkü bir milyondan artıqdır;
◊ A bird in the hand is worth two in the bush Soğan olsun, nəqd olsun; The game is not worth the candle ≅ at. söz. Qoyulan xərcə dəyməz; Not worth a button ≅ Bir qəpiyə dəyməz; Not worth the trouble ≅ Zəhmətinə dəyməz; Not worth a damn, a straw, a red cent, a tinker’s cuss ≅ Bir qəpiyə dəyməz; Their promises are not worth a damn Onların vədləri bir qəpiyə dəyməz