XARİCİLƏR

İslamdan ayrılmış ilk məzhəblərdən birinin ardıcıllarıdırlar. Onların çoxu əsrlər boyu aşırı, barışmaz yol tutaraq başqa müsəlmanlarla mübarizə aparmışdırlar. Buna görə xaricilik silahlı müqavimətin, aşırılığın, barışmazlığın simvoluna çevrilmişdir. Bu məzhəb dördüncü Raşidi xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə ortaya çıxmışdır. Suriya valisi Müaviyə ibn Əbu Süfyan xəlifə Əlinin hakimiyyətini tanımamışdır. O, xəlifə Osmanı qətlə yetirənlərə qarşı tezliklə ölçü götürülməsini tələb edirdi. Ancaq, hakimiyyətdə hələ bərkiməmiş Əli bunu tezliklə edə bilməzdi. Osmanı öldürənlərə qarşı ölçü götürmək üçün o hakimiyyətini möhkəmləndirməli idi. O, onlara qarşı tədbirləri o zaman görsəydi Xilafətdə durum daha da gərginləşə bilərdi. Müaviyənin müqavimətini qırmaq üçün xəlifə Əli 35/657-ci ildə Suriyaya yürüş etdi. Süffeyn döyüşündə onun xəlifə Əlinin qoşunu Müaviyənin güclərini sıxışdıra bilmiş, hətta üstünlük əldə etmişdir. Ancaq döyüşün qızğın çağında məğlub olacaqlarını duyan suriyalılar nizələrinə Quran ayələrini taxaraq Əlini döyüşü saxlamağa qarşıdurmanı, danışıqlarla (Allahın hökmü ilə) həll etməyə çağırmışdırlar. Bunun üçün hakimlərin seçilməsi təklifi də irəli sürülmüşdür. Müaviyə ilə sülhə getmək istəməyən Əli onun qoşununun darmadağın edilməsində maraqlı idi. Ancaq, onun tərəfdarlarının çoxu, eləcə də ordu sərkərdələri sülhün bağlanmasını istəmiş, xəlifə Əli də onlarla razılaşmalı olmuşdur. Ancaq, təşkil edilən məhkəmə problemi həll etməmişdir. Orada Əli ilə Müaviyənin nümayəndələri onların hakimiyyətdən uzaqlaşmalarını dilə gətirib, yeni xəlifənin seçilməsi prosesinin başlanmasını bildirməli idilər. Əlinin nümayəndəsi olan Əbu Musa Əşəri bunu etdi, ancaq Müaviyənin nümayəndəsi olan Əmir ibn As anlaşmanı pozaraq Müaviyəyə qarşı çıxış etməmişdir. Beləliklə, suriyalılar vaxt qazanaraq Əlinin tərəfdarları arasında təfriqə salmışdırlar. Beləliklə, onlar məğlubiyyətdən qurtula bilmişdirlər. Məhkəmənin nəticəsindən məyus olan Əlinin bir çox tərəfdarları, öncə bu məhkəmənin keçirilməsini tələb etdiklərinə baxmayaraq onun qanuna uyğun olmamasını iddia etmiş, onun baş tutduğuna görə isə Əlini günahlandırmışdırlar. Bununla da, onlar hər kəsin böyük günaha batdığını elan etmişdirlər. Çünki, onların fikirlərinə görə “məhkəməni yalnız Allah qurmalıdır”. Buna görə də, bu günahdan qurtulmaq üçün hamı Allah qarşısında tövbə etməlidir. Əlidən də bunu tələb etmişdirlər. O isə bunu etməkdən imtina etmiş, özünü günahkar saymadığını bildirmişdir. Çünki, o özü öncədən bu məhkəmənin keçirilməsinə qarşı olmuşdur. Bundan başqa o, məhkəmənin insanlar tərəfindən qurulmasının mümkün olmasını iddia etmişdir. Əliyə görə belə olmazsa insanlar arasında qarışıqlıq yaranar. Bununla belə o iddia edirdi ki, məhkəmə Allahın qanunu ilə aparılmalıdır. Bundan başqa Əlinin kimsənin basqısı altında nədənsə imtina etməsi onun xəlifə kimi xalq qarşısında hörmətinin itirilməsinə də səbəb olardı. Buna görə Əli özünün bu məsələdə günahsız olduğunu bildirərək, tövbə etməkdən imtina etmişdir. Ancaq Əlinin qoşununda ona qarşı çıxışlar güclənməkdə idi. Döyüşçülərin bəziləri Əlinin dəlillərini rədd etmişdir. Onların sayı 12000-ə yaxın idi. “Məhkəməni yalnız Allah qurmalıdır” şüarı ilə çıxış edərək onlar Əlini tərk edib, Hərurə adlı bir yerdə toplaşdılar. Buna görə də, onları “hərurilər” adlandırırdılar. Onlar ilk xaricilər olmuşdurlar. Beləliklə, Əlinin ordusu zəifləmişdir. Sonra xaricilik güclü dini və siyasi məzhəbə çevrilmişdir. Sonrakı illərdə onlar Xilafətdə silahlı üsyanlar təşkil etmiş, uzun illər cəmiyyətdə asayışı pozan gücə çevrilmişdirlər. Belə ki, xaricilər siyasi məqsədlərinə çatmaq üçün istənilən vasitələrə əl atmış, hətta terrordan belə çəkinməmişdirlər. Xaricilər Əli və Müaviyəni özlərinə düşmən elan edərək onlara qarşı üsyana qalxdılar. 36/658-ci ildə xəlifə Əli xaricilərə qarşı yürüş etmiş, Nəhrəvan döyüşündə onları darmadağın etmişdir. Bundan sonra xaricilər onu, Müaviyəni və Əmir ibn Ası ölumə məhkum etmişdilər. 39/661-ci ildə Əlini İbn Mülcəm adlı bir xarici sui-qəsd nəticəsində qətl etmişdir. Müaviyə və Əmir ibn Asa qarşı qəsdlər isə nəticəsiz olmuşdur. Əlinin vəfatından sonra xaricilər Müaviyə və onun sülaləsinə qarşı müharibələr aparmışdırlar. Müharibələrdə onlar çoxlu qurbanlar vermişdirlər. Buna görə də, xaricilərin arasında döyüşlərdə ölmüş igidləri yad etmə adəti yaranmışdır. Bu adətə görə onların qisasları alınmalı idi. Savaşlarda onlar partizanlıq metodlarından istifadə edərək yaşayış yerlərinə basqınlar edib, Xilafət qoşunu yaxınlaşanda isə yaxşı müdafiə olunan yerlərə çəkilirdilər. Onlar daha çox İraqın şimalında yerləşən Bətaih adlanan yerdə məskunlaşırdılar. O yerlər bataqlıq və çətin keçilən ərazilər olduğuna görə, Xilafət qoşunu ora girə bilmirdi. Bətaihdən xaricilər başqa yerlərə basqınlar edib, insanları öldürüb evlərini yağmalayırdılar. Ancaq xaricilərin arasında birlik olmamışdır. Hələ hicrətin I əsrində (miladi VII əsrdə) onlar ibadilər, süfrilər, nəcdilər, əzraqilər adlı qollara ayrılmışdırlar. Müsəlman tarixçiləri xariciliyin ilk qolu kimi “mühəkkimi”lərin adlarını qeyd edirlər. Sonrakı illərdə onların arasında parçalanmalar daha da artmışdır. III/X əsrdə müsəlman tarixçiləri artıq onlarla xarici məzhəbinin qollarının olduğunu qeyd etmişdirlər. Sonrakı onilliklərdə xaricilik İraqda, İranda, Yəməndə, Şimali Afrikada geniş yayılmışdır. VI/XI əsrdən sonra isə onlar gücdən düşmüş, artıq siyasətdən çəkilmişdilər. Günümüzdə ibadi xaricilərin az saylı icmaları Əlcəzairdə, Liviyada, Mərakeşdə və Ümmanda yaşayırlar. Xaricilərin bütünü Raşidi xəlifələrdən olan Osman və Əlini, eləcə də sonrakı xəlifələri qəbul etmirlər. Müsəlmanların çoxu xəlifə kimi Qureyş qəbiləsindən olan hömkmdarları tanıyırlar. Peyğəmbərin özü də bu qəbilədən olmuşdur. Belə ki, Əməvi və Abbasi xəlifələrinin soyları qureyşli idi. Xaricilər isə bununla razı deyildilər. Onlar qureyşli olmayanların da xəlifəliklərini tanıyırdılar. Xaricilər öz aralarından xəlifə seçərək onların ədalətli olması şərtini irəli sürürlər. Onlara görə ədalətli xəlifəyə qarşı çıxanlarla mübarizə aparmaq lazımdır. Əgər xəlifə ədalətdən uzaq düşərsə o zaman o vəzifəsindən getməli ya da öldürülməlidir. Xaricilərə görə bu dünyada xəlifə olmaya da bilər, ancaq xəlifəyə ehtiyac yaranarsa hər bir azad və ya kölə qureyşli xəlifə ola bilər. Xaricilərin birinci xəlifəsi Abdullah ibn Vəhb Rasibi olmuşdur. Xaricilər “kafir” saydıqları hakimiyyətə qarşı üsyanların vacib olduğunu vurğulayırdılar. Onlar yalnız özlərini mömin hesab edirdilər. Onların dünyagörüşlərini bölüşməyənlər isə “kafir” adlandırırdılar. Əgər bir yerdə onların sayı 40-a çatmışdırsa, onda onlarla silahlı mübarizə aparmaq vacib buyurulmuşdur. Bu saydan az olanda isə xaricilər yetərsay yığana qədər təqiyyə etməli idilər. Din yolunda ölmək xariciliyin ən başlıca məqsədlərindən biri olmuşdur. Öz inanclarının doğru olduğuna inanan xaricilər “ədalətin” qurulması üçün həyatlarını qurban verirdilər. Bu yolla onlar cənnətə girəcəklərinə inanırdılar. Özlərini qurban vermək istəyi xariciləri aramsız silahlı üsyanlara və xilafət qoşunları ilə üzləşməyə vadar edirdi. Bu toqquşmalarda xaricilər çoxlu sayda itkilər verirdilər. Ona görə onların ölmüş igidlərinin sayı getdikcə artırdı. Xaricilər “kafirlərlə” savaşlar aparmaqla kifayətlənmirdilər. Onlar ətraflarında yaşayan insanlarla bütün əlaqələrini kəsirdilər, insanlardan ayrılıb başqa yerlərə köçüb orada yaşayırdılar. Məhəmməd peyğəmbərin hicrət etməsinə dayanaraq onlar da özlərini din uğrunda hicrət edənlər adlandırmış və yaşadıqları yerləri “Darül-Hicrət” (Hicrət edənlər ölkəsi), yollarını azmış saydıqları müsəlmanların yaşadıqları yerləri isə “Darül-Harb” (Müharibə ölkəsi) adlandırmışdırlar. Xaricilərin öz mübarizələrinin nəticəsində hicrətin II – III əsrlərində Şimali Afrikada Midrarilər və Rüstəmilər, Ərəbistan yarımadasında isə Ümman dövlətlərini yarada bilmişdirlər. Ancaq, hakimiyyətə gəldikdən sonra onların öndərləri xariciliyin ilkin məqsədlərindən uzaqlaşıb, sülalə hakimiyyətlərini qurmuşdurlar. Ən tanınmış xarici məzhəbləri əzraqilər, nəcdilər, süfrilər, əcradilər, ibadilərdir. İslamdan çıxmış xarici qolları isə məymunilər və yəzdilər hesab olunurlar.
XALİD İBN VALİD
XATİB
OBASTAN VİKİ
Xaricilər
Xaricilər (ərəb. الخوارج‎ əl-xəvaric; mənası – çıxıb gedənlər) — erkən İslam məzhəblərindən biri. Dini və siyasi məsələlərdə fərqli görüşləri və fəaliyyətləri ilə tanınan firqədir. Yenə müxalifləri tərəfindən Xaricilər haqqında istifadə olunmuş bir digər isimdə " Dindən çıxmış"mənasında "məriqa"dır. Lakin Özləri isə Xaricilər özlərini "Allah və peyğəmbərinə hicrət edənlər", "Kafirlərlə hər cür münasibəti kəsənlər "mənasında istifadə edirlər. Xaricilərin bəyənib, özləri üçün istifadə etdikləri başqa bir ad isə "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tovratda, İncildə, Quranda haqq olaraq vədd edilmiş, Cənnət müqabilində satın almışdır "ayəsi ilə əlaqəli olan şurat ismidir. Xarici sözünün mənası–çıxmaq, itaətdən çıxıb üsyan etmək deməkdir. Toplu olaraq xariciyyə və xəvaric kimi işlədilir. Firqənin adı barəsində müxtəlif fikirlər irəli sürülmüşdür. Kəndlilərinə qarşı üsyan etdikləri üçün firqənin müxalifləri xəvaric ismini “insanlardan, dindən, haqqdan və Əlidən uzaqlaşan və hakimiyyətə qarşı adlandırılaraq camaatdan çıxanlar “olaraq işlədilmişdir.
Xaricilər hərəkatı

Xaricilər məzhəbi

Значение слова в других словарях