Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
1001-ci qastrol
1001-ci qastrol filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-revyuda belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir. Filmdə əsas rolları Rəşid Behbudov, İnarə Quliyeva, İnna Leşşinskaya, Liya Eliava və Mavr Pyasetski ifa edirlər. == Məzmun == Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir....Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır. Lakin digər detektiv filmlərdə olduğu kimi, burada da əhvalat yaxşı sonluqla başa çatır.Filmdə belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil.
1001-ci qastrol (film, 1974)
1001-ci qastrol filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-revyuda belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir. Filmdə əsas rolları Rəşid Behbudov, İnarə Quliyeva, İnna Leşşinskaya, Liya Eliava və Mavr Pyasetski ifa edirlər. == Məzmun == Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir....Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır. Lakin digər detektiv filmlərdə olduğu kimi, burada da əhvalat yaxşı sonluqla başa çatır.Filmdə belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil.
B. S. Troyanovskinin qastrolları (film, 1927)
B. S. Troyanovskinin qastrolları qısametrajlı sənədli filmi rejissor 1927-ci ildə Azdövlətkinoda istehsal edilmişdir. Film məşhur rus artisti, balalaykaçalan Boris Troyanovskinin Bakıya qastrol səfərindən bəhs edir. == Məzmun == Film məşhur rus artisti, balalaykaçalan Boris Troyanovskinin Bakıya qastrol səfərindən bəhs edir. == Film haqqında == Reklam filmi Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır.
Qastro-ezofageal reflyuks xəstəliyi
Qastro-ezofageal reflyuks xəstəliyi — Mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi Azərbaycanda də çox rastlanır. Ölkəmizdə aparılan bir çalışmada, cəmiyyətin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi aşkar edilmişdir. == Səbəbləri == Qastro-ezofageal reflyuks xəstəliyinin simptomlarının kökündə, qida borusunun uzun bir müddət, çox miqdarda mədə turşu tərkibi ilə təması yatmaqdadır. Mədənin turşu tərkibinin qida borusu ilə uzun müddətli təması qida borusunda zədəyə yol açır və bu da yanma hissinə səbəb olur. Normal olaraq qida borusunun alt ucunda, alt ezofaqus sfinkteri dediyimiz əzələdən əmələ gələn qapaq bənzəri bir struktura mövcuddur. Bu struktur turşunun qida borusuna geri gəlməsinin qabağını alaraq mədənin içində qalmasını təmin edir.
Qastrit
Qastrit - mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişiklikləri ilə müşayət olunan, adətən uzunmüddətli gedişə malik xəstəliyidir. Qastrit morfoloji diaqnoz sayılır. Həkim, mədə selikli qişasının bioptatının morfoloji tədqiqatı olmadığı hallarda digər müvafiq müayinələrin nəticələrinə və xəstənin şikayətlərinə əsasən ancaq "funksional dispepsiya" diaqnozu qoya bilər. Qastrit gedişinə görə kəskin və xroniki olar bilər . ===== Kəskin qastrit ===== Kəskin qastrit mədənin hansısa səbəbdən kəskin qıcıqlanmasının nəticəsində əmələ gəlir və öz növbəsində 4 tipə ayrılır : Kataral və ya sadə qastrit - çox vaxt yüngül zəhərlənmələr və qeyri-düzgün qidalanma nəticəsində yaranır . Fibrinoz qastrit - adətən turşularla zəhərlənmələr və ya ağır infeksion xəstəliklər zamanı yaranır . Korroziv qastrit ( nekrotik, toksiki-kimyəvi qastrit) - ağır metalların, qatı halda turşuların və qələvilərin mədəyə düşməsi zamanı yaranır. Fleqmonoz ( irinli ) qastrit - ağır gedişli Xora xəstəliyindən, xərçəng xəstəliyindən , bəzi infeksion xəstəliklərdən və travmalardan sonra yaranır. ===== Xroniki qastrit ===== daha çox rast gəlinir və əsas olaraq 3 tipə ayrılır ( Hyuston klassifikasiyasına görə ) A - autoimmun qastrit B - bakterial qastrit ( 90 % hallarda Helikobakter Pilori mənşəli ) C - reflüks qastrit ( adətən öd turşularının mədəyə əks axımı, yəni duodenoqastral reflüks nəticəsində yaranır ) Bundan başqa daha az rast gəlinən xronik qastrit tiplərinə - eozinofil , limfositar, qranulematoz və radiason qastritlər aiddir. Bundan başqa qastritləri mədə turşusunun səviyyəsinə görə - hiperasid, hipoasid, anasid tip qastritə, zədələnmə nahiyələrinə görə - panqastrit, antral qastrit , fundal qastrit , selikli qişadakı morfoloji dəyişiklərlə görə isə şərti olaraq - hipertrofik, hipotrofik, atrofik qastritlərə bölürlər.
Qastrin
Qastrin — mədənin parietal hüceyrələri tərəfindən mədə turşusunun ifrazını stimullaşdıran və mədə hərəkətliliyinə kömək edən peptid hormonu. Mədə, onikibarmaq bağırsağın və mədəaltı vəzin pilorik bölgəsində G hüceyrələri tərəfindən sərbəst buraxılır. == Fiziologiyası == === Genetikası === İnsanlarda GAS geni 17-ci xromosomun uzun qolunda yerləşir (17q21) === Sintezi === Qastrin onikibarmaq bağırsağın və pilorik bölgənin G hüceyrələri tərəfindən istehsal olunan xətti peptid hormondur. Qana ifraz olunur. Qastrinin 3 əsas təbii növü var: "böyük qastrin" və ya qastrin-34 — 34 amin turşusundan ibarət polipeptid "kiçik qastrin" və ya 17 amin turşusundan ibarət qastrin-17 "miniqastrin" və ya qastrin-14, 14 amin turşusundan ibarətHəmçinin, pentaqastrin süni şəkildə sintez edilmiş qastrinin C-terminus ucundakı son 5 amin turşusu ardıcıllığı ilə eyni olan 5 amin turşusu ardıcıllığıdır. Rəqəmlər amin turşularının sayını göstərir. === Buraxılması === Qastrin müəyyən stimullara cavab olaraq sərbəst buraxılır. Bunlara daxildir: mədənin pilor bölgəsinin genişlənməsi azan sinirinin stimullaşdırılması mədədə qismən həzm olunan zülalların, xüsusən də amin turşularının olması. Aromatik amin turşuları qastrin ifrazının xüsusilə güclü stimulyatorlarıdır. hiperkalsemiya (kalsium qəbul edən reseptorlar vasitəsilə)Qastrinin sərbəst buraxılması aşağıdakılar tərəfindən maneə törədilir: mədə turşunun (ilk növbədə ifraz olunan HCl) olması (mənfi rəy halı) somatostatin həmçinin sekretin, GIP (qastroinhibitor peptid), VBP (vazoaktiv bağırsaq peptidi), qlükaqon və kalsitoninlə birlikdə qastrinin sərbəst buraxılmasını maneə törədir.
Mikania castroi
Mikania castroi (lat. Mikania castroi) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
İbn Qabirol
İbn Qabirol (təq. 1021[…] və ya 1020, Malaqa, Əndəlüs – təq. 1058 və ya təq. 1057, Valensiya) - Orta əsrlərdə İspaniyada yaşayıb-yaratmış yəhudi şair və filosofu == Həyatı == Onun tam adı Əbu Əyyub Süleyman ibn Yəhya ibn Cəbrayıl (Şlomo ben Yehuda ben Qabirol) olsa da İbn Qabirol kimi tanınmışdır. 1021-ci ildə İspaniyanın Malaqa şəhərində dünyaya gəlmişdir. Ərəb və yəhudi təhsili almış, hər iki dildə əsərlər yazmışdır. Uşaq yaşlarında ikən yetim qalan İbn Qabirol mesenatların himayəsində yaşamışdır. Mürəkkəb xarakterə malik olduğuna görə ətrafdakılarla daim münaqişədə edərmiş. İbn Qabirolun yüksəsk sənətkarlığı gənc yaşlarından etibarən özünü göstərməyə başlamışdır. İlk hamisi Yeketuel ibn Həsənin ölümünə həsr etdiyi üç elegiyası orta əsr yəhudi ədəbiyyatının qiymətli əsərlərindən hesab edilir.
Astral rəsmlər
Astral rəsmlər — göy cisimlərinin qədim sənət əsərləri üzərindəki təsvirləri. Astral rəsmlər qayaüstü təsvirlər arasında xüsusilə geniş yayılmışdır. Bu rəsmlər qədim inancları ilə bağlı olmuşdur. Qədim insanlar həyatdakı uğurlarını təmin etmək üçün Göy cisimlərinə sitsyiş etmişdir. Astral rəsmlər arasında Günəş və Ayla bağlı təsvirlər xüsusilə geniş yer tutur. Bəzən qədim qəbir abidələrinin konstruksiyasında astral simvolikaya rastlanır. == Mənbə == Vəli Baxşəliyev. Gəmiqaya təsvirləri, Bakı, 2003.
Astral səyahət
Astral səyahət — insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahati belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Nissan Patrol
Nissan Patrol — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1951-ci ildən bu günə kimi istehsal olunan 4x4 təkər formullu yolsuzluq avtomobili. Yaponiyada Nissan Safari adı ilə satılır.
Paralio Astros
Paralio Astros (yun. Παράλιο Άστρος) – Yunanıstanda şəhər.
Qaston Braun
Qaston Alfanso Braun (ing. Gaston Alfonso Browne; 9 fevral 1967, Villa[d]) — Antiqua və Barbudanın hazırkı Baş naziri. == Həyatı == Braun 9 fevral 1967-ci ildə Antiqua və Barbudada Villa məntəqəsində anadan olub. Özünün sözlərinə görə, gənclik həyatı son dərəcə ağır keçib. Uşaq ikən "Gray's Farm"-də kasıb və ahıl ata nənəsi ilə birlikdə yaşayıb. Nənəsinin ölümündən sonra adanın başqa səmtindəki yoxsul bir ərazidə böyüyüb. === Təhsili === Orta təhsilini ümummilli qəbul imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra Villada yerləşən ibtidai məktəbdə, daha sonra Şahzadə Marqaret Məktəbində almışdır. Orta təhsilini başa vurduqdan sonra Qaston İngiltərədəki "City Banking College"-ə daxil oldu və burada Bank və Maliyyə ixtisası üzrə təhsilini davam etdirmişdir. Daha sonra alaraq Mançester Universitetini magistr dərəcəsi ilə bitirmişdir. === Karyerası === Əmək fəaliyyətinə Antiqua və Barbudadakı "Swiss American Banking Group"-da menecer vəzifəsində başlamışdır.
Qaston Dumer
Qaston Dumerq (fr. Gaston Doumergue); 1 avqust 1863[…], Eq-Viv[d] – 18 iyun 1937[…], Eq-Viv[d]) — 1924–1931-ci illərdə Fransa Respublikasının 13-cü prezidenti.
Qaston Dumerq
Qaston Dumerq (fr. Gaston Doumergue); 1 avqust 1863[…], Eq-Viv[d] – 18 iyun 1937[…], Eq-Viv[d]) — 1924–1931-ci illərdə Fransa Respublikasının 13-cü prezidenti.
Qaston Orleanski
Qaston Orleanski (1608-1660)
Raul Kastro
Raul Modesto Kastro Rus (İspanca tələffüz: [raˈul moˈðesto ˈkastɾo ˈrus]; 3 iyun 1931[…], Biran) — qardaşı Fidel Kastrodan sonra 2011–2021-ci illərdə təkpartiyalı kommunist dövlətində ən yüksək vəzifə olan Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmış təqaüdçü kubalı siyasətçi və general. == Həyatı == Fidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq qardaşına ötürmüşdü. Uzunmüddətli xəstəliyinə baxmayaraq F. Kastronun Xalq Hakimiyyəti Milli Assableyasına namizədliyi irəli sürülmüş və yanvarın 20-də keçirilən seçkidə o, qardaşı Rauldan 1 faiz az səs toplamışdı. R. Kastro qardaşından 5 yaş kiçikdir. O, Dövlət Şurası sədrinin birinci müavini idi. F. Kastro 2001-ci ildə Havanada keçirilən mitinqdə huşunu itirəndən sonra qardaşını öz varisi elan etmişdi. Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə — Dövlət Şurasının sədri vəzifəsinə seçib. Raul Kastro 1959-cu ildən Kubanın lideri olan Fidel Kastronun qardaşı və silahdaşıdır.
Veronika Kastro
Veronika Kastro (isp. Verónica Castro; d. 19 oktyabr 1952, Mexiko, Meksika) — Meksika aktrisası, müğənni, teleaparıcı. == Həyatı == Veronika Kastro 1952-ci ildə Mexiko şəhərində anadan olub. Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Marianna rolunu oynadığı "Varlılar da ağlayır" serialınından sonra isə onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar "Varlılar da ağlayır" serialı qədər sevib baxılan "Yabanı qızıl gül" serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrilmişdi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. Elə bil Bill Klinton Rusiyaya gəlmşdi.
Xonatan Kastro
Xonatan Kastro Otto (3 mart 1994[…], Viqo, Qalisiya) — ispan peşəkar futbolçu. "Selta Viqo" klubunda oynayır.
Kastro (Lombardiya)
Kastro (it. Castro) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə, Iseo gölünün qərb tərəfində yerləşir. Əhalisi 1437 nəfər (2008), əhalinin sıxlığı 636 nəfər/km². Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24063. Telefon kodu — 035. 10 avqust bayramı olan Müqəddəs Lourens və müqəddəs Həvari Yaqub Kommunanın himayədarları kimi hörmətlə qarşılanır.
Mark Qasol
Mark Qasol (isp. Marc Gasol; d. 29 yanvar 1985, Barselona, İspaniya) — İspan peşəkar basketbol oyunçusu. NBA liqində Memfis Qrizzlisdə oynayır. 2007 NBA seçmələrində mərhələ 2, yığma 48, Los-Anceles Leykers tərəfindən seçilib. Mərkəz mövqeyində oynayan basketbolçu, NBA liqində oynayan Pau Qasolun qardaşıdır. Boyu 2.16 sm-dir. == Həyatı == 1985-ci ildə anadan olub. Sonralar ailəsi ilə birliktə Amerika Birləşmiş Ştatlarına köçüblər. Kolleci orada bitirib.
Astral (film, 2010)
Məkrli (ing. Insidious) — 2010-cu ildə rejissor Ceyms Van tərəfindən çəkilmiş ABŞ istehsalı olan qorxu filmi. == Süjet == Reney və Caş üç uşaqları ilə birgə yeni evə köçürlər. Bir müddət sonra onların oğlu Dalton özbaşına açılan və səslər eşitdiyi çardağın qırmızı rəngli qapısının şəklini çəkir. Çox qəribə səslər eşitməyə başlayır. Bir gün isə həkimlərin başa düşmədiyi komaya düşür. Bütün bədən funksiyalarının normal işləməsinə baxmayaraq oyana bilmir. Üç ay xəstəxanada qaldıqdan sonra ailəsi onu evə aparmaq məcburiyətində qalır. Məhz bu vaxtdan sonra Reney səslər eşitməyə və qarabasmalar görməyə başlayır. Bir gecə Reney uşaq monitorunda yeni doğumuş körpəsi Kalinin otağında səslər eşidir, halbuki otaqda heç kim yoxdur.
Gilyen de Kastro
Gilyen de Kastro (isp. D. Guillén de Castro y Bellvís, 1569—1631) — İspaniya dramaturqu. == Həyatı == Lope de Veqa dramaturgiyasının humanist ənənələri ilə bağlı olan dramaturqlar arasında Gilyen de Kastro özünəməxsus şərəfli bir yer tutur. O daha çox İspaniyanın qəhrəmanı olan Sid haqqında dramatik xronikası ilə məşhurdur. Həmin xronikanın "Sidin gəncliyi" adlandırılan birinci hissəsi sonralar Kornel tərəfindən yenidən işlənmiş və fransız klassist janrının tarixində yeni səhifə açmışdır. Əlbəttə, bir həqiqəti heç vaxt unutmaq olmaz ki, Kastronun əsəri ilə Kornelin "Sid"i arasında o qədər də ciddi yaxınlıq yoxdur. Kornel ispan dramaturqunun əsərindən faydalansa da, məzmun və formaca yeni bir əsər yaratmışdır. Gilyen de Kastro Lope de Veqa məktəbinin ədəbi prinsiplərinə uyğun olaraq milli poetik ənənələrdən qidalanır, xalqın qəhrəmanlığını tərənnüm edir. Dramaturq hadisə və xarakterləri realistcəsinə göstərsə də, xalq rəvayət və dastanlarından gələn romantikadan da imtina etmir. Bir çox başqa əsərlərində olduğu kimi, Kastro burada da əsərlərin süjetini xalq romanslarından almışdır.
Space Patrol Luluco
Space Patrol Luluco (宇宙パトロールルル子, Uchū Patorōru Ruruko) — Trigger tərəfindən Hiroyuki İmaişinin ssenaristliyi ilə istehsal olunmuş anime serialı. Anime 1 aprel 2016-cı ildən 24 iyun 2016-ci ilə kimi Ultra Super Anime Time veriliş bloku vasitəsilə Yaponiyada yayımlanmışdır. == Məzmunu == Luluko Kosmik Patrul üçün işləyən atası ilə birlikdə yaşayan on üç yaşlı qızdır. Onlar Günəş sisteminin sərhədində yerləşən, kosmik məskunlaşma zonasında olan Ogikobo adlanan ərazidə yaşayırlar. 20 il əvvəl yad immiqrantların öz ecazkarlığı ilə seçilən bu şəhərə gəlmələrinə baxmayaraq, Luluko normal məktəbli qızın həyatını yaşayırdı. Hekayə bir gün Lulukonun atasının təsadüfən özünü dondurması ilə başlayır. Luluko isə çıxış yolu olmayaraq atasının iş yerinə gedir. Burada şöbə müdiri tərəfindən Kosmik Patrulun üzvü seçilir. Bundan sonra Lulokunun normal həyatında əsaslı dəyişikliklər baş verir. Luluko yeni iş tərəfdaşı AΩ Nova ilə birlikdə Ogikobonu kosmik cinəyatkarlardan qorumaq üçün hər gün yeni-yeni missiyalara göndərilir.
GATÖL
Vantrol (Yuxarı Provans Alpları)
Vantrol (fr. Venterol, oks. Venteròu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Tyurye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04234. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 229 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 137 nəfər (15-64 yaş) arasında 115 nəfər iqtisadi fəal, 22 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83.9%, 1999-cu ildə 69.5%). Fəal 115 nəfərdən 101 nəfər (52 kişi və 49 qadın) işləyir, 14 nəfər işsizdir (7 kişi və 7 qadın).