XİMERA

сущ. химера:
1. в древнегреческой мифологии: огнедышащее чудовище с головой и шеей льва, туловищем козы и с хвостом дракона
2. в средневековом искусстве: скульптурное изображение фантастического чудовища, олицетворяющего пороки, темные силы (в убранстве готических храмов)
XİLLƏ
XİMERLƏR
OBASTAN VİKİ
Ximera (biologiya)
Ximera (Biologiya) — genentik cəhətdən müxtəlif hüceyrələrdən ibarət orqanizmdir. Heyvanlarda ximera iki və daha çox ziqotların hüceyrələri əsasında formalaşan orqanizmdir. Heyanlarda ximerizmi mozaizimlə qarışdırmaq olmaz. Mozaiklik zamanı orqanizmin formalaşmasında bir ziqotun bölünməsindən əməlkə gəlmiş, lakin genetik cəhətdən fərqli hüceyrələr iştirak edir. Əksər hallarda ximerizm bütün orqanizmi əhatə etmir, onun ayrı-ayrı orqanlarında və hissələrində müşahidə edilir. — həm orqanizmin fərdi inkişafının nəticəsi ola bilər (ontogenez, anadangəlmə ximerizm), həm də orqan və ya toxuma transplantasiyasının nəticəsi (məsələn, sümük iliyi və ya qan köçürülməsi, süni ximerizm). Anadangəlmə ximerizm iki formada olur: tetragametizm və mikroximerizm. — bu anomaliya bir orqanizmdə iki fərqli genotiplərin olması və ya qarışmasıdır. İnsanlarda ximerizm ontogenezin ayrı-ayrı mərhələlərində - mayalanma anında, embrional inkişaf dövründə və yaşlı fərdlərdə yarana bilər. Mayalanma mərhələsində insan üçün tetramer ximerizm müəyyən edilmişdir.
Ximera (mifologiya)
Ximera (yun. Χίμαιρα;lat. Chímaira "keçi") yunan mifologiyasında Tifon və Yexidna tərəfindən dünyaya gətirilmiş mifik əcaib iki: keçi və şir başlı və gövdəli heyvan. Məntiqsiz, əsassız, qeyri-mümkün yuxu mənasını daşıyır. Likiyalı Amisodor tərəfindən bəsnəlilmişdir. İlk olaraq Ximera İliadada altıncı nəğmədə ilahi bir məxluq kimi xatırlanmışdır. Poemada Homer onu ön hissəsi şir, bədəni keçi və quyruğu ağzından od püskürən ilan kimi təsvir edilmişdir.. Hesiod onu Teoqoniyasında eynilə V əsrə məxsus Arissodakı məşhur bürunc heykəl kimi, üç başlı təsvir etmişdir.. Ximera tanrıların qabaqcadan müəyyənləşdirdiyi kimi gözəl Bellerofont tərəfindən oxla öldürülmüş və Aley düzünə atılmışdır..
Ximera (film, 2010)
Birləşmə (ing. Splice) Amerika istehsalı olan, elmi fantastika janrında çəkilmiş qorxu filmi. Klayv və Elsa dünyaca məşhur iki alimdir. Onlar əsasən fərqli canlıların DNT-lərini birləşdirərək hibrid varlıqlar yaratmaqla məşğuldurlar. Bu alimlər artıq daha fərqli bir yenilik etmək istəyirlər — insan DNT-sini kopyalamaq. Lakin bu işə pul qoyanlar insan DNT-sinin qarışdırılmağına qarşı çıxırlar. Buna baxmayaraq, Klayv və Elsa öz layihələrini gizli davam etdirirlər və nəticədə Dren yaranır. Dren normal insanlardan daha tez böyüyür və bir neçə aya yetişgin insan olur. Klayv və Elsa insan və heyvan hibridi olan Dreni ətrafdan gizlətməyə çalışırlar. Vaxt keçdikcə Dren ilə Klayv və Elsa arasında artıq bir bağlılıq yaranır.
Ximeralı ev
Ximeralı ev (ukr. Будинок з химерами) — Ukraynanın paytaxtı Kiyevdə yerləşən modern üslubda kərpicdən tikilmiş bina. Ev öz adını mövzusu quru və sualtı faunası, ov atributları və nağıl canlıları olan heykəltəraşlıq bəzəkləri (həm evin fasadında, həm də içərisində yerləşir) sayəsində almışdır. Bina, Peçerski rayonu, Bankova küçəsi 10-da, Ukrayna Prezidentinin Aparatı ilə üzbəüz yerləşir. Memar Vladislav Qorodetski onu 1901-1903-cü illərdə ailəsi üçün yaşayış binası kimi tikmişdir. Tikinti sahəsi olaraq, Bankova küçəsi boyunca sıldırım qayanın üstündə, qurudulmuş Keçi bataqlığının keçmiş sahilində seçilmişdir. Heykəltəraşlıq dekorasiyalarını isə heykəltəraş Elio Salya öz eskizləri əsasında hazırlayıb. Ev 2005-ci ilin yazından hökumətin qərarına əsasən Ukrayna Prezidentinin iqamətgahı kimi istifadə olunur. Bu mədəni irs ərazisidir, təhlükəsizlik nömrəsi 906-dır. Ximeralı ev, 1901-1902-ci illərdə memar Vladislav Qorodetskinin layihəsinə əsasən mühəndis Anton Ştrausun rəhbərliyi altında o dövrlər üçün innovativ həllərdən istifadə edilməklə tikilmişdir.